“II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib
19.05.2018 [09:08]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “II UNEC Science Slam” müsabiqəsinin final mərhələsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi gənclərin elmi tədqiqatlara marağının artırılması, onların dünya elminə çevik inteqrasiyasını təmin etməkdir. Müsabiqə iştirakçıları 10 dəqiqə ərzində öz araşdırmalarını kreativ şəkildə təqdim ediblər. Tələbələrin sosial mediada uğurlu marketinq siyasəti, süni intellekt, xərclər, məhsulun sertifikatlaşdırılması, ünsiyyət vasitələri, reklam materiallarının insan şüuruna təsiri, pozitiv psixologiya, statik elektriklə idarə olunan nəqliyyat, davranış iqtisadiyyatı barədə tədqiqatları maraqla qarşılanıb.
Çıxışlar “Science Slam” qaydalarına uyğun olaraq alqış sədaları ilə qiymətləndirilib. Qalibi xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapazonu müəyyənləşdirib. 90.2 desibel (dB) səs tezliyində alqış qazanan biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Amal Veysəlov “Hər şey göründüyü kimi deyil” mövzusu ilə “II UNEC Science Slam” müsabiqəsində birinci yerin sahibi olub. A.Veysəlov təqdimatında televiziyalarda yayımlanan reklam materiallarının insan şüuruna təsirini tədqiq edib.
İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Ramiz Şükürovun “Əngəlliləri cəmiyyətə geri qaytaraq” təqdimatı 89.8 dB ilə ikinci, türk dünyası işlətmə fakültəsinin birinci kurs tələbəsi Vüsal İsmayılovun “Statik elektriklə idarə olunan avtobus” təqdimatı isə 87.6 dB ilə üçüncü yerə layiq görülüb.
Qaliblərə sertifikatlar təqdim olunub. Eyni zamanda, onlar yekun dövlət attestasiya imtahanından azad ediliblər.
Qeyd edək ki, 2017-ci ildə UNEC-də “Science Slam” elm müsabiqəsini təşkil edib. İdeya müəllifi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Müsabiqəyə elmlə maraqlanan, tədqiqatçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişləndirmək istəyənlər qatılır. Qərb ölkələrində bir çox “Science Slam” müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatları cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

