Ağdam seçiciləri də cənab İlham Əliyevə səs verəcəklər
21.09.2013 [10:05]
Ağdam rayonu Quzanlı qəsəbəsində seçicilərlə görüş keçirilib
9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq dünən Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Olimpiya İdman Kompleksinin stadionunda seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev ölkəmizdə Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışıb, xalqına, vətəninə xidmət edən Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, bütün sahələrin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan geniş söhbət açıb. O qeyd edib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kurs hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərimizin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin son 10 ildə yeni inkişaf modeli ilə dünyanı heyran etdiyini deyən İ.Quliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunduğunu, ölkəmizin “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etdiyini, London Olimpiadasında böyük uğurlara imza atdığını, Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini xüsusi vurğulayıb, həmçinin, bütün bunları Prezident İlham Əliyevin tarixi nailiyyətləri adlandırıb. O, seçiciləri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Ağdam sakini, qəsəbə ağsaqqalı Ziyəddin Səlimov isə çıxış edərək yaradıcısı Ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının 21 illik tarixi yolunu şərəfli mübarizələr, tərəqqi, quruculuq və qələbələr yolu adlandırıb. Bildirib ki, YAP sözün əsl mənasında ümumxalq partiyasıdır və ölkəmizin inkişafı Yeni Azərbaycan Partiyası ilə, bilavasitə Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin siyasəti ilə bağlıdır. Z.Səlimov Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin prezident seçkilərində qələbə qazanacağına əmin olduğunu bildirib.
Sonda rayon Mədəniyyət evinin incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.
NURLAN
Xəbər lenti
Hamısına baxSosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56

