Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan Muxtar Respublikası: İnsan potensialı və milli iqtisadiyyat

Naxçıvan Muxtar Respublikası: İnsan potensialı və milli iqtisadiyyat

31.08.2017 [10:32]

Elmin texnika ilə vəhdətindən yaranan tərəqqi dünyanın yeni mənzərəsini formalaşdırmaqdadır. Ölkələr yalnız elmlə, təhsillə, savadlanma ilə irəliyə doğru gedə bilər. Bununla da elmə və təhsilə göstərilən qayğı hər bir ölkənin dövlət siyasətinə çevrilməkdədir. Dövlətin ali məqsədlərini təşkil edən bu məsələlər yeniləşən dünyanın hətta gələcək inkişaf xəttini də müəyyən edir.
Bu mənada Azərbaycan Respublikasında da elmin və təhsilin səviyyəsinin yüksəldilməsi, dünyagörüşün artırılması və bu sahədəki proseslərin davamlılığının təmin edilməsi məqsədilə yüksək əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. Yeni iqtisadi şəraitdə Ümummilli liderimiz Heydər Əliyev uzaqgörən siyasəti ilə:
- ölkənin malik olduğu təbii ehtiyatlardan səmərəli istifadə yollarının müəyyənləşdirilməsindən, bunun əsasında neft sektorunun inkişaf etdirilməsindən, bu sahəyə yönəldilən kapitalın stimullaşdırılmasından və neft kapitalının insan kapitalına çevrilməsindən;
- iqtisadiyyatın ardıcıl inkişaf istiqamətlərinin müəyyən edilməsindən, onun milli və sosial mahiyyətinin yüksəldilməsi məsələlərinin diqqətdə saxlanılmasından, bununla da insan amilinin daim diqqətdə saxlanılmasından;
- sosial-iqtisadi inkişafda, elmin, təhsilin və digər sahələrin ardıcıl yüksəlişində insan amilindən potensial olaraq istifadə edilməsindən, onun çevik əmək ehtiyatları, potensialı, məhsuldar qüvvələr kimi səmərəliliyinin artırılmasından;
- insanların təhsilə cəlb edilməsi sahəsində stimullaşdırılma mexanizmlərinin çevikliyinin təmin edilməsindən, savadlanmasından, cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmasından;
- bu sahədə ölkənin regional siyasətinin tənzimlənməsindən, regionlarda ixtisaslaşdırılmış kadr potensialının təmin edilməsindən, milli zəmində yüksək dünyagörüşünə, müasir dünyada baş verən hadisələrə çevik və düzgün yanaşmanın irəli sürülməsindən, elm və təhsilin vəhdətindən irəli gələn təcrübə əsasında güclü mövqe sahibi olan vətəndaşların mövcudluğundan ibarət təşkilatlanma həyata keçirildi.
Azərbaycanda gəncliyin daim diqqətdə saxlanılması, onların etibarlı təhsilinin və sağlam gələcəyinin təmin edilməsi böyük dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi güclü strategiyanın ifadəsidir. Təkcə bu faktı qeyd edək ki, keçmiş İttifaq dövründə Onun təşəbbüsü ilə SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərilirdi. Ümumiyyətlə, hər il təhsil almaq üçün isə Azərbaycandan kənarda 800 tələbənin təhsil alması təmin olunurdu. Bu siyasət müasir müstəqillik illərində Ümummilli lider tərəfindən daha da zənginləşməklə tənzimlənmişdir. Belə ki, 1999-cu il iyul ayının 29-da Prezident tərəfindən “Dövlət Gənclər siyasəti haqqında” Fərmanın imzalanması dediklərimizə əyani sübutdur. Bu tarixi Fərmandan sonra gənclərlə işlərin uğurlu, daha mütərəqqi əsaslarla qurulması məqsədilə 9 aprel 2002-ci il tarixdə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edildi. Təbii ki, həmin Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləməkdədir. Eyni zamanda bunlar gəncliyin maariflənməsi, ixtisaslaşması və inkişafı sahəsində dövlət qayğısının ən mötəbər səviyyəsini göstərməkdədir.
Bu sahədəki proseslərin mahiyyətinin və perspektivliyinin yüksəldilməsi məqsədilə müəyyən edilmiş böyük siyasətin davam etdirilməsinin gerçək ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 16 aprel 2007-ci il tarixində imzalanan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müstəsna əhəmiyyəti vardır. Həmin Dövlət Proqramına əsasən 5000 Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdur.
Naxçıvan Muxtar Respublikasında da ölkənin regional siyasətinin səmərəli təşkili və idarə olunması sahəsində iqtisadiyyatın təminat qabiliyyətli, sosialyönümlü olması və perspektivlərə hesablanması məqsədilə sistemli tədbirlər həyata keçirilməkdədir. Bu özünü bütün sahələrlə yanaşı, həm də təhsil sahəsində göstərir. Bununla əlaqədar, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə proseslərin səmərəliliyinin təmin edilməsi, təşkili və idarə olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ardıcıl olaraq hüquqi tənzimləmələr həyata keçirilmişdir:
- 31 yanvar 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında imzalanan Fərman və bu Fərmanla təsdiq edilən Naxçıvan Muxtar Respublikasında Gənc İstedadların “Qızıl Kitabı”na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları;
- 20 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam;
- 23 avqust 2014-cü ildə “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikası mükafatlarının təsis edilməsi, Mükafat Komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq olunması haqqında” Fərman;
- 4 sentyabr 2014-cü ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təsis edilməsi haqqında” Fərman;
- 14 mart 2015-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncam;
- 27 iyul 2015-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam və s.
Qeyd edək ki, yeni mərhələ üçün iqtisadi hadisə və proseslərin göstərilən hüquqi tənzimləmə aktlarına, xüsusən də bəhs edilən sahələr üzrə Yol Xəritələrinə uyğunlaşdırılması, əlaqələndirilməsi məsələləri öz aktuallığı ilə seçilməkdədir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına diqqət edəndə görünür ki, insanların firavanlığı məqsədilə:
- bütün tədbirlər milli iqtisadiyyatın perspektivləri əsas götürülməklə həyata keçirilməkdədir. İqtisadiyyatın sahə strukturunun məhsuldarlığı mərhələli inkişaf proqramları ilə, səmərəli təşəbbüslərlə və digər tənzimləyici vasitələrlə təmin edilmişdir;
- sənaye və kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahələri kimi artıq yüksək səmərəli sahələr olaraq formalaşmışdır. Bu isə imkan vermişdir ki, muxtar respublika əmək ehtiyatlarından, məhsuldar qüvvələrdən və insan (kadr) potensialından istifadə məqsədlərinin gerçəkləşməsi sahəsində, bununla da məşğulluq səviyyəsinin yüksəldilməsində qətiyyətli yol qət etsin;
- seçilmiş prioritetlərə uyğun olaraq, muxtar respublikada xammal mənbələrinin müyyənləşdirilməsi, emal müəssisələrinin fəaliyyətinin təşkili, yüngül və yeyinti sənaye sahələrinin inkişafı, bu sahədə kiçik və orta sahibkarlığın daha da təşkilatlanması məsələləri düzgün istiqamətləndirilmişdir;
- ixtisaslaşdırılmış turizm sahəsində zəruri infrastrukturun yaradılmasına, bu istiqamətdə brendləşmənin təşkilinə, turizm məkanlarının müasir standartlara tam uyğunlaşdırılmasına, yerli və xarici turistlərin cəlbi və axının stimullaşdırılmasına, müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə nail olunmuşdur;
- ən ciddi məsələ kimi istehsal (iqtisadi) münasibətlərinin davamlı inkişafı, bu sahədə ticarət potensialının daha da artırılması, ümumilikdə, ölkənin beynəlxalq iqtisadi münasibətlərinin təkanverici qüvvəsi kimi beynəlxalq sferaya çıxış imkanlarının genişləndirilməsi və bu sahədə istehsaldan istehlaka qədər olan proseslərin məcmusu kimi logistikanın təşəkkülü diqqətdə saxlanılmışdır:
- iqtisadiyyatın sosialyönümlülüyünün gücləndirilməsi və davamlılığı istiqamətindəki fəaliyyətin gerçək ifadəsi olaraq əhalinin mənzil təminatı və etibarlı təhsil alması sahəsində dövlət siyasətinin təşkilinə nail olunmuşdur;
- mövcud inkişaf səviyyəsinə və dünyanın hazırkı çağırışlarına uyğun olaraq maliyyə münasibətlərinin səmərəliliyinin təminatında, bu sahədəki şəffaflığın artırılması məqsədilə nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi, eləcə də İKT sahəsində ən müasir standartların tətbiqi mümkün olmuş və sürətli internetə çıxış imkanları daha da genişlənmişdir;
- müasir infrastruktur təşkilatlanması çərçivəsində mərkəz və region arasındakı sosial-iqtisadi inkişaf fərqi aradan qaldırılmış, keyfiyyətli və çevik kommunal təminatlar, o cümlədən qaz, su, nəqliyyat, elektrik, istilik, sudan istifadə imkanları genişləndirilmiş, bununla da milli iqtisadi inkişaf təmin edilmişdir və s.
Göstərilən sahələr üzrə tədbirlər özünün ardıcıllığı, yeni inkişaf səhifələrinin açılması və müasir dünyanın yeni çağırışları ilə səsləşməsilə önəmini artırmaqdadır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 28 avqust 2017-ci il tarixdə Oxunması zəruri olan kitablar haqqında Sərəncam imzalandı və Oxunması zəruri olan kitabların Siyahısı təsdiq edildi. Bu tənzimlənmə aktı muxtar respublikada:
- xüsusən gənclərin savadlanmasında güclü və mükəmməl bazanı daha da möhkəmlətməklə, onlara dünyagörüşlərini artırmaqda yeni imkanlar açacaq;
- gənclərlə yanaşı, həm də digər təbəqələrdən və yaşlardan olan insanların asudə vaxtlarının daha səmərəli keçirilməsinə zəmin yaradacaq ki, bu da təhsilə və savadlanmaya olan marağın daha da artmasına səbəb olacaq;
- ölkənin qeyri-maddi istehsal sahəsindəki artım göstəricilərinin yüksəldilməsinə yol açacaq;
- cəmiyyətdə humanizmin, xoş məramın, elmi-mədəni mühitin bundan sonrakı inkişafına və bu istiqamətdə məqsədyönlülüyə təkan olacaq;
- gənclərin yaradıcılıq potensialının, yeni təşəbbüs və təşkilatçılıq keyfiyyətlərinin inkişafına stimul verəcək ki, bu da sosialyönümlülüyü ilə milli iqtisadiyyatın əsas perspektivlərinə hesablanıb.
Siyahıya diqqət edərkən ilkin, başlanğıc mərhələ üçün 30 kitabın təsdiq edildiyini və onun daha da zənginləşməsinin diqqətdə saxlanılmasının müəyyən olunduğunu görürük. Təbii ki, bu, Azərbaycan ədəbiyyatının klassik və müasir səhifələrinin açılması, öyrənilməsi, təkrarlanması, bilik və elmi-nəzəri təcrübənin mənimsənilməsi, şair, yazıçı və mütəfəkkirlərimizin həyat və yaradıcılığına daha yaxından bələdçiliyin ən gerçək göstəricisidir. Digər tərəfdən, Azərbaycan oxucusunun dünya ədəbiyyatına inteqrasiyasının, bununla da dünyəvi bilik və düşüncənin, fikir mübadiləsinin müasir yanaşma tərzinin dolğunluğunun isbatıdır. Burada həm də sanki oxunan kitabların müəllifləri ilə qurulan ünsiyyətin real gerçəklikdəki mənzərəsi təqdim edilməkdədir. Bu, eyni zamanda Azərbaycan ədəbiyyatının zənginləşməsində, ziyalı mühitinin daha da inkişafında, elmi araşdırmaların stimullaşdırılmasında, tədris prosesinin səmərəli idarə olunmasında güclü təsirə çevriləcək.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31