Türk dövlətlərinin iqtisadi gücü artır
08.07.2026 [11:53]
TDT üzvü olan ölkələrin ticarət dövriyyəsi 326 milyard dolları ötüb
Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci rübünü əhatə edən buraxılışı nəşr olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi icmalda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. Nəşrdə TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişafları və struktur transformasiya meyillərinə dair əhatəli qiymətləndirmə əks olunub. Eləcə də, TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsiri qiymətləndirilib.
673 milyard 557,5 milyon dollar ÜDM
Türk dövlətləri 673 milyard 557,5 milyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,34 faizlik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.
Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 10,1 faiz, 8,7 faiz, 8,5 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-də iqtisadi artım 6,3 faiz, Qazaxıstanda 3 faiz olub. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 2,5 faiz iqtisadi böyüməyə nail olub. Macarıstanda ÜDM-in artım tempi 1,7 faiz, Azərbaycanda 0,3 faiz təşkil edib.
Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. İlin ilk rübündə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 milyard 11,55 milyon dollar təşkil edib ki, bu da 8,75 trilyon dollar həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,73 faizinə bərabərdir.
Türkiyə ticarət dövriyyəsində liderdir
Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 155 milyard 122 milyon dollar ilə liderlik edir. Macarıstan, Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 87 milyard 445 milyon dollar, 32 milyard 908 milyon dollar və 18 milyard 23 milyon dollar ilə ticarət həyata keçirib. Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.
Sənaye sektorunda Qırğızıstan, ŞKTR və Özbəkistan müvafiq olaraq 14 faiz, 9,2 faiz və 8 faiz artımla liderlik edib. Bununla yanaşı, Türkmənistanda sənaye sektoru 2,4 faiz inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 1,1 faiz artıb. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda ŞKTR 7,9 faiz ilə ən güclü artım nümayiş etdirib. Özbəkistan kənd təsərrüfatında 5,1 faiz, Qazaxıstan 3,4 faiz, Qırğızıstan 2,8 faiz, Türkiyə müvafiq olaraq 2,7 faiz artım əldə edib.
Türk İnvestisiya Fondu regional maliyyə instituna çevrilir
Türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondu türk ölkələrinin iqtisadiyyatında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvılük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşan Fondun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Azərbaycan sabit kapital investisiyalarında artım nümayiş etdirir
İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. Birinci rübdə Özbəkistan və Qırğızıstan sabit kapital investisiyalarında müvafiq olaraq 29,6 faiz və 25,5 faiz artım nümayiş etdirib, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Azərbaycan və Macarıstan da müvafiq olaraq 14,9 faiz və 12,2 faiz sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.
Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 23 faiz, Özbəkistanda 19,6 faiz, Qazaxıstanda 11 faiz, Türkiyədə 7,4 faiz, Macarıstanda 6,8 faiz və Azərbaycanda 5,7 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. ŞKTR-də bank sektoru isə daha mülayim (5,04 faiz) artım göstərib.
Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 48,8 faiz, dövlət büdcəsi xərclərində isə 42,3 faiz olmaqla ən yüksək artım qeydə alınıb. Türkiyə də dövlət büdcəsi gəlirlərində 44,4 faiz, dövlət büdcəsi xərclərində isə 45,5 faiz olmaqla yüksək artımı qeydə alınıb. Özbəkistanda isə dövlət büdcəsi gəlirlərində 35 faiz, dövlət büdcəsi xərclərində isə 24,1 faiz olmaqla yüksək artımı qeydə alınıb. ŞKTR, Qazaxıstan, Macarıstan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.
Ümumilikdə, 2026-cı ilin ilk rübünün məlumatları göstərir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr qlobal orta göstəricilərdən daha sürətlə böyüyür, iqtisadi ölçülərinə nisbətən daha intensiv ticarət aparır və investisiya, əlaqəlilik və struktur transformasiyaya daha çox resurs yönəldirlər. Şaxələndirmə, regional inteqrasiya və infrastrukturun inkişafı istiqamətində irəliləyişlərin sonrakı dövrlərdə iqtisadi artım tempini dəstəkləməsi gözlənilir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20

