/ / Xətai Ələsgər: Aşıq Ələsgər irsinin araşdırılması və tanıdılması ilə bağlı görülən bütün işlərə dəstək olmağa çalışacağıq
Xətai Ələsgər: Aşıq Ələsgər irsinin araşdırılması və tanıdılması ilə bağlı görülən bütün işlərə dəstək olmağa çalışacağıq
22.04.2021 [08:28]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixdə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılıb.
Qeyd edək ki, Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi sənətkarın yaradıcılığı ilə məşğul olan tədqiqatçıların, ələsgərşünasların qarşısında yeni imkanlar açır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai İslam oğlu Ələsgər sözügedən Sərəncamın mühüm əhəmiyyətə malik olduğunu deyib: “Cənab Prezidentin imzaladığı bu Sərəncam ələsgərsevərlərin, aşıq sənətinin vurğunu olan insanların ürəyincə olub. Bu addım aşıq sənətinin gələcək inkişafı üçün də mühüm töhfədir. Məhz buna görə Prezident İlham Əliyevə bir daha minnətdarlığımızı çatdırırıq”.
Yubiley ili çərçivəsində artıq bir sıra tədbirlərin keçirildiyini xatırladan Xətai Ələsgər deyib ki, Aşıq Ələsgərin 200 illiyi ilə bağlı mühüm işlərə start verilib: “Martın 30-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Göyçədən Türk dünyasına” adlı virtual konfrans keçirilib. Mədəniyyət naziri Anar Kərimov, konfransda iştirak edən müxtəlif qurumların rəhbərləri, millət vəkilləri və alimlər sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyindən bəhs ediblər. Fikrimcə, Aşıq Ələsgərin yubileyi ilə bağlı bütün tədbirlər onun həyat və yaradıcılığına yenidən işıq salacaq, zəngin irsinin gələcək nəsillərə ötürülməsinə imkan verəcək. Ümumiyyətlə, Aşıq Ələsgər yaradıcılığında araşdırılmamış çox dərin qatlar mövcuddur. Bir məqamı qeyd edim ki, Aşıq Ələsgər 16 şeir növünə müraciət edən nadir söz ustadı olub. Onlardan 4-nün yaradıcısı onun özü olub. Bunlara dodaqdəyməz təcnis, dodaqdəyməz cığalı təcnis, dodaqdəyməz divani və dildönməz aiddir. Bu baxımdan, Dədə Ələsgər yaradıcılığına dərindən bələd olduqca onun dilimizin, milli dəyərlərimizin təbliğində xüsusi rol oynadığını görə bilərik”.
X.Ələsgər onu da əlavə edib ki, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi görkəmli sənətkarın yubileyi ilə bağlı bütün tədbirlərin təşkilində və keçirilməsində iştirakı planlaşdırır: “Əlamətdar yubileyin qeyd edildiyi 2021-ci ildə Aşıq Ələsgər irsinin araşdırılması və tanıdılması ilə bağlı görülən bütün işlərə dəstək olmağa çalışacağıq. Bu zaman əsas məqsəd təkcə Aşıq Ələsgər yaradıcılığının təbliği deyil, onun təmsilçisi olduğu Göyçə aşıq məktəbinin görkəmli nümayəndələrinin də xalqımıza yaxından tanıdılması olacaq”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

