Qorunma qaydalarına ciddi riayət olunmalıdır
30.03.2021 [08:46]
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, COVID-19-a qarşı vaksinasiya prosesi davam etdirilir. Amma əfsuslar olsun ki, son günlər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxanların sayında artım müşahidə olunur. Mütəxəssislərin fikrincə, artımın başlıca səbəblərindən biri yoluxanlarla təmas zamanı qorunma vasitələrindən düzgün istifadə edilməməsidir.
TƏBİB-in infeksion xəstəlikləri üzrə İşçi Qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib ki, bir ildən çoxdur, COVID-19-la mübarizə aparırıq. Yoluxma sayında artım hallarının bir neçə dəfə şahidi olmuşuq: “Səbəb yumşaldılmalardan sonra təmasların artmasıdır. Qorunma vasitələrindən düzgün istifadə edilməməsi virusun ötürülməsini asanlaşdırır. Nəticədə yoluxma sayı getdikcə artır. Ümumiyyətlə, qorunma qaydalarına ciddi riayət olunmalıdır. Burada yenə də vətəndaş məsuliyyəti ön plana çıxır. İstər ictimai nəqliyyatda, istərsə də qapalı məkanlarda qorunma tədbirlərinə nə qədər doğru şəkildə əməl olunsa, bir o qədər çox qorunmuş oluruq”.
Həkim-infeksionist bildirib ki, tibbi maskalardan doğru istifadə olunmaması da yoluxma sayında artıma səbəb ola bilir: “Bəzi hallarda ya qoruyucu maskadan doğru istifadə olunmur, yəni burunun və ya çənənin altında olur, ya da ondan dəfələrlə istifadə olunur. Tibbi və ya cərrahi maskaların istifadə müddəti 6-8 saatdır. Bəzi insanlar maskanı cibində gəzdirir və həftələrlə istifadə edirlər. Bu zaman maska yararsız hala düşür. Bundan əlavə, parça materialdan olan maskalardan istifadə olunur ki, onların da hər hansı bir qoruyuculuğu yoxdur. Müxtəlifrəngli, bəzəkli parça maskalar sadəcə görüntü xarakteri daşıyır və cəzadan yayınmaq məqsədilə taxılır. Əgər onlar qoruyucu olsa idi, o zaman hər kəs evində bu maskanı hazırlayıb istifadə edə bilərdi. Bu zaman sterilizə olunmuş şəkildə, xüsusi şəraitdə hazırlanan maskalara o qədər ehtiyac olmazdı”.
“Gündəlik yoluxma statistikasına dırnaqarası baxmamalıyıq. Qış aylarında bir çox vətəndaş virusa yoluxub sağaldı və onlarda qoruyuculuq yarandı. Yanaşı olaraq peyvəndləmə prosesi də gedir. Nəzərə almaq lazımdır ki, bu xəstəlikdən yaranmış anticisim bəzən daha qısa müddətdə yox ola bilir. Yəni daimi olaraq qalmır. Təcrübədə təkrar yoluxmalar da qeydə alınır. Ona görə də “xəstəliyi əvvəl keçirmişəm və məndə anticisim var” və ya “peyvənd olunmuşam arxayın ola bilərəm” kimi fikirlərdən yayınmaq lazımdır. Həmin şəxslər də hər kəs kimi qorunma tədbirlərinə əməl etməlidirlər”, - deyə mütəxəssis vurğulayıb.
Həkim-infeksionist Aytən Məmmədova isə vaksinasiya prosesinin COVID-19-a qarşı effektiv mübarizə üsulu olduğunu deyib. O bildirib ki, vaksinasiyaya könüllü qoşulanların sayı getdikcə artır: “Ölkəmizdə vaksinasiya tədbirləri davam edir. Peyvənd olunan şəxslərin sayının artması xəstəliyin ağır keçməsinin və geniş yayılmasının qarşısının alınmasında azalmasında mühüm rol oynayacaq”.
Mütəxəssis vurğulayıb ki, vaksinin birinci dozası vurularkən orqanizmin immun sistemi hüceyrələrini oyatmaq üçün COVID-19-un öldürülmüş forması bədənə yeridilir: “Nəticədə, immun sistemi hüceyrələrinə həmin virusu tanıtmış oluruq. Sanki həmin hüceyrələri vücuda belə virus daxil olarsa, ona aktiv şəkildə cavab verməyə hazırlayırıq. İkinci doza vurularkən isə immun sistemi hüceyrələri virusu tanıdıqları üçün hərəkətə keçirlər. Nəticədə, immun sistemi hüceyrələri tam aktiv hala keçərək vücuda daxil ola biləcək hər hansı bir infeksiyanın qarşısını almaq üçün yüksək səviyyədə fəaliyyət göstərmiş olur. Bunlar infeksiyanın ortadan qaldırılmasında önəmli rol oynayan B-limfositlər tərəfindən anticisimciklərin, makrofajlar tərəfindən isə interferonun sintezlənməsi prosesləridir”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

