Savalan baba, Ələkbər əmi... yiyəsiz qalan uşaq verilişləri
03.12.2021 [10:51]
Müşfiqə BAYRAMLI
“Vaxtınız xeyir olsun, mənim istəkli nəvələrim, nəticələrim”. Savalan baba həmişə verilişi bu cümlə ilə açar, nəvələrini salamlayar, onlarla ibrətamiz söhbətlər edərdi.
1990-cı illərdə məşhur aktyor Sadıq Hüseynov “Sehrli güzgü” verilişində yaratdığı “Savalan baba” obrazı ilə uşaqlı-böyüklü hər kəsin - tamaşaçının sevimlisinə çevrilmişdi. 18 ildir ki, dünyasını dəyişməsinə baxmayaraq, istəkli “nəvə-nəticələri” onu bir an belə yaddan çıxarmayıb. Savalan dağı tək vüqarlı, müdrik və doğma səsi, nurani çöhrəsi, ibrətamiz söhbətləri hələ də yaddaşlarda qalıb. Efir vasitəsilə uşaqlara ünvanladığı “gözümün işığı” kəlməsində doğmalıq, qayğıkeşlik hiss olunurdu. Bu obraz həm də el ağsaqqalı idi. Bir çox uşaqların evlərindəki babalarının prototipi idi. Bəlkə də, ona görə uşaqlara doğma gəlirdi. Çünki içimizdən biri idi...
O, əslində, XX əsrin 70-ci illərin ortalarında Azərbaycan radiosunda yayımlanan “Biləyən” verilişində yaratdığı obraz ilə uzun illər dinləyicilərin sevimlisinə çevrildi. 1988-ci ildə isə Azərbaycan Televiziyasında “Sizə kimdən deyim” verilişi ilə tamaşaçıların görüşünə gəldi. Dinləyiciləri kimi tamaşaçıları da Savalan babalarını çox sevdi. Bu verilişin müəllifi və redaktoru isə Rafiq Savalan idi. Öz təxəllüsünü həmin verilişə vermişdi.
Taleyin işinə bax ki, sənətkar dünyasını da 1 iyun tarixində -Beynəlxalq Uşaqları Müdafiə Günündə dəyişdi. O, dünyasını dəyişəndə artıq nəvələri böyümüşdü. Həyatı dərk edirdi, amma Savalan babanın ölüm xəbəri ilə heç cürə barışa bilmirdilər, bu itkini uşaq kimi ağlayaraq qarşılamışdılar. Amma uşaqlar öz babaları ilə əbədi olaraq vidalaşmışdılar....
Reytinq qurbanına çevrilmiş uşaqlar
Sanki, bu vida həm də uşaq verilişlərinə edilmişdi. Bir-birinin ardınca uşaq verilişləri də azalmağa başladı. Yerini isə xarici seriallar, ailədaxili münaqişələrin əks olunduğu proqramlar aldı. Adına da “reytinq savaşları” deyildi. Savaşın əsas qurbanları isə gələcəyimiz -uşaqlarımız oldu.
Uşaqları kimsəsiz qoymamağa, onların üzünü güldürməyə çalışdılar. Zamanla onlar da efirlərdə görünməməyə başladılar. Beləcə uşaq verilişləri tarixin tozlu səhifəsinə çevrildi...
“Hər birimiz bir çiçək”
46 illik ömrünün 26 ilini uşaqlara həsr edən Ələkbər əmi “Hər birimiz bir çiçək” verilişi ilə minlərlə uşağın sevimlisinə çevrildi. Əyləncə, gülüş, sevinc dolu bu proqram ayda bir dəfə 45 dəqiqə yayımlanırdı. Uşaq əgər şeir demək istəyirdisə, şeirinə qulaq asar, oynamaqlarına əl çalar, bir növ, onları ruhlandırardı.
Ələkbər Hüseynov uşaqlarla işlədiyi üçün uşaq psixologiyasına aid kitablar oxuyar, uşaqla uşaqlaşar, onlara həssas yanaşardı. Heç şübhəsiz, uşaqların ruh dünyasına yaxından bələd olduğu üçün veriliş uğurlu alınmışdı.
Tez-tez məktəb dərnəklərinin təşkil etdiyi proqramlarda azyaşlı dostları ilə görüşlər təşkil edərdi. Həmin şanslı uşaqların sırasında mən də yer almışdım. Onu bircə dəfə görmək kifayət edirdi ki, valideyn və dostlarına günlərlə söz açasan, sevincini bölüşəsən.
Üzərindən 20 il keçməsinə baxmayaraq, dünənki kimi xatırlayıram. Uşaqlarla dolu zal bir nəfər kimi “Ələkbər əmi, Ələkbər əmi” deyə qışqırır, onu səhnəyə çağırırdı. Şeir demək, mahnı oxumaq, rəqs etmək üçün növbələrə dururduq. Çox tez itirdik onu. Bu itki həm də uşaqların sevincinin itkisiydi. Çox təəssüf ki, bu günün uşaqları Ələkbər əmidən bixəbər böyüyürlər. Onların artıq izləyə biləcəyi nə Savalan babaları var, nə də Ələkbər əmiləri. Onların heç izləyə biləcəkləri uşaq verilişləri də yoxdur.
Nə üçün uşaq verilişlərinin sayı yox dərəcəsindədir?
Heç şübhəsiz, son illərdə teleməkanlarımızda uşaq verilişləri ilə bağlı kasadlıq açıq-aydın hiss olunur. Nədənsə uşaq verilişləri telekanallardan, telekanallar da uşaq verilişlərindən uzaq düşüb. Sanki, biri atlı olub, digəri piyada. Problem nədədir? Nə üçün uşaq verilişlərinin sayı yox dərəcəsindədir? Uşaqlarımızı bundan məhrum edən səbəblər nələrdir? “ARB Günəş” adlı kanal fəaliyyət göstərsə də, bu yetərlidirmi? Yaxud yayımlanan proqramlar keyfiyyət, dublyaj və dil baxımından insanları qane edirmi?
Uşaq psixoloqu Narınc Rüstəmova öz dilimizdə uşaqlar üçün kanalın, demək olar ki, olmamasına təəssüfləndiyini deyir. Onun sözlərinə görə, uşaqların yaşı, psixoloji durumu nəzərə alınmaqla dilimiz təbliğ olunmalıdır: “Bu gün uşaqlar baxdıqları veriliş və cizgi filmlərinə görə türk və ya rus dilində danışırlar. Belə uşaqlar danışdıqda qrammatik səhvlər edirlər. Yaxşı olardı ki, bizim öz dilimizdə uşaq kanalı olsun. Bir sözlə, uşaqlar üçün verilişlərin və cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti vacibdir”.
Sovet dövründə uşaqların ən sevimli televiziya proqramı “Gecəniz xeyirə, körpələr” verilişi 1961-ci ildən bu günə kimi davam edir. Bəs belə bir sual yaranır. bizim uşaq verilişlərimiz niyə uzunömürlü olmadı?
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

