Məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq genişlənir
12.02.2021 [09:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə mühüm yol xəritəsi olmaqla onun icrası çərçivəsində qanunvericilik əsaslı sürətdə təkmilləşdirilib, yeni ixtisaslaşmış məhkəmələr yaradılıb, o cümlədən Azərbaycan Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib, hakimlərin sosial müdafiəsi gücləndirilib, ayrılmış əlavə 200 hakim ştat vahidinin komplektləşdirilməsi ilə bağlı şəffaf seçim nəticəsində artıq 44 namizədin bu ərəfədə təyinatı aparılıb.
Görülən tədbirlər çərçivəsində beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə olunmaqla Avropa İttifaqı və Avropa Şurasının “Yaxşı idarəçilik naminə tərəfdaşlıq” birgə proqramının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” layihəsi həyata keçirilir.
Layihənin icrası çərçivəsində hakim və məhkəmə aparatı işçiləri üçün təlimlər keçirilib, ekspertlər tərəfindən qanunvericilik təhlil olunaraq məhkəmələr üçün kommunikasiya strategiyası, həssas qrupların ədalət mühakiməsinə çıxışına, məhkəmə qərarlarının icrası sisteminin səmərəliliyinə dair və sair sənədlər hazırlanıb.
Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı alət və indikatorlarının pilot məhkəmələrdə uğurlu tətbiqi nəzərə alınaraq bu təcrübənin digər məhkəmələrdə yayılması qənaətinə gəlinib.
Bununla əlaqədar xüsusi yol xəritəsi hazırlanaraq onun müzakirəsi və implementasiyası məqsədilə Avropa Şurası və Avropa İttifaqı təmsilçilərinin, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi nümayəndələrinin, ali, apelyasiya və birinci instansiya məhkəmə hakimlərinin və işçilərinin iştirakı ilə üç günlük onlayn seminar keçirilib.
Tədbirin açılışında Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes, CEPEJ prezidenti Ramin Qurbanov, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin layihə koordinatoru Məryəm Hacı-İsmayılova çıxış ediblər.
Seminarda məhkəmə sahəsində qazanılmış nailiyyətlər və tətbiq olunan yeniliklər qeyd edilib, o cümlədən 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı mühüm qanunların qəbul edilməsi, cəza siyasətinin humanistləşdirilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqinin genişləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə, həmçinin Avropa İttifaqı və Avropa Şurası ilə birgə həyata keçirilən layihənin məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmə prosesində vaxtın idarə olunması, məhkəmə xidmətlərinin keyfiyyətinin artırılması və məhkəmə fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Onlayn seminarda məhkəmə fəaliyyətində səmərəlilik və keyfiyyət ölçüsü alətlərinin yayılması ilə bağlı hazırlanmış yol xəritəsinin icrasının təşkili məsələləri müzakirə edilib, bununla bağlı beynəlxalq ekspert və milli tərəfdaşlar tərəfindən hazırlanmış Fəaliyyət Planının təqdimatı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

