Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb
20.02.2021 [08:33]
Fevralın 19-da BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) “Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması” mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ECOSOC-un prezidenti Münir Əkrəmin moderatorluğu ilə keçirilən və dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin iştirak etdiyi videokonfransda BMT-nin Baş katibi Antoniu Quterreş açılış nitqində bildirib ki, 2020-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü münasibətilə dünya liderləri zorakılıq, insan haqları pozuntuları, korrupsiya, marginalizasiya, hər cür ayrı-seçkilik, yoxsulluq və təcrid, həmçinin savadsızlıq, işsizliyin kök səbəblərini aradan qaldırmağa dair ümumi razılığa gəliblər. İrqçiliyə qarşı müxtəlif beynəlxalq insan haqları sənədlərində, 2030-cu ilədək davamlı İnkişaf Gündəliyində, 75-ci ildönümü Bəyannaməsində və digər müvafiq sənədlərdə göstərilən tədbirlər bu gün həmişəkindən daha aktualdır. Eyni zamanda, Baş katib hər cür ayrı-seçkiliyin, sistem bərabərsizliyinin əsas səbəblərini aradan qaldırmağın vacibliyinə toxunub.
Videokonfransda çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2016-cı ildə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Müstəqil Azərbaycan dövlətinin ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiyasında dünyəvi dövlət modeli təsbit olunub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi dövlət-din modeli dünyəvilik, tolerantlıq və multikultural dəyərlərə söykənir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir.
Diqqətə çatdırılıb ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etməsinə baxmayaraq, müxtəlif dini icmaların sülh və dostluq şəraitində birgə yaşadığı dövlət kimi Azərbaycan dini, irqi və etnik zəmində ayrı-seçkilik, anti-semitizmin heç vaxt qeydə alınmadığı ölkələr sırasında önəmli yer tutur. Komitə sədri bildirib ki, daim dinlər və mədəniyyətlər arasında dialoqu təşviq, bu mövzuda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda hazırda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 963-ə çatıb. Ölkə ərazisində 2 mindən çox məscidlə yanaşı, 14 kilsə, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına aid tarixi kilsələr, 7 sinaqoq, Zərdüştlük dininə aid Atəşgah məbədi və müxtəlif dinlərə aid ibadət yerləri fəaliyyət göstərir.
Cənubi Qafqaz bölgəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin, eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsinin dialoqa və dinc birgəyaşayışa mane olduğu xüsusi qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb. Təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrini “kabuslar şəhəri”, “kiçik Xirosima” adlandırıblar. M.Qurbanlı Azərbaycanın erməni işğalçıları üzərində Qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi-dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.
Komitə sədri qeyd edib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edərək, onu dini müstəvidə təqdim etməyə çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dinlərin, eləcə də 30 mindən çox erməninin də sərbəst yaşadığı, Bakının mərkəzində Erməni apostol kilsəsinin dövlət tərəfindən qorunduğu hamıya məlumdur.
Sonda komitə sədri hazırda dinlərin insanlara verəcəyi əsas töhfə olan vəhdət və harmoniyanın təmin edilməsinin, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlmiş çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

