“Vaksinasiya olunanlar da özünüqoruma tədbirlərini davam etdirməlidirlər”
04.05.2021 [08:52]
Bu gün bəşəriyyəti cənginə alan koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizə davam etdirilir. Azərbaycan dövləti də pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Təbii ki, pandemiyanın qarşısını almaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş qətiyyətlə mübarizə aparmalıdır.
Yeri gəlmişkən, əhali arasında müalicə zaman və peyvənddən sonrakı mərhələdə yanlışlığa yolvermə halları olur. Həkim-terapevt Xumar Novruzovanın sözlərinə görə, təəssüf ki, ev şəraitində müalicə olunanlar əksər hallarda qohum-əqrəbada, ətrafda infeksiyaya yoluxanlardan kiminsə resepti əsasında prosedur qəbul edirlər: “Bu, qətiyyən düzgün deyil. Əvvəla, koronavirus viral xəstəlikdir, antibiotiklə müalicə olunmur. Antibiotiklərlə o halda müalicə olunur ki, artıq həkim aparılan xüsusi analiz, kompüter tomoqrafiyası və digər vasitələrlə müayinələrdən sonra onun tətbiq olunmasına icazə verir. Bundan başqa, qan duruldan dərman və vasitələrdən aşırı dərəcədə istifadə etmək də düzgün deyil. Bu, doğrudur ki, COVID-19-a yoluxma zamanı qanda qatılaşma gedir və tromb yaranma ehtimalı böyük olur. Lakin bu, heç də o demək deyil ki, hamı aspirin qəbul etsin. Çoxlu aspirin qəbul edilməsi qanaxmalara aparıb çıxara bilər. Ona görə də belə hallarda müalicə mütləq həkim nəzarəti altında və ya həkimlə məsləhətləşəndən sonra edilməlidir”.
O, peyvənd vurulandan sonrakı mərhələdə də ehtiyatı əldən verməməyi məsləhət görüb: “Vaksinasiya olunanlar nəzərə almalıdırlar ki, peyvəndin qoruyuculuq faizi 90-95 faizdən çox deyil və ona görə də özünüqoruma tədbirləri davam etdirilməlidir. İkinci peyvənd dozası vurulandan üç-dörd həftə sonra xüsusi analiz nəticəsində immunitetin yaranıb-yaranmamasını yoxlamaq mümkündür. Poliklinika və klinikalara müraciət edərək bunu yoxlatmaq olar”.
“Ölkəmizdə bu infeksiyaya qarşı mübarizə ilə əlaqədar olaraq əhəmiyyətli tədbirlər görülür. Bir tərəfdən əl gigiyenası, sosial məsafənin saxlanılması və tibbi maska taxılması tədbirləri, digər tərəfdən, əhali arasında peyvəndlənmə tədbirləri davam edir”, - deyən həkim-terapevt əlavə edib ki, COVID-19-dan qorunmaq üçün bunların hamısı eyni vaxtda edilməlidir - həm peyvəndləmə aparılmalı, həm də digər tibbi qaydalar ciddi şəkildə gözlənilməlidir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

