Görkəmli tarixçimiz Mahmud İsmayılovun əsərlərində çarizmlə mübarizə məsələləri
06.02.2016 [10:13]
XIX yüzilliyin başlanğıcı Azərbaycan tarixinin ən acı səhifələrindən biridir. Həmin dövrə qısa nəzər saldıqda işğalın Azərbaycan tarixində oynadığı “rol”u asanlıqla görmək olar. Belə ki, ərazilərimiz çar Rusiyası tərəfindən hissə-hissə zəbt olunur, işğal olunmuş ərazilərdə xalqın ciddi etirazlarına baxmayaraq, hərbi-feodal üsul-idarəsi qurulurdu. Azərbaycan torpaqlarında “erməni vilayəti” təşkil olunmuş, yüzminlərlə azərbaycanlı öz dədə-baba yurdlarını ataraq İran və Türkiyəyə köçmək məcburiyyətində qalmış, Azərbaycana isə qısa zamanda 130 minə yaxın erməni, həmçinin alman və ruslar köçürülmüşlər.
Sovet tarixşünaslığında o dövrdə baş verən hadisələrə münasibət birmənalı olaraq işğalı ört-basdır etməyə yönəlmiş, hətta könüllü birləşmədən, Rusiyaya olan meyildən bəhs etmişlər. İşğalı ortaya qoyan faktlar və sənədlər xalqdan gizlədilmiş, sovet tarixçilərinin subyektiv fikirləri gerçək tarix kimi qələmə verilmişdir. Lakin bununla barışmaq istəməyən görkəmli tarixçimiz Mahmud İsmayılov baş verən hadisələrə mümkün qədər obyektiv münasibəti ilə seçilmiş və hələ sovet dövründə çap etdirdiyi əsərlərində haqsızlığa qarşı öz etiraz səsini ucaltmışdı.
1967-ci ildə Moskvada çap olunan “SSRİ tarixi” kitabının “Qafqaz xalqlarının azadlıq mübarizəsi” və “Çarizmin milli-müstəmləkə zülmünün forma və metodları” adlı bölümünün müəlliflərindən biri kimi M.İsmayılov çarizmin işğalçı siyasəti, Qafqaz xalqlarının qəhrəman mübarizəsi və çarizmin milli-müstəmləkə zülmündən bəhs etmiş, hadisələrə obyektiv qiymət verməyə səy göstərmişdir[1]. Heç də təsadüfi deyil ki, o sonradan öz mövqeyinə görə ciddi təzyiqlərə məruz qalmışdır.
1982-ci ildə görkəmli tarixçimiz Mahmud İsmayılov işğalın törətdiyi fəsadlardan bəhs edən “Şəki” tarixi oçerkini nəşr etdirdi. Bu əsərdə müəllif həmin hadisələrlə bağlı birmənalı münasibətə ağır zərbə vuraraq obyektiv mövqe ortaya qoya bildi. Xanlıqların siyasi hüquqsuzluğundan geniş və ətraflı bəhs edən müəllif işğalın mənfi nəticələrini rus məmurlarının dili ilə ifşa etməyə nail oldu. Rus məmurlarının bu etirafları hadisələrə qeyri-obyektiv yanaşanlara tutarlı bir zərbə oldu[2].
XX yüzilliyin 70-80-ci illərində işıq üzü görən “Azərbaycan Sovet Ensiklopediyası”nda (ASE) M.İsmayılov bir sıra sanballı məqalələrin müəllifidir[3]. Bu qəbildən olan Bakı xanlığı, Qarabağ xanlığı adlı məqalələrdə verilən yığcam elmi-ensiklopedik bilik mühüm tarixi əhəmiyyət kəsb edir. ASE-də çap olunan Kürəkçay müqaviləsi ilə bağlı məqalə də müəllif tərəfindən qələmə alınmışdır. Məlumdur ki, bu müqavilə ilə Qarabağ, Şəki və Şirvan xanlıqlarının Rusiyaya ilhaq olunmasının əsası qoyulmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu məqalədə M.İsmayılov Kürəkçay müqaviləsinin işğalçı mahiyyətini açmış, onun ağır şərtlərindən bəhs etmişdir.
Onu da qeyd edək ki, M.İsmayılov “Böyük Sovet Ensiklopediyası” və “Sovet Tarix Ensiklopediyası” üçün Azərbaycan tarixi və tarixşünaslığı üzrə də məqalələr hazırlamışdır.
Çar Rusiyasının xalqımıza qarşı işğalçılıq siyasəti görkəmli tarixçimizin 1992-ci ildə nəşr etdirdiyi “Azərbaycan tarixi” kitabında geniş əks olunmuşdur[4]. Müəllif bu kitabında yazır: “Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt olunması ilə Azərbaycan öz müstəqilliyini itirdi. Bir xalqı dövlət müstəqilliyindən məhrum etmək isə ən mürtəce hadisədir. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi”[4].
Bu sözlər müəllifin işğal faktına olan münasibətini açıq-aşkar ortaya qoyur və hadisələrə fərqli münasibət bəsləyənlərə kəsərli cavab verir.
Müəllif işğal faktından, onun ağır nəticələrindən bəhs edərkən başqa bir metoddan istifadə etməyi lazım bilir. Belə ki, o, Gəncə millət vəkili İsmayıl xan Ziyadxanovun Rusiya Dövlət Dumasındakı məşhur nitqinin xeyli hissəsinə bu kitabda yer verir və işğalın törətdiyi fəsadları millət vəkilinin dilindən geniş xalq kütləsinə çatdırır. Orada deyilir: “Zaqafqaziya (Cənubi Qafqaz - V.U.) torpaqları yüz il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu yüz il içərisində biz müsəlmanlar həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər təqibata məruz qalaraq hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə endirilmişik. Ölkəmiz istila edilər-edilməz dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqqəddəslərimizə müdaxilə edildi”[4]. Əlbəttə, bu sözlərin şərhə ehtiyacı yoxdur.
Bəzi tarixçilərin Azərbaycanın çar Rusiyası vasitəsilə kapitalizm inkişaf yoluna qədəm qoyması fikrini M.İsmayılov istehza ilə qarşılayaraq bildirirdi ki, belə çıxır ki, Rusiya olmasaydı, Azərbaycanda kapitalizm inkişaf etməyəcəkdi. Şübhəsiz ki, Bakı kimi neft sərvəti olan ölkədə sosial-iqtisadi inkişaf yüksək nailiyyətlər əldə edəcəkdi.
Beləliklə, görkəmli tarixçimizin Azərbaycanın şimal torpaqlarının çar Rusiyası tərəfindən işğalı ilə bağlı gəldiyi qənaət bundan ibarətdir ki, Azərbaycan Rusiya zadəganlarının sənaye xammal bazasına, rus tacirlərinin isə satış bazasına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Yəni ölkə yalnız çar Rusiyasının sənayesi üçün xammal istehsal etməli, sənayesi də buna xidmət etməli idi. Ən başlıcası isə budur ki, çar Rusiyasının müstəmləkəsinə çevrildi. Çar Rusiyası hər vəchlə geriliyi qorumağa və bu ölkədə yaşayan xalqları əsarət altında saxlamağa çalışan bir siyasət yeridirdi.
Yeri gəlmişkən, Azərbaycan tarix elminin inkişafında əhəmiyyətli rol oynayan tarixçimiz Mahmud İsmayılovun elmi rəhbərliyi, müsbət rəyi və dəstəyilə 1996-cı ildə “Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunması və müstəmləkəçilik əleyhinə mübarizə” mövzusunda dissertasiya müdafiə etmişəm və eyni adlı kitabım 2004-cü ildə Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunaraq geniş oxucu təbəqəsinə çatdırılmışdır[5].
Sonda onu da qeyd edim ki, görkəmli tarixçimiz 2000-ci ildə nəşr olunan çoxcildli “Azərbaycan tarixi”nin 4-cü cildinin [6], 2007-2008-ci illərdə nəşr olunan 7 cildlik “Azərbaycan tarixi”nin IV və V cildlərinin məsul redaktoru olmuşdur[7].
ƏDƏBİYYAT SİYAHISI
1. Osvoboditelğnaə borğba narodov Kavkaza, Formı i metodı naüionalğno-kolonialnğnoy politiki üarizma- İstoriə SSSR, Moskva, 1967
2. İsmayılov M.Ə. Şəki, tarixi oçerk, 1967
3. Azərbaycan Sovet Ensiklopediyası (ASE), I cild, Bakı, 1978; ASE, III cild, Bakı, 1979; ASE, VI cild, Bakı, 1982
4. Mahmud İsmayıl. Azərbaycan tarixi, Bakı, 1992
5. Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal olunması və müstəmləkəçilik əleyhinə mübarizə, Bakı, 2004
6. Azərbaycan tarixi, Bakı, 2000 (həmmüəllif)
7. Azərbaycan tarixi, 7 cilddə, Bakı, 2007-2008 (həmmüəllif)
Vidadi Umudlu
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, Dövlət Mükafatı Laureatı
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

