“CoronoVAC” peyvəndi sınaqlardan uğurla keçmiş və effektivliyi yüksək olan vaksindir
23.02.2021 [08:59]
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya prosesi uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya ilk başlayan və ən təhlükəsiz, ən effektli vasitələrin gətirilməsini təmin edən ölkədir.
Sevindirici haldır ki, vaksinasiyaya qoşulanların sayı getdikcə artır. Bunu Səbail rayonu, 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova da qəzetimizə açıqlaması zamanı təsdiqləyib. Onun sözlərinə görə, həkim müayinəsi olmadan heç kimə vaksin vurulmur: “Vaksin vurulandan sonra vətəndaş 30 dəqiqə ərzində gözləyir. O müddət ərzində heç bir reaksiya qeydə alınmadısa, deməli hər şey yaxşıdır. İndiyədək vaksin olunan heç kəsdə pisləşmə halına, ciddi reaksiyaya rast gəlinməyib. Çünki onlar əvvəlcədən məlumatlandırılırlar. Ümumiyyətlə, təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə sıx işləyir, onlarla əlaqə saxlayırıq. İndiyədək peyvəndləmədən sonra narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə müraciət daxil olmayıb”.
K.Cabbarova xatırladıb ki, “CoronoVAC” peyvəndi sınaqlardan uğurla keçmiş və effektivliyi yüksək olan vaksindir: “Çin Xalq Respublikasının “Sinovac” şirkətinin “CoronoVAC” vaksini təsirli peyvənddir və son məlumata görə, 92 faiz effektlidir”.
“Sosial şəbəkələrdə peyvəndləmə haqqında yalan məlumatlar yayaraq panika yaratmağa çalışırlar. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, sosial şəbəkələrdə yayılan dezinformasiyalara inanmasınlar və prosesdə aktiv iştirak etsinlər. Dövlətimiz həmişəki kimi vətəndaşların qayğısına qalaraq tez bir zamanda vaksini ölkəyə gətirdi. Heç kəs bu bəladan sığortalanmayıb. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvarı yayılması deməkdir. Ona görə də hər kəsi qorxmadan vaksin vurdurmağa səsləyirəm. Lakin peyvənd olunandan sonra da arxayınlaşmaq olmaz. Pandemiya bitənədək qoruyucu maska taxmaq, məsafə gözləmək, əl gigiyenasına əməl etmək lazımdır. Hazırda yoluxma saylarının azlığı da bizi arxayınlaşdırmamalıdır. Həm vaksinasiya, həm də məsuliyyətimizlə bu bəlaya qalib gələ bilərik”, - deyə baş həkim vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

