Rediküllərin sığortalanma cəhdi
12.07.2024 [10:40]
Kərimli bu dəfəki uğursuzluğu “auditoriya”nın ayağına yazmağa çalışır
Sentyabrın 1-də parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar ölkədəki siyasi ab-havanın daha da dinamikləşməsinə səbəb olub. Əlbəttə ki, burada söhbət cəmiyyətin, siyasi qüvvələrin qarşıdan gələn parlament seçkiləri ilə bağlı son prosesləri həyata keçirməsindən gedir. Siyasi partiyanın əsas hədəfinin məhz “siyasi imtahanda”, başqa sözlə, seçkidə iştirak olduğunu nəzərə alsaq, təşkilatların son hazırlıq prosesi ilə bağlı addımları başadüşüləndir. Redikül müxalifət isə nəinki seçki prosesi mərhələsi ilə bağlı addımlar atır, “qış yuxusundan” ayılmadığını bəhanə gətirərək yenə də nala-mıxa vurur.
Maraqlıdır ki, parlament seçkilərinə iki aydan da az müddət qalmasına baxmayaraq redikül düşərgənin xəyanət mücəssəməsi sayılan, eləcə də öz subyektiv fikirlərini “ictimai rəy” adı ilə cəmiyyətə sırımağa niyyətlənən bir sıra təmsilçiləri növbəti dəfə yalan kampaniyalarına start veriblər. Məsələn, bir sıra xarici ermənipərəst dairələrin sifarişlərini özünün “siyasi kurs”una çevirən AXCP sədri Əli Kərimli yeni bir “oyun” oynamağa hazırlaşır. O, sosial şəbəkələrdə bildirib ki, “partiyası” seçkilərdə iştirak və ya boykot qərarını maksimum geniş çevrədə müzakirə etməklə vermək istəyir. Bildirib ki, guya seçkidə iştirak, yoxsa boykot qərarı ayrı-ayrılıqda partiyanın Bakı və kənd rayonları “şöbə sədrlərilə”, “Rəyasət Heyətilə” müzakirə edilib, indi isə qərarı geniş auditoriyada müzakirə etmək istəyir.
Siyasi aktyorluğundan əl çəkməyən Kərimli yenə də yalanlarının içindən “boy göstərir”. Birincisi, seçkidə iştirakla bağlı qərarın “geniş auditoriyada müzakirəsi” kimi anlayış ola bilməz - əgər bir siyasi təşkilat adını “partiya” qoyubsa, onun seçkidə iştirak etmək vəzifəsidir. Buna isə partiyanın seçkili orqanları qərar verir. Yəni Kərimli seçkidən qaçışının məsuliyyətini yenə də “geniş auditoriyanın” üzərinə yıxmağa çalışır. Sabah-birisigün ona niyə seçkidən yayındın sualına cavabı da “geniş auditoriya qoymadı” kimi olacaq.
İkincisi isə Əli Kərimli bu açıqlaması ilə xarici ermənipərəst fondlardan işarə gözlədiyini ortaya qoyur. Yəni ermənipərəstlərin qərarı nə olsa, o da həmin qərarı icra edəcək. Kərimlinin mövqeyi hər kəs üçün aydındır - o yenə də yalanlara, xəyanətə və siyasi oyunbazlığa əl atır.
Təbii ki, bu gözlənilən idi. Yəni köhnə qaragüruh təfəkküründən əl çəkməyən, yeni strategiyalardan istifadə etməyi bacarmayan, yalnız quru sözə və pafosa üstünlük verən, ən əsası, bir sıra məkrli xarici maraqları xalqın mənafeyinin önünə keçirməyə çalışan Ə.Kərimli yenidən öz ampluasındadır. Seçkidə iştirak gücünün olmadığını, buna partiyasının potensialının, kadr ehtiyatının çatmadığını etiraf edə bilməyən, xalqdan dəstək qazana bilmədiyini gizlətməyə çalışan Əli Kərimli yenidən özünü “dağa-daşa salır”, diqqəti yayındırmaq istəyir. AXCP sədri ölkəmizdə keçirilən şəffaf, ədalətli seçki mühitinə ləkə yaxmaqdan ötrü bu kimi yollara baş vurur. Göründüyü kimi, boykot ideyası redikül müxalifətin növbəti iflasını əvvəlcədən sığortalamaq məqsədi kimi özünüifşaya çevrilir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

