/ / Ravvin Zamir İsayev: Azərbaycan Ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur
Ravvin Zamir İsayev: Azərbaycan Ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur
17.02.2021 [09:20]
İşğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli
Ravvin Zamir İsayev 2020-ci ilin oktyabrında hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqları ziyarət edən ilk israilli olub. Bu yaxınlarda İsayev Azərbaycan və İran sərhədində yerləşən Füzuli rayonunu və Zəngilan şəhərini ziyarət edib. Qapalı hərbi zona olan əraziləri ziyarət etmək üçün Azərbaycan Ordusundan və ölkənin Prezident Administrasiyasından xüsusi icazə tələb olunur. İsayevin direktoru olduğu 46 saylı Bakı Yəhudi məktəbinin məzunları arasında ən azı 5 nəfər döyüşlərdə iştirak edib. “Şagirdlərimin azad olunması üçün mübarizə apardıqları əraziləri öz gözlərimlə görmək mənim üçün vacib idi”, - deyə Zamir İsayev bildirib. “Azərbaycan Ordusunda döyüşən yəhudilər icmamızın və bütün ölkənin qürurudur”.
Marşrutun əsas nöqtəsi Zəngilan şəhəri idi. 29 oktyabr 1993-cü ildə I Qarabağ müharibəsi zamanı Zəngilan rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edilib və elə həmin dövrdən etibarən de-fakto qondarma “Dağlıq Qarabağ Respublikası”nın “hakimiyyət”i tərəfindən idarə olunub. Baxmayaraq ki, bu ərazilər tarixən heç vaxt qondarma “Dağlıq Qarabağ Respublikası”nın tabeliyində olmayıb. 1993-cü il BMT-nin Təhlükəsizlik Şurasının qərarına əsasən, Zəngilan rayonu beynəlxalq səviyyədə işğal edilmiş ərazi kimi tanınıb və Zəngilan Azərbaycanın işğal olunmuş ən son şəhəri olub. 2020-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələri şəhərə və ətraf ərazilərə nəzarət yaratdı. 1993-cü ildə evlərini tərk etmək məcburiyyətində qalan 42700 keçmiş Zangilan sakini hazırda Azərbaycanın ərazisində yaşıyır. Ravvin İsayevin sözlərinə görə, o, hələ 1993-cü ildə erməni qoşunlarının ərazini tərk edərkən məhv etdiklərinin həcminə heyrətlənmişdi. Azərbaycanın şəhər sakinləri rayonu tərk etdikdən və öldürüldükdən sonra orada yerləşən 18-ci əsrə aid məscid, xəstəxana və məktəblər daxil olmaqla şəhərin bütün binaları darmadağın edilmişdi. İsayev bildirib ki, “Mən təxminən 30 il xarabalıqda qalan, tərkedilmiş bir şəhər gördüm. Bir çox bina tamamilə dağıdılmışdı. Görünür erməni hakimiyyəti burada məskunlaşmağı deyil, yalnız onu məhv etməyi planlaşdırıb. Zəngilan kimi şəhərlər açıq şəkildə göstərir ki, ermənilər bu torpağa öz torpaqları kimi yanaşmayıblar”.
Onun sözlərinə görə, indi azad edilmiş ərazilərin bərpası sürətlə davam edir, kommunikasiya və əlaqələr yenidən canlanır. İsayev bildirib ki, görünən mənzərə Azərbaycanda 29-cu ildönümü qeyd olunacaq 26 Fevral - xocalı faciəsini xatırladır. 1992-ci il Qarabağ müharibəsi zamanı, fevralın 25-dən 26-na keçən gecə, erməni silahlı birləşmələri Xocalı şəhərində 613-dən çox dinc sakini qətlə yetirib. Azərbaycan mənbələrində bu hadisə Xocalı soyqırımı kimi qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

