Nəşriyyatlar neçə kitab çap edib?
13.01.2022 [10:35]
Şahanə Paşazadə
Kitab oxumaqla bağlı cəmiyyətdə vaxtaşırı giley-güzara rast gəlirik. Gücü çatan da daş atır, çatmayan da. Bəziləri düşünür ki, onlayn kitabların geniş yayılması ilə əlaqədar ənənəvi kitab oxuma vərdişi sıradan çıxır, digərləri isə hesab edir ki, ənənəvi kitab oxumağın həzzi bir başqadır və bunu heç nə ilə əvəz etmək mümkün deyil.
Kitablara tələbatda önəm kəsb edən məsələlərdən biri də onun keyfiyyətli və nəfis tərtibat məsələsidir. Burada isə iş nəşriyyat və poliqrafiya şirkətlərinin üzərinə düşür. Sayı az qala günbəgün artan özəl nəşriyyatlarda vəziyyət necədir? İldə təxminən neçə kitab çap edilir?
Suallarımıza dəqiq cavab tapmaq üçün bəzi nəşriyyat evləri ilə əlaqə saxladıq.
Mövzuyla bağlı “Yeni Azərbaycan”a danışan “Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu bildirdi ki, hər gün 1, bəzən də 2 yeni kitab nəşr edirik: “Ötən il 400-ə yaxın kitab nəşr edilib, dəqiq sayla desək, 387. Kitablar əsasən Azərbaycan dilində nəşr olunur, lakin rus və ingilis bölmələri də var. Tələbat olduğu üçün bizim yazıçılarımızın klassik əsərləri ingilis dilinə tərcümə edilir. Rus və ingilis dillərindən başqa fars, ərəb, alman və fransız dillərinə də tərcümələr edilir. Nəşr edilən kitablar daha çox bədii ədəbiyyat, şəxsi-inkişaf, motivasiya, dedektiv və elmi-populyar janrında olur”.
“Yerli ədəbiyyata nisbətən tələbat əsasən xarici ədəbiyyatadır”, - deyə Ş.Xuduoğlu fikirlərinə əlavə edib.
“Qədim Qala” nəşriyyat evində isə ötən il pandemiya səbəbindən kitab çapının sayı xeyli azalıb: “2021-ci ildə yalnız 20 kitab çap edilib. Kitablar əsasən Azərbaycan dilində nəşr edilir, bəzi hallarda isə türk dilində. Türk dilində nəşr olunan kitablar Türkiyədə də təqdim edilib. Yerli yazıçılarımızdan bir neçəsinin əsərləri ingilis dilinə tərcümə olunub və onlayn satış platformalarında satışa çıxarılıb. Tiraj sayları müştərilərin tələbindən asılı olaraq dəyişir, ortalama isə 1000 tiraja qədər sifarişlər olur”.
“Mücrü” nəşriyyatında geridə qoyduğumuz ildə 200-dən çox kitab çap edilib. Bildirilib ki, kitabların hamısı Azərbaycan dilli nəşrlərdir. “Mücrü” nəşr evində elmi məqalələrlə yanaşı, bədii-ədəbiyyat nümunələri də nəşr olunur.
“Parlaq imzalar” nəşr evi ötən il 150-yə yaxın kitab çap etmişdir. Burada hər janrda kitabları tapmaq mümkündür, istər bədii-ədəbiyyat, istər elm və təhsil, istərsə də özünü inkişaf. Bu nəşr evinin kreativ missiya sloqanı var: “İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün, çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir gənclik üçün, düşünərək yaşayanlar üçün, xoşbəxt bir ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün, həyat səhifələrimizi parlaq imza sahiblərinin qələmi ilə yazmaq üçün “Parlaq İmzalar”ı qurduq...”
Maraqlı nəşr evlərindən biri də “Altun” nəşriyyatıdır. Belə ki, burada əsasən uşaq ədəbiyyatı yəni, maraqlı oyun kitabları, nağıl kitabları və s. çap edilir. Nəşr edilən kitabların çoxu Azərbaycan dilindədir, lakin türk, rus və ingilis dillərində də nəşrlər olur. Nəşr evi ötən il 100-dən çox kitab çap edib.
“Tess-press” nəşr evi isə həm bədii-ədəbiyyata məxsus kitabları, həm də elm-tədris kitablarını çap edir. Kitablar Azərbaycan, rus və ingilis dillərində olur. Eyni zamanda, bu nəşriyyatda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilinə tərcümə olunur. 2021-ci ildə “Tess-press”-də 200-ə yaxın kitab çap edilib. Tiraj sayları isə kitabdan kitaba dəyişir, bir kitab 500 tirajla da çap edilə bilər, 1000 tirajla da.
Beləliklə, nəşriyyat evlərində statistika müxtəlifdir. Rəqəmlər arasında bu qədər fərqin olması maddi-texniki baza əskikliyindən, zəif reklam strategiyasından, gənc nəslin kitab oxumağa olan marağının azalmasından və s. səbəblərdən qaynaqlana bilər.
Digər məsələ isə yazarlarımızı ölkə nəşriyyatlarına deyil, Türkiyəyə, yaxud Avropa ölkələrinə üz tutmasıdır.
Mövzu ilə bağlı araşdırmalarımızı gələn saylarımızda oxuya bilərsiniz.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

