Daşkəsəndə YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
02.11.2022 [16:11]
Noyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Daşkəsən Şəhidlər xiyabanı da ziyarət olunub, şəhidləri xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə ilə çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən danışıb. Bildirib ki, 30 illik zəngin və şərəfli inkişaf yolu keçən partiya ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu çıxışında 30 il öncə Azərbaycanda mövcud ağır durumun yeni bir siyasi təşkilatın yaranması zərurətini ortaya qoyduğunu deyib. Bildirib ki, bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalısının xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev YAP-ın yaradılmasına razılıq verdi: “YAP müstəqilliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyəcanlı zamanda yarandıldı. Təsis edilməsinin 30-cu ildönümünü isə partiyamız ölkə tarixinin ən şanlı günlərində qeyd edir”.
Milli Məclisin deputatı Kamran Bayramov YAP-ın yaranma və inkişaf tarixindən bəhs edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, atılan uğurlu addımların nəticələri Azərbaycanın və partiyanın həyatında özünü aydın şəkildə göstərir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial-iqtisadi islahatlar aparılır, geniş abadlıq-quruculuq işləri görülür. Qazanılan nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirir.
Tədbirdə çıxış edən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçısı Elvin Əliyev qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbədə partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim olundu.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05

