“AstraZeneca” ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır
23.04.2021 [08:20]
Məlum olduğu kimi, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini uğurla təşkil edən ölkələr sırasındadır. Onu da qeyd edək ki, COVAX platforması vasitəsilə ölkəmizə “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib. Bu, ilk partiyadır. Ümumilikdə, “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksininin mayın sonunadək Azərbaycana idxalı nəzərdə tutulur.
Yeri gəlmişkən, sözügedən peyvəndlə bağlı yeni tədqiqat işi aparan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev KİV-ə açıqlamasında deyib ki, “AstraZeneca” ilə peyvəndlənən şəxslərdə koronavirusa qarşı effektiv immunitet formalaşır: “AstraZeneca” peyvəndi və onun müsbət təsirləri ilə bağlı kifayət qədər elmi tədqiqatlar mövcuddur və bu istiqamətdə aparılan elmi tədqiqatlarla onun effektivlik göstəricilərinin xeyli yüksək olduğu sübut edilib”.
Mütəxəssis bildirib ki, tədqiqatların nəticələrinə əsasən, o da müəyyən olunub ki, virusa yoluxub sağalan, amma aylarla onları incidən, yüngül və qalıcı simptomlardan əziyyət çəkən insanlara da bu peyvəndlər çox müsbət təsir göstərir: “Belə ki, onlar elmi ədəbiyyata “Long-COVID” simptomları kimi düşən bu qalıcı simptomlardan da azad olurlar. Bundan əlavə, digər elmi araşdırmaların nəticələrinə əsasən, müəyyən olunub ki, hətta “AstraZeneca”nın birinci dozası ilə peyvəndləndikdən sonra insanlar virusdan qorunmadıqlarına görə virusa yoluxarlarsa, bu zaman orqanizmdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olur. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla xəstəliyi keçirir və ya yoluxduqlarından xəbərsiz olurlar. Bu qədər aşağı olan virus yükü ilə virusun virulentliyi, yəni yoluxduruculuğu çox aşağı olur və nəticədə, ətrafdakı insanları yoluxdurması da azalır. Bu da o deməkdir ki, “AstraZeneca” peyvəndinin tam tətbiqi virusa yoluxmanın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır”.
“Azərbaycanda təxminən 16 milyon dozaya qədər peyvənd vurulmalıdır. Bir şəxsin iki dəfə peyvənd olunmasını əsas götürsək, əhalinin 80 faizinin vaksinlənməsi üçün 16 milyon peyvənd lazımdır. Ölkəmizdə bir milyondan çox vaksin vurulub. İlk günlərlə müqayisədə peyvənd olunanların gündəlik sayında artım var. Bu, əhali arasında aparılan maarifləndirmə işinin nəticəsidir. İnsanlar etibar edərək vaksinasiyaya könüllü qoşulurlar”.
Bu fikirləri isə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qəzetimizə açıqlamasında deyib.
Baş infeksionistin sözlərinə görə, pandemiyanın əvvəllərindən dönə-dönə qeyd edilən standart qorunma qaydalarına da əməl olunmalıdır: “Belə ki, tibbi maska geyinmək, gigiyena qaydalarına əməl etmək, məsafə saxlamaq lazımdır. Peyvənd olunsaq da, hər ehtimala qarşı deyilənlərə əməl etməyimiz məsləhət görülür. Heç kəs arxayınlaşmamalıdır. O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

