“Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin işıqlandırılması”
29.01.2016 [09:49]
“Gənc Politoloqlar Mərkəzi”nin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” adlı layihənin növbəti seminarı dünən “SƏS” Media Qrupun ofisində baş tutub. Seminar-treninqin budəfəki moderatoru “SƏS” Media Qrupun rəhbəri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Bəhruz Quliyev olub.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan mətbuatında ictimai-siyasi mövzularda yazan jurnalistlərin ixtisaslaşmasının vacibliyini diqqətə çatdıraraq bildirib ki, gələcəyin qurucuları olan gənclər və həmin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin mahiyyətinin xalqa çatdırılması işində gənc jurnalistlərin peşə hazırlığı və ixtisaslarının artırılması mühüm əhəmiyyət kəsb edir: “Təcrübə göstərir ki, bəzən vətənpərvər, dövlətimizə və xalqımıza sədaqətli olan KİV nümayəndələrinin siyasi bilik və bacarığının, peşə hazırlığının kifayət qədər olmaması səbəbindən onlar lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər. Ona görə də bu mövzuda mütəmadi olaraq gənc jurnalistlərin ixtisasının artırılmasına ciddi ehtiyac duyulur. Düşünürəm ki, keçirilən seminarlar bu istiqamətdə gənclərimizə öz müsbət töhfəsini verəcəkdir”.
“Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin işıqlandırılması” mövzusunda çıxış edən “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, milli mətbuatımızın tarixi 140 il öncəyə söykənsə də, Azərbaycanda müstəqil jurnalistikanın formalaşması prosesi müasir dövrə təsadüf edir: “Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil media məkanında siyasi jurnalistika formalaşmağa başladı. Xarici ölkələrə nəzər salsaq, görərik ki, MDB dövlətləri siyasi jurnalistikanı daha çox qəbul edir, nəinki Avropa dövlətləri. Avropada, ümumiyyətlə, siyasi jurnalistika anlayışı mübahisəli məsələ olaraq qalır”.
“Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşündə daim mətbuatı ictimai nəzarət mexanizminin formalaşmasında dövlətə yardımçı olmağa çağırıb. Eyni zamanda, dövlət başçısı siyasi mövqeyimizdən asılı olmayaraq dövlətçilik, ümumxalq məsələlərində birgə fəaliyyət göstərməyi bizlərə daim tövsiyə edir. Mətbuat da ümumxalq məsələlərində doğru münasibəti sərgiləməyə borcludur”.
Bəhruz Quliyev onu da qeyd edib ki, Azərbaycanda radikal müxalifət jurnalistikasını çıxmaq şərti ilə, ehtiyac duyulduqda iqtidar və müxalifət jurnalistikası birlikdə öz sözünü deyə bilir: “Jurnalistin ixtisaslaşmasında, eyni zamanda, siyasi təfəkkürünün formalaşmasında həm cəmiyyətin, həm də redaksiya mühitinin rolu danılmazdır. Yəni ictimai fikir, cəmiyyət bu prosesə öz təsirini göstərir. Düşünürəm ki, cəmiyyəti düşündürən bütün məsələlərə jurnalistlər təmkinlə, ağılla yanaşmalıdırlar. Bəziləri müəyyən fürsətlərdən, hansısa boşluqdan istifadə edərək lazımsız addımlar atırlar. Belə bir məqamda sağlam jurnalistika maarifləndirmə işini gücləndirməli, dövlətin həyata keçirdiyi siyasəti xalqa təbliğ etməlidir”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxışında bildirib ki, bir yandan, Qərb siyasi jurnalistika anlayışını qəbul etmək istəmir, digər bir yandan isə, özlərini təkzib edirlər: “O mənada ki, jurnalistikanı dördüncü hakimiyyət adlandıran məhz Qərbdir. Bu, MDB, postsovet məkanının siyasi media fəlsəfəsi kimi ortaya çıxmayıb, elə Qərbin özündən gəlib. Əgər jurnalistikanı hakimiyyətin qolu kimi səciyyələndirə biliriksə, bu zaman hakimiyyət özü başdan-ayağa siyasi institutlaşmadır. Jurnalistika siyasiləşməmiş ola bilər, o halda ki, yalnız bir funksiya həyata keçirmiş olsun - xəbər ötürmə. Bu gün kim deyə bilər ki, dünyada jurnalistika yalnız xəbər ötürmə funksiyasından çıxış edir?! Jurnalistika siyasilərin tribunası olmaqla bərabər, həm də özünün siyasi dəst-xəttini göstərmiş olur. Deyə bilərəm ki, heç bir mətbu orqan bir siyasətçinin, şərhçinin fikirlərini olduğu kimi cəmiyyətə çatdırmır. Mütləq orada özünün şərhini əlavə edir. Bir halda biz siyasətçinin “xalis” çıxışı ilə tanış ola bilirik, o da həmin şəxsin fikirlərini öz dilindən eşitməklə. Bundan kənarda isə jurnalistin özünün əlavəsi olur ki, bunun özü də siyasi məzmun kəsb edir. Müasir jurnalistikanın bütün imkanlarını, potensialını nəzərə alaraq cənab Prezident haqlı olaraq jurnalistikanı dördüncü deyil, ikinci hakimiyyət adlandırıb. İndiki mərhələdə bu fikirlər jurnalistikanın mahiyyətini dəqiqliklə ifadə edir”.
Hikmət Babaoğlu qeyd edib ki, milli mediamız ictimai şüurun formalaşmasında həmişə yaxından iştirak edib. Millət vəkili onu da əlavə edib ki, maarifləndirmə missiyasi yerinə yetirən jurnalistlərin özlərinin maariflənməsi olduqca vacib məsələdir: “Jurnalistikada siyasi aspektlərin öyrənilməsi vacibdir. Bu işdə uğurların əldə olunacağına inanırıq”.
Seminar mövzu ətrafında diskussiya ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

