COVID-19 xəstələrinin qida rasionu necə olmalıdır?
25.05.2021 [08:52]
Azərbaycan dövləti pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Bir tərəfdən, əl gigiyenası, sosial məsafənin saxlanılması və tibbi maska taxılması tədbirləri, digər tərəfdən, əhali arasında peyvəndlənmə tədbirləri davam edir. Təbii ki, pandemiyanın qarşısını almaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş qətiyyətlə mübarizə aparmalıdır.
Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Racu Nəbiyev açıqlamasında bildirib ki, peyvəndin vurulması orqanizmdə immunitetin inkişaf etməyə başlaması deməkdir: “Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik. Peyvənd iki dozadan ibarətdir. Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara əməl etməli, vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupları mütləq olaraq vaksinasiyaya cəlb olunmalıdır”.
Həmçinin COVID-19 xəstələrinin müalicəsində qidalanmanın rolundan bəhs edən mütəxəssis bu infeksiyaya yoluxan xəstələrin qidalanması və hansı məhsullara üstünlük verməsi barədə deyib: “İnfeksiyaya yoluxmamışdan əvvəl COVID-19 xəstələrinin müxtəlif yanaşı xəstəlikləri olduğunu mütləq nəzərə almaq lazımdır. Adətən, koronavirus xəstələri gündə 4-5 dəfə qidalanırlar. Onların qida rasionu bitki lifləri, o cümlədən tərəvəz, göyərti, meyvə, giləmeyvə ilə zəngin olmalıdır. Həmin xəstələrə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, duzlu və hisə verilmiş qidaların verilməsi məhdudlaşdırılır”.
Onun verdiyi məlumata görə, bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda qəbul edilməlidir: “Xəstəyə verilən yemək nə qaynar, nə də çox soyuq olmalı, onların qəbul etdiyi mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər. COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə və yaxud hər hansı qidanı rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır”.
“COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar pendir, kəsmik, qatıq və digər süd məhsulları, balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalanma ilə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür”, - deyə həkim-terapevt bildirib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

