Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yevlaxda kassetli bomba partlayıb, ölən var

Yevlaxda kassetli bomba partlayıb, ölən var

02.02.2022 [12:37]

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kassetli bombanın partlaması ölümlə nəticələnib.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.

"Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.

Hazırda faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır".

Paylaş:
Baxılıb: 927 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30