Jurnalistlər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi ilə tanış olublar
01.04.2021 [08:51]
Azərbaycan tarixinə əbədi yazılan 44 günlük Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızı yağı düşməndən azad etdi. Bu gün isə ermənilərin həmin ərazilərdə basdırdığı minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təmizlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilən Füzuli rayonunun ərazisində minaların təmizləndiyi sahələrə media tur təşkil olunub.
ANAMA-nın təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov açıqlamasında bildirib ki, təmizləmə işləri əsasən üç yolla aparılır. Ərazidə mina təmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsilə minaların aşkarlanması işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa, təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.
Görülən işlər çərçivəsində, ümumilikdə, 3 milyon 600 min kvadratmetrdən çox ərazidə 4224 piyada əleyhinə mina, 1181 tank əleyhinə mina aşkar edilib. Eyni zamanda, 2064 ədəd tank əleyhinə minanın partladıcısı və 300 ədəd bombacıq zərərsizləşdirilib.
Mədət Məmmədov onu da qeyd edib ki, ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim edilmədiyi üçün təmizləmə işlərində çətinlik yaranır. Belə ki, təkcə Şuşa yolunun keçəcəyi hissədə 1,5 kilometr məsafədə 9 mina xətti aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri görülür. Yolun gediş-gəliş hissəsi üçün 150 metr enində 34 kilometr uzunluğunda ərazi təmizlənir. Adı çəkilən ərazidən bu günə kimi 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina, 5 ədəd isə partlamamış hərbi sursat aşkar edilib. Piyada əleyhinə minalar erməni istehsalı olan minalardırsa, tank əleyhinə olan minaların əksəriyyəti Rusiya istehsalıdır.
Mediatur çərçivəsində, həmçinin ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə də düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. ANAMA-nın əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov bildirib ki, əraziyə xeyli mina basdırılıb. Demək olar ki, 1 kvadratmetr ərazidə 4-5 ədəd minaya rast gəlmək mümkündür. Düşmənin belə sədd yaratmasına baxmayaraq, şanlı Azərbaycan Ordusu əks-hücumla həmin ərazidə qısa müddətdə zolaq açaraq düşmən səddini yara bilib. Müzəffər ordumuz qarşısında tab gətirə bilməyən ermənilər işğalda saxladığı Azərbaycan torpaqlarından çıxmağa məcbur olub.
Jurnalistlər mina təmizləmə mütəxəssisləri tərəfindən aşkar edilən tank və piyada əleyhinə minaların, həmçinin partlamamış silah-sursatların zərərsizləşdirilməsi prosesini də izləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

