Sürətlə yayılır, amma öldürücü deyil...
14.12.2021 [10:49]
Azərbaycan nə tədbir görür?
Günel Abbas
Türkiyənin səhiyyə naziri verdiyi açıqlamada yeni növ koronavirus infeksiyasının “omikron” ştamının Türkiyədə 6 nəfərdə aşkar edilməsi ilə bağlı məlumat verdi. Türkiyədə bu virusa yoluxma faktının 5-i İzmirdə, biri isə İstanbulda qeydə alınıb. Virusun aşkar edildiyi 6 şəxsin heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac görülməyib. Məlum olub ki, “omikron” ştamı aşkar edilmiş xəstələrin yalnız yüngül ambulator müayinəsinə ehtiyac var. Bu o deməkdir ki, “omikron”un yoluxuculuq əmsalı digər variantlara nisbətən daha yüksəkdir, təsir gücü isə ilkin əlamətlərə görə daha azdır.
Bir neçə gün əvvəl Rusiya rəsmiləri də bu ölkənin ərazisində “omikron” ştamına ilk yoluxma hallarının qeydə alındığını bildiriblər. Dekabrın 3-də isə Cənubi Afrika Respublikasından (CAR) qayıtmış və COVID-19 testi pozitiv çıxan 9 nəfərdən ikisində “omikron” ştamı aşkar olunmuşdu.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bildirirlər ki, onlarla ölkədə müəyyən edilmiş bu ştam hələ bir nəfərin ölümünə səbəb olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayanın fikrincə, ştamın yoluxucu olub-olmadığını və infeksiyadan sonra xəstəliyin nə qədər ağır olduğunu müəyyən etmək üçün bir neçə həftə lazımdır. Xatırladaq ki, daha əvvəl ÜST rəhbəri “omikron” ştamı səbəbindən yaranan gərginliyinə görə Cənubi Afrika ilə uçuşları dayandıran ölkələri pisləmişdi. Bununla yanaşı, ÜST bu ştamın bəzi regionlarda ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir, təşkilata üzv olan 194 dövlətə texniki məsləhət verərək, onları əhalinin yüksək həssas qruplarının vaksinasiyasını sürətləndirməyə çağırır. ÜST-nin məlumatına görə, “omikron” indiyədək müşahidə olunmamış şəkildə mutasiyalara malikdir ki, bu da pandemiyanın trayektoriyasına təsir edə bilər.
Bəs bizim həkimlərimiz nəyi məsləhət görür?
Məsələ ilə bağlı həkim-infeksionist Nicat Əzimli ilə əlaqə saxladıq. N.Əzimli bizimlə söhbətində bildirdi ki, ilk dəfə noyabr ayında Cənubi Afrika Respublikasında aşkarlanan koronavirusun “omikron” ştamı sürətlə yayılma xüsusiyyətinə malikdir: “Belə ki, 9 noyabrda aşkarlanan variant 24 noyabr tarixinə qədər CAR-da 3 dominant variantdan birinə çevrilərək ÜST tərəfindən “narahatlıq doğuranlar” sinfinə əlavə edilmişdir. Hazırda dünyanın 60-a yaxın ölkəsində, eləcə də bizə qonşu ölkələrdə bu varianta yoluxma halları aşkarlanıb. Bu gedişat, təbii ki, hamının ağlına “omikron”un Azərbaycana da gəlib çıxması ehtimalını gətirir. Belə olan halda əvvəlcə variantın xüsusiyyətləri ilə bağlı danışmaq lazımdır. Belə ki, “omikron”un əsas diqqət çəkən xüsusiyyəti çoxsaylı mutasiyalarının olmasıdır. Burada koronavirusun müxtəlif zülallarında yerləşən 80-dən çox mutasiyadan söhbət gedir, bu mutasiyaların 32 ədədi xəstəliyin mexanizmində əsas rol oynayan spayk proteini üzərindədir. Bu isə o deməkdir ki, bu variant öncəki variantlardan molekulyar quruluşuna görə çox fərqlənir”.
İnfeksionistin sözlərinə görə, bu quruluş da öz növbəsində virusun müxtəlif xüsusiyyətlərində dəyişikliklərə səbəb olub: “Bunlardan birincisi yüksək yoluxuculuq xüsusiyyətidir. Belə ki, bu variantın ortaya çıxdığı ölkələrdə epidemik vəziyyətin dramatik şəkildə pisləşməsinin səbəbi də budur. İkincisi, virusun xəstəliyi keçirmiş və ya vaksinlənmiş şəxsləri də xəstələndirə bilmə xüsusiyyətidir. Bu, vaksinlərin tamamilə yararsız olması demək deyil. Belə ki, tədqiqatlar nəticəsində məlum olub ki, buster (gücləndirici) doza peyvənd almış şəxslər “omikron”a qarşı da qorunmuş olur. Üçüncüsü isə, “omikron”un törətdiyi xəstəliyin ağırlıq dərəcəsi və fəsadlarıdır ki, burada xəbərlər qismən yaxşıdır. Belə ki, “omikron”la xəstələnmiş şəxslərdə “delta” variantına nisbətən daha az ağırlaşma və fəsadlara rast gəlindiyi qeyd olunur. Təbii ki, bu, “omikron”un qrip səviyyəsində yüngül bir xəstəlik törətdiyi mənasına gəlmir”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

