Nazir Heydər Əliyevin qələmini oğurlamışdı...
09.12.2021 [10:19]
Qələmə baxdı, cibindən ağ dəsmal çıxartdı, qələmi açıb, ucluğunu sildi, dedi, sən bunu oğurlamısan...
Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində hər kəs bu böyük Azərbaycan oğlu barədə danışır, yazır, heç olmasa bircə kiçik xatirəsi varsa, onu da hamıyla bölüşməyə çalışır. Keçmiş rabitə naziri Siruz Abbasbəyli “Yeni Azərbaycan”ın qonağı olaraq, söhbət əsnasında Ümummilli Liderimizlə bağlı elə bir xatirə danışdı ki, onu oxucularımızla bölüşməyə tələsdik.
- Nazir işlədiyim vaxt xarici səfərlərə gedəndə mənə müxtəlif hədiyyələr verirdilər. Albom, bloknot, kitab və s. Bu, xarici ölkələrdə dəbdir. Mən də təklif etdim ki, cənab Prezident, mən istəyirəm Sizə 100 ədəd qələm düzəldim, imza və adınızı yazın, mən onların üzərində çap etdirəcəyəm. Soruşdu ki, neyləyəcəyik onu? Dedim, hədiyyə verərsiniz, jurnalistlər, müxtəlif qonaqlar gəlir, onlara qutunun içində gözəl qələm hədiyyə edərsiniz. Dedi, hə, nə olar ki, mən imzamı verərəm. Sonra köməkçisi Tariyel mənə zəng etdi ki, Heydər Əliyev adını və imzasını yazıb, sürücünü göndər, gəlsin aparsın. Götürdüm, getdim İsrailə, 100 ədəd qələm sifariş verdim. Bunları gətirəndə baxdım, gördüm ki, xoşuma gəldi, birini götürdüm, saxladım stolumun üstündə, düşündüm ki, mən sifariş vermişəm də, nə olar ki. Apardım 99 ədədini verdim. Mən də saymadım, o da saymadı. Axşamüstü Tariyel mənə zəng etdi, dedi, cənab Prezident danışır, hazırsan? Dedim, hazıram, nə məsələdir? Birləşdirdi. Heydər Əliyev soruşdu: “Sən mənə neçə dənə qələm gətirmisən?” Dedim, 100 dənə qələm idi, onun bir dənəsini götürdüm, 99-nu sizə vermişəm. “Onu gətir mənə”. Dedim, baş üstə. Dəstəyi qoydu yerə. Fikirləşdim ki, onu neynir görəsən. Nə isə. Götürdüm, gəldim. Tariyelə dedim, bunu istəyir, apar ver. Dedi, yox, özün apar ver, mən verə bilmərəm. Tariyel də çox təmkinli, ağıllı, Heydər Əliyevin xasiyyətini dəqiq bilən köməkçi idi. Gəldim, girdim içəri. Baxdı, eynəyini çıxartdı, qoydu masaya, dedi, onu ver mənə. Verdim. Qələmə baxdı, cibindən ağ dəsmal çıxartdı, qələmi açıb, ucluğunu sildi, baxdı ki, işlətməmişəm. Dedim, dünən götürmüşəm, hələ işlətməmişəm. Bağladı, dedi, sən bunu götürmüsən. Yəni mədəni formada, oğurlamısan dedi. Dedim, cənab Prezident, mən fikirləşdim ki, 100 dənə qələmdir, birini də mən götürüm. “Yox, sən düzgün iş görməmisən. Sən dedin ki, qələmləri Sizə verirəm, Sizin yanınıza gələnlərə hədiyyə eləyəsiniz. Mən bunu sənə hədiyyə eləmişəm?” Dedim, xeyr. “Bəs niyə götürmüsən?” Dedim, bağışlayın, səhv eləmişəm. “Yaxşı, gedə bilərsən”. Pis oldum. Gedib qapıya çatdım. Qapını açanda... “Dayan, gəl bura” dedi. Yaxınlaşdım. “Bax, indi bu qələmi sənə verirəm. Bu oldu artıq normal, mən sənə qələm hədiyyə etdim. Sən bunu oğurlamışdın”.
Qələm indi də məndədir.
Siruz Abbasbəyli ilə daha ətraflı söhbətimizi yaxın günlərdə oxuya bilərsiniz.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

