“Vaksinasiyaya könüllü qoşulanların sayı artır”
16.03.2021 [09:16]
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə davam etdirilir. Hazırda ölkəmizdə COVID-19 infeksiyasına qarşı peyvəndləmə aparılır. Yeri gəlmişkən, ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndinin effektivliyi və ən əsası, zərərinin olmadığı aparılan tədqiqatlar nəticəsində sübut olunub.
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq: “Ölkəmizdə vaksinasiya tədbirləri davam edir. Peyvənd olunan şəxslərin sayının artması COVID-19-a yoluxanların sayının azalmasında mühüm rol oynayacaq. Ölkədə vaksinasiya ilə bağlı proses getdikcə aktivləşir. Çünki vaxtilə COVID-19 infeksiyasının varlığını dananlar olduğu kimi vaksinin təhlükəli olduğunu, peyvənd olunanlarda müxtəlif xəstəliklərin əmələ gələcəyini deyənlər var idi. Lakin zaman keçdikcə vətəndaşlar koronavirusun yalan olduğu düşüncələrinin əssasızlığını gördükləri kimi, ölkəmizə gətirilən vaksinin keyfiyyətli olduğuna və qabaqlayıcı xüsusiyyətləri ehtiva etdiyinə də əmin oldular. Ona görə də vaksinasiyaya könüllü qoşulanların sayı getdikcə artır”.
“Vaksinin birinci dozası vurularkən orqanizmin immun sistemi hüceyrələrini oyatmaq üçün COVID-19-un öldürülmüş forması bədənə yeridilir. Nəticədə, immun sistemi hüceyrələrinə həmin virusu tanıtmış oluruq. Sanki həmin hüceyrələri vücuda belə virus daxil olarsa, ona aktiv şəkildə cavab verməyə hazırlayırıq. İkinci doza vurularkən isə immun sistemi hüceyrələri virusu tanıdıqları üçün daha aktiv şəkildə hərəkətə keçirlər. Nəticədə, immun sistemi hüceyrələri tam aktiv hala keçərək vücuda daxil ola biləcək hər hansı bir infeksiyanın qarşısını almaq üçün yüksək səviyyədə fəaliyyət göstərmiş olur. Bunlar infeksiyanın aradan qaldırılmasında önəmli rol oynayan B-limfositlər tərəfindən anticisimciklərin, makrofajlar tərəfindən isə interferonun sintezlənməsi prosesləridir”, - deyə A.Allahverdiyev vurğulayıb.
Professor eyni zamanda, yoluxma hallarının artımının qarşısını almaq üçün hər kəsi tibbi maska taxmağa, sosial məsafə prinsiplərinə və əl gigiyenası qaydalarına əməl etməyə səsləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

