/ / Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tovuzda azyaşlı qızın qətlə yetirilməsi ilə bağlı birgə məlumat yayıb
08.01.2020 [09:30]
Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir.
Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat verib, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz Rayon Polis Şöbəsinə müraciət edib.
Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınıb, yaşadığı evə baxış keçirilib, zəruri əməliyyat tapşırıqları verilib və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib.
Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən həmin tarixdə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.
Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunublar.
Müəyyən edilib ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib.
Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilib, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilib, çoxsaylı şahidlər dindirilib, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilib.
Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58

