Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərsun Holdinq”də Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

“Azərsun Holdinq”də Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

26.02.2016 [10:16]

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Azərsun Holdinq” silsilə tədbirlərə start verib. Belə ki, fevralın 23-də şirkətlər qrupunun mədəniyyət mərkəzində soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri təşkil olunub.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə icmanın sədri Bayram Səfərov çıxış edərək, Xocalı faciəsi haqqında, bu faciənin dünyada tanıdılması və soyqırımı kimi qəbul edilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Natiq bu istiqamətdə aparılan fəaliyyətlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının rolunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu cür məlumatlandırma aksiyalarının məhz ölkə xaricində təbliğinin xüsusi rolunu qeyd edərək, şirkətlər qrupunun da bu tədbirləri hər zaman dəstəklədiyini bildirib.
Mərasimin sonunda Elnurə Abdullayevanın müəllifi olduğu “Əsgər papağı” film-tamaşası Bakı “Kölgə” Teatrı tərəfindən nümayiş olunub.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30