Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə Konstitusiya dəyişikliyini zəruri edən şərtlər

Türkiyədə Konstitusiya dəyişikliyini zəruri edən şərtlər

12.05.2023 [15:27]

14 may seçkilərindən sonra Türkiyədə yeni siyasi inkişaf mərhələsinə qədəm qoyulacaq. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Dövlət Şurası sədrliyinin yaranmasının 155-ci ildönümündə çıxışı zamanı bildirib. Prezident Ərdoğan vurğulayıb ki, seçkilərdən sonra yeni konstitusiyanın hazırlanması məsələsi qaldırılacaq.

Konstitusiya hər bir ölkənin idarə edilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, hüquqi dövlət quruculuğu prosesində ən önəmli aktıdır. Bu baxımdan, labüd olan inkişaf bəzi məqamlarda ən ideal hesab olunan sənədlərin də yenilənməsini, müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Yeni konstitusiyanın qəbulu və ya ona hər hansı bir dəyişiklik, əlavə isə yalnız ümumxalq səsverməsi - referendum yolu ilə baş tutur. Təbii ki, indiki halda Türkiyədə Ana Yasanın dəyişdirilməsi və ya yenidən qəbulu bu bağlı məsələ qarşıdakı perspektivdə ölkənin daha uğurlu inkişafının təmininə yönəlib. Ümumiyyətlə isə Türkiyə son 20 ildə böyük bir yol keçib. Son dövrlərdə isə bu irəliləyiş, bu inkişaf daha çox nəzərə çarpmaqdadır. Artıq Türkiyə regional deyil, qlobal siyasi aktor qismində çıxış edir. Belə olduğu halda isə müəyyən yeniliklər və ya dəyişikliklər də zəruri hal ala bilər.

1982-ci ildə qəbul edilmiş Türkiyə konstitusiyası dövlətin gücünü qorumaq prinsipi daha prioritet idi. 1961-ci il konstitusiyasında məhdudiyyətlər istisna, azadlıq isə qayda olaraq yer alırdısa, 1982-ci il konstitusiyasında əksinə - məhdudiyyətlər daha önəmli yer tutmuşdu. Düzdür, sonradan bir sıra dəyişikliklər və əlavələr edilsə də, konstitusiyanın mahiyyəti dəyişməmişdi. İndiki halda, insan hüquq və azadlıqlarının daha geniş təsbit edilməsi, dövlətin bu istiqamətdə məsuliyyəti əsas qanunların ana xəttini təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası ən gözəl örnəkdir. Konstitusiyamızın üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təsbitinə həsr olunub.

SADİQ

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31