Tibb elmində inqilab: anesteziya necə ixtira olundu
21.08.2024 [10:35]
Bir neçə yüz il əvvəl insanın başına gələ biləsi ən dəhşətli hadisələrdən biri cərrah masasına uzanmaq idi. Həkimlər cərrahi əməliyyatlarla bir çox insanı ölümdən xilas etsələr də, anesteziya və narkoz kimi üsullar hələ kəşf edilmədiyindən bəzən xəstələr əməliyyat zamanı dözülməz ağrıdan komaya düşüb ölürdülər. Ona görə də həmin dövrlərdə yalnız ölüm riski ilə üz-üzə qalanda bıçaq altına girirdilər.
Cərrahiyyə əməliyyatları ən qədim zamanlarda da həyata keçirilib. Qədim Misirdə və Romada nüfuz sahibi olan xəstələri, yüksək çinli yaralı hərbçiləri müxtəlif keyləşdirici vasitələrlə əməliyyat edirdilər. Antik dövrdə cərrahi müdaxilələr zamanı əsasən narkotik tərkibli xaşxaş dəmləmələri, mandrake bitkisinin həlimləri, tiryək və çətənə suyu həkimlərin işinə yarayırdı.
Narkozun alternativləri: həşiş, spirt, hipnoz...
Orta əsrlərdə tibbi əməliyyatlarda istifadə olunan keyidici vasitə çeşidlərinin sayı bir qədər də artdı. Artıq həkimlər yüksək dərəcəli alkoqol və həşişdən istifadə edir, huşunu itirməsi üçün xəstələrin yuxu damarlarını basır, yaxud əməliyyat olunan bədən hissələrini xüsusi kəndirlə boğaraq sözün əsl mənasında dondurmağa çalışır, bəzi hallarda isə hətta xəstəni özündən gedənə qədər döyməyə məcbur olurdular.
Bunlar hələ insaflı versiyalardır. Amerikadan yayılan hipnoz üsulu daha amansız olurdu. Narkotik vasitələr, yaxud spirtli içkilər bədəni qismən də olsa keyidir, lakin ən güclü hipnoz vasitələri uzağı 10-20 dəqiqə çəkirdi. Hissiyatı vaxtından əvvəl oyanan, dəhşətli ağrıya dözüm gətirə bilməyən xəstənin əməliyyata mane olmaması üçün onun qolları və ayaqları cərrah masasına möhkəm bağlanır, əməliyyat xəstənin bağırtıları ilə müşayiət olunurdu. Buna görə cərrahların fiziki cəhətdən güclü olması da şərt idi. Çeviklik və sürət də öz yerində. Məşhur alman həkim Bernhard von Langenbek deyirdi: “Əsil cərrahın əlində bıçaq şimşək kimi çaxmalıdır”.
Cərrahiyyə sistemindəki üsullar XIX əsrin əvvəllərinə doğru ayrı-ayrı zəkaların sayəsində təkmilləşməyə başladı. Məsələn, Seysyu Hanaoka adlı bir yapon həkimi ilk dəfə mərkəzi sinir sistemini yatırdan narkoz vasitəsini hazırladı.
İlk anesteziya
Hanaoka istedadlı bir həkim kimi vəziyyətin bu cür davam etməməli olduğunu düşünürdü. O öz laboratoriyasında yorulmadan tədqiqatlar aparır, müxtəlif otlardan, bitkilərdən qarışıqlar hazırlayaraq keyidici cövhər almağa çalışırdı. Doktor Hanaokanın ilk anestezik maddəni hazırlaması 10 illik zəhmət hesabına başa gəldi.
O, bu on il ərzində datura, yapon arizması və digər bitkilər üzərində çoxlu təcrübə apararaq müxtəlif reseptlər hazırladı. Əldə etdiyi ilk anestezik məhlulu isə itlər və pişiklər üzərində sınaqdan keçirdi. Hanaokanın həyat yoldaşı onun dərmanını öz üzərində sınayandan sonra görmə qabiliyyətini itirdi. Nəhayət, bütün bu acılı, sevincli eksperimentlər nəticəsində doktor 13 oktyabr 1804-cü ildə ekstraktların düzgün birləşməsinə nail ola bildi. Onun əməliyyata hazırladığı xəstə anesteziya ilə bir neçə saatlıq yuxuya getdi və heç bir ağrı hiss etmədən döşündəki xərçəng şişindən azad olundu. Hanaoka artıq dahiyanə kəşfini həyata keçirmişdi: onun xüsusi seçdiyi bitkilərin tərkibindəki alkaloidlər xəstələri lazım olan müddətə qədər yatırırdı.
Bu, tibbdə bir möcüzə idi. Beləcə, yapon həkim Hanaoka anesteziya vasitəsi hazırlamağı tələbələrinə də öyrətdi. Özünün hazırladığı keyidici vasitə ilə yüzlərlə uğurlu əməliyyat edən cərrah Hanaoka getdikcə məşhurlaşdı. Lakin bu möcüzə yalnız Yaponiyada gerçəkləşirdi. Dünya bu elmi sıçrayışdan nə az, nə çox, düz əlli il xəbərsiz qaldı. Çünki həmin dövrlərdə Yaponiya arzuolunmaz ölkə kimi beynəlxalq səviyyədə təcrid olunmuşdu. Təcrid başa çatdıqdan, sərhədlər açıldıqdan sonra Avropa və ABŞ həkimləri artıq narkozu icad etmişdilər.
Uğursuz sınaqdan sonra intihar
1771-ci ildə ingilis təbiətşünası Cozef Pristli oksigeni, bir il sonra isə azot oksidinin alınması üsulunu kəşf etmişdi. Təxminən otuz il sonra onun tələbəsi Hemfri Devi öyrəndi ki, sən demə, oksid insana alkoqol kimi təsir edir, həmin qazı ciyərlərinə çəkən adam bir qədər sonra davamlı olaraq qəşş eləyib səbəbsiz gülür, bəzi hallarda isə kədərə, depressiyaya qapılır. Ona görə də Devi bu maddəni “gülüş qazı” adlandırmışdı. O, qazın sinir sistemini keyləşdirdiyini əsas gətirərək, cərrahi əməliyyatlarda ondan istifadə olunmasını təklif etdi. Amma həkimlər bu qazdan istifadəyə razılaşmadılar, çünki maddə xəstələrin psixikasını da sıradan çıxarırdı.
“Gülüş qazı” sirk ifaçıları və küçə, yarmarka artistləri tərəfindən daha çox sevildi. 1844-cü ilin dekabrında bu cür bir küçə tamaşasında əylənən gənc diş həkimi Horasi Uells həmin qazın təsirini öz bədənində təcrübədən keçirməyi qərara aldı və ertəsi gün o, azot oksidi ilə nəfəs alaraq özünün tam sağlam dişini kəlbətinlə ağrısız çəkib çıxardı.
Ən çətini isə sonrakı dövr idi. Xəstələri yatırmaq üçün gülüş qazından hansı dozalarda və necə istifadə etməli? Həkim Uells bu yöndə çox çalışsa da, ortaya düzgün bir resept çıxara bilmədi. Hətta həkimin bu tip eksperimenti zamanı xəstələrindən biri ürək tutmasından öldü. Bu hadisədən depressiyaya düşən Uells 1848-ci ilin yanvarında həmin qazın müəyyən dozası altında intihar etdi.
Uellsin qəfil intiharını həmkarları və doğmaları ürək ağrısı ilə qarşıladılar. Həkimin faciəli ölümündən az sonra məlum olmuşdu ki, əslində o, həyata keçirdiyi eksperimentlərdə düz yolda imiş və məqsədinə çatmağa lap az qalıbmış. Bu səbəbdən intihar etmiş vicdanlı həkimi haqlı olaraq anesteziyanın pioneri saymaq olar. Onun pasiyentləri arasında həkimin həmin anesteziya metodu ilə ağrısız diş müalicəsi alanlar da vardı. Fəqət insan ölümü ilə nəticələnən eksperiment doktorun bütün həyatını, fəaliyyətini sonlandırdı. Uellsin ölümündən söz düşəndə dostları “neyləmək olar, elm qurban tələb edir” deyərək özlərinə təsəlli verirdilər...
Diş həkiminin ideyası 1868-ci ildə amerikalı alim Edmund Endryus tərəfindən təkmilləşdirildi. Endryus azot oksidinə oksigen molekulu əlavə etdi və nəhayət, insanı yuxuya vermək üçün əla kombinasiya qura bildi.
Yeni metodlar, təcrübələr, sınaqlar...
Amerikalı əczaçı Krouford Lonqun qətiyyətsizliyi olmasaydı, o, Yaponiya istisna olunmaqla dünyada anesteziyanın banisi kimi tarixə düşəcəkdi. Lonq 1840-cı illərdə ilk dəfə narkoz üsulu kimi etil spirti və sulfat turşusu qarışığının distillə edilməsi nəticəsində əldə olunan və uçucu xassəyə malik dietil efirindən istifadə etdi. Həkimin müşahidəsinə görə, efir buxarı mərkəzi sinir sistemini keyləşdirir və lazımi dozada istifadə edildikdə insanı yuxuya verə bilir.
Krouford Lonq 1842-ci ildə öz metodu ilə xəstəyə efir inhalyasiyası verdi və onu yatıraraq bədənindəki servikal kistanı əməliyyat yolu ilə çıxardı. Doktorun səhvi bu inqilabi uğuru haqqında bir dənə də olsun müsahibə və ya məqalə çap etdirməməsi idi. Lonq təcrübələrini davam etdirir və metodunu təkmilləşdirirdi. Lakin o heç vaxt mediaya bu barədə danışmağı lazım bilmədi.
Efir anesteziyasının ixtirasından cəmi bir neçə il əvvəl fransız həkimi Alfred Velpo xəstələri yuxuya vermək ideyasını “ağılsızlıq” adlandıraraq demişdi: “Cərrahın bıçağı və ağrısı bir-birindən ayrılmazdır. Əməliyyatları ağrısız etmək heç vaxt gerçəkləşməyəcək bir xəyaldır!” Velponun bu iddiasından az sonra - 16 oktyabr 1846-cı ildə həkim Morton efir anesteziyasının ilk uğurlu ictimai nümayişini həyata keçirdi. Bu nümayiş ABŞ-ın Massaçusets ştatındakı mərkəzi xəstəxanada baş tutdu. Xəstə efir qazı ilə nəfəs aldıqdan sonra cərrah Con Uorren onun çənəsinin altındakı şişi kəsib götürdü və onu heyrətlə izləyən tamaşaçılara üzünü tutub belə dedi: “Baxın cənablar, bu, heç də sehr deyil!”
Bir neçə ay sonra efir qazı Almaniya, Avstriya və Rusiyada da istifadə olunmağa başladı. Beləcə, elm ağrıya və qorxuya qalib gəldi.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

