Dövlətin diaspor quruculuğu siyasətində yeni mərhələ: perspektivlər və gözləntilər
30.09.2020 [11:19]
İstər bu mərhələdə həyata keçirilən genişmiqyaslı işlər, istərsə də xaricdəki diaspor təşkilatlarında baş verən yenilənmələrin fonunda gənclərin önə çəkilməsi gənc könüllülərin diaspor fəaliyyətində iştirakı üçün daha münbit zəmin yaradıb
I Yazı
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan eyni zamanda bir sıra regional və qlobal layihələrin icrasında da aparıcı aktor kimi önə çıxıb. Heç şübhəsiz əldə edilən bu uğurlar fonunda həm ümumilikdə ölkəmiz, həm də Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması daha böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu məsələdə də daim öndə olmağımız üçün dünya azərbaycanlılarının daha mütəşəkkil şəkildə təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi olduqca vacib amillərdən biridir. Məlum olduğu kimi diasporun bir araya gəlməsi üçün, birinci növbədə əqidə, ideologiya birliyinin olması vacibdir və bu baxımdan xaricdəki soydaşlarımız, həmçinin diaspor qurumlarımız üçün dəyərli istinad mənbəyi var. Belə ki, Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası xaricdəki azərbaycanlıları vahid ideya ətrafında birləşdirən möhkəm istinad mənbəyidir.
Müasir Azərbaycanın diaspor quruculuğuna tarixi baxış
Məlum olduğu kimi Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda ölkəmiz çətin sınaqlar qarşısında idi. Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilsə də, xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Məhz dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu. Ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının əsasını da məhz Ümummilli Lider qoydu. Beləliklə, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkə vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi.
Xüsisi qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi işlərə başlanıldı. Azərbaycançılıq ideologiyası dövlət siyasəti səvyyəsinə qaldırıldı. Buna Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. təkan verdi.
Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. 2001-ci ildən isə milli ideologiyanın inkişafında yeni mərhələ açıldı.
Dünya Azərbaycanlılarının I Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan verdi
Belə ki, həmin il Bakıda tarixdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. 2001-ci il noyabrın 9-10-da keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı ən yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
Minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsasları bir daha geniş müzakirə edildi, mövcud vəziyyət qiymətləndirildi və gələcək vəzifələr müəyyən olundu.
Ulu Öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdi ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər əldə etmək, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Elə bu səbəbdən də Azərbaycan dövləti ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışıb.
İndi birmənalı şəkildə demək olar ki, xaricdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

