Milli Məclisdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla görüş olub
20.03.2021 [09:29]
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 18-də olimpiadaların, habelə dünya və Avropa çempionatlarının qalibləri İlham Zəkiyev, Aynur Məmmədova, İbrahim İbrahimov, Ramil Qasımov, Ramin İbrahimov, Zaur Paşayev, Faiq Abdullayev və Kənan Abdullaxanlı ilə parlamentdə görüş keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə sədrin müavini Adil Əliyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və idman siyasətindən, bədən tərbiyəsi və idmanın inkişafından, idmançılarımızın olimpiadalarda qazandığı uğurlardan, idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Adil Əliyev idmançılarımızın qayğılarının həmişə dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayaraq, hər il idmançıların ölkə başçısı tərəfindən qəbul edilərək mükafatlandırılmasına, onların problemlərinin həlli istiqamətində zəruri addımların atılmasına diqqət çəkib. Ölkəmizin paralimpiya hərəkatında da yüksək nəticələr əldə etdiyini deyən Adil Əliyev paraolimpiyaçıların daim ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etdiyini və yüksək nəticələr göstərdiyini bildirib.
Qeyd edib ki, Azərbaycanın dünyanın diqqət mərkəzində olan olimpiadaların, Avropa və İslam Həmrəyliyi oyunlarının, Formula 1 kimi yarışların yüksək səviyyəli təşkilatçısı olması qürurvericidir.
Bədən tərbiyəsi və idmanın gənc nəslin həyatındakı rolundan danışan vitse-spiker ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun fiziki hazırlığı, maddi texniki bazası, keçirilən təlimlərin nəticəsi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı gənclərin idmana həvəsinin artırılması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Vitse-spiker idmançılarımızın beynəlxalq yarışlara hazırlıq vəziyyəti ilə yaxından maraqlanıb, döyüş meydanında qazanılan Zəfərin idmanda da davam edəcəyinə əminliyini bildirib.
Sonda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

