/ / Xorvatiyalı jurnalist azad edilmiş torpaqlarda vandalizm aktlarına məruz qalmış abidələrimiz barədə məlumatlandırılıb
Xorvatiyalı jurnalist azad edilmiş torpaqlarda vandalizm aktlarına məruz qalmış abidələrimiz barədə məlumatlandırılıb
11.02.2021 [09:39]
Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Xorvatiyanın “Veçerniy List” qəzetinin jurnalisti Hasan Haydar Diabla görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mübariz Qurbanlı xorvatiyalı jurnalistin suallarını cavablandırıb.
Müsahibəsində Azərbaycandakı dini vəziyyət, ölkəmizdə mövcud olan dinlərin tarixi, dövlət tərəfindən dini sahəyə göstərilən diqqət və qayğı, işğaldan azad olunmuş torpaqlarda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi-dini abidələr barədə geniş məlumat verib.
Bildirilib ki, Avropa ilə Asiyanın qovuşuğunda, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin, həmçinin digər dinlərin nümayəndələrinin əsrlərlə dinc şəraitdə yaşadıqları və tərəqqi etdikləri dünyəvi ölkədir. Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var. Müxtəlif dini icmalar ölkəmizin inkişafında fəal rol oynayırlar.
Dövlət siyasətində tolerant və multikultural dəyərlərin təşviqinin çox mühüm yer tutduğunu vurğulayan komitə sədri bildirib ki, bu ənənə Ulu Öndər Heydər Əliyevin siyasi kursunda da önəmli yer tutub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Müxtəlif dini konfessiyalar arasındakı harmoniyaya diqqət çəkən M.Qurbanlı bu birliyin erməni işğalçıları üzərində Azərbaycanın Qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı özünü daha qabarıq şəkildə büruzə verdiyini xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri Vətən müharibəsində könüllü olaraq iştirak ediblər.
Eyni zamanda, qeyd edilib ki, ermənilər işğal müddətində Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələrə qarşı vandalizm aktları törədərək qədim Alban dövlətinə aid abidələri ciddi saxtakarlıqlara məruz qoyub, qriqoryanlaşdırmağa çalışıblar. M.Qurbanlı yüzlərlə dini abidəmizin - məscid, kilsə, ziyarətgah və qəbiristanlıqların dağıdıldığını, məscidlərimizin tövlə halına salındığını söyləyib.
Ətraflı müsahibəyə görə təşəkkürünü bildirən jurnalist işğaldan azad olunan torpaqlarımıza səfər edəcəyini, bu faktları işıqlandıracağını bildirib.
Sonda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

