3+3 formatı yenidən gündəmdə
13.12.2022 [10:24]
Altıtərəfli platformaya hər hansı bir töhfə verməyən Ermənistanın üçtərəfli formatda yeri harada olacaq?
Son üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqaz coğrafiyasında sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı parlaq Qələbə sayəsində regionda yeni reallıqlar formalaşdırdı.
Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün münbit zəmin ola bilər. Postmüharibə mərhələsində hər şeyi etmək lazımdır ki, bu fürsət reallığa çevrilsin. Azərbaycanın təşəbbüsləri və sərgilədiyi davranışlar da məhz buna yönəlib.
3+3 formatında yeni görüş gözlənilir
3+3 formatında yeni görüş gözlənilir. 3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib. “Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati işlər üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların istəyinə əsasən Gürcüstana da dəvət göndərilə bilər”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb. Diplomat qeyd edib ki, Rusiya tərəfi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün 3+3 regional platformasının uyğun olduğunu qeyd edib. Xatırladaq ki, bu mövzuda bir qədər bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da danışmışdı. “Biz, həmçinin məsləhətçi regional platformanın fəaliyyətindən danışdıq. Mən üç Cənubi Qafqaz respublikasını və onların üç qonşusunu - Rusiya, İran, Türkiyəni nəzərdə tuturam. Bu, vaxtilə Azərbaycan Prezidentinin təşəbbüsü idi və ilk görüş baş tutdu. İndi isə daha bir belə tədbir hazırlayırıq. Konkret tarixləri və gündəliyi razılaşdırırıq”, - deyə S.Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi.
Rusiya XİN-in rəhbərinin də vurğuladığı kimi, 3+3 formatının yaradılması təşəbbüsü bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Sonradan qardaş Türkiyə və Gürcüstan istisna olmaqla, digər region dövlətləri Azərbaycanın dövlət başçısından gələn təklifi dəstəklədilər. Bəhs olunan format yeni keyfiyyətdə regional əməkdaşlıq qurulmasını özündə ehtiva edir. Yeni çoxtərəfli konfiqurasiyanın formalaşması ilk növbədə Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə şərtlənir. Yəni ilk vaxtlarda da bildirildiyi kimi, bəhs olunan platformanın Zəngəzur dəhlizi ətrafında formalaşdırılması nəzərdə tutulur. Əlbəttə, format daxilində əməkdaşlıq digər istiqamətləri də istisna etmir. Qarşılıqlı etimad mühiti möhkəmləndikcə yeni birgə layihələrin reallaşdırılması da gözləniləndir.
Zəngəzur dəhlizinin yaradılması ilə bağlı müvafiq bənd 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatda yer alıb. Bəhs olunan dəhlizin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək.
Məğlub ölkənin pozuculuq fəaliyyəti
Məğlub Ermənistan üçtərəfli Bəyanatın digər müddəaları kimi, kommunikasiyaların açılmasına da müxtəlif yollarla maneələr yaratmağa çalışır. Müharibənin başa çatmasından sonra ötən iki ildə qalib Azərbaycan öz ərazisində Zəngəzur dəhlizinin funksionallığının təmin olunması üçün zəruri olan infrastrukturun yaradılmasını intensiv şəkildə davam etdirir. Belə ki, ölkəmizin ərazisində Ermənistan sərhədinədək həm dəmir, həm də avtomobil yolları çəkilir. Ermənistana gəldikdə isə, məğlub ölkə hələ də mövqeyini dəqiq müəyyənləşdirməyib, gah nala vurur, gah da mıxa. Sözdə bəhs olunan formata qoşulduğunu deyən bu ölkə hələ də öz ərazisində zəruri infrastrukturun yaradılmasına start verməyib. Bu azmış kimi, Ermənistan avtomobil yolu seqmenti üzrə qeyri-məqbul marşrut təklif edir. Bütün bunlar Ermənistanın regional əməkdaşlıqda maraqlı olmadığını təsdiqləyir.
Ermənistan üçtərəfli formata “hə” desə də...
Geniş altıtərəfli platforma ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli formatın yaradılması da aktualdır. Bu təşəbbüs də bilavasitə Azərbaycan Prezidentinə məxsusdur. Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq formatının yaradılması bölgədə keyfiyyətcə yeni atmosferin formalaşmasına müsbət təsir göstərə bilər. Azərbaycanın dövlət başçısı bu barədə bir qədər bundan əvvəl Praqada baş tutan görüşdə fikirlərini ifadə etdi. Prezident İlham Əliyevin Gürcüstana baş tutan uğurlu səfəri çərçivəsində də qonşu ölkənin baş naziri İrakli Qaribaşvili ilə üçtərəfli platforma ətrafında müzakirələr aparıldı. “Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün, eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”, - deyə dövlətimizin başçısı mətbuata Bəyanatında bildirib.
Ermənistanın baş naziri N.Paşinyan da üçtərəfli formata razı olduğunu bildirib. Ancaq Ermənistan liderinin bu açıqlaması bir növ yada “daldan atılan daş topuğa dəyər” zərb-məsəlini salır. İndiyədək altıtərəfi formatda hər hansı bir müsbət rol almayan bu ölkə üçtərəfli formata hansı töhfələri verə bilər? Şübhəsiz ki, heç bir. Bu, qarşı tərəfin ənənəvi taktikasıdır. Ermənistanın rəsmiləri elə görüntü yaratmağa çalışırlar ki, guya ölkələri sülh prosesinin irəliləməsində, əməkdaşlığın bərqərar olmasında maraqlıdır. Reallıqda isə biz başqa mənzərənin şahidi oluruq. Postmüharibə mərhələsində Ermənistanın nümayiş etdirdiyi davranışlar ondan xəbər verir ki, bu ölkə əməkdaşlığa uzanan əlləri daim geri qaytarır. N.Paşınyanın üçtərəfli formata “hə” deməsi həm də son vaxtlarda sülh prosesini pozduğuna görə bu ölkəyə qarşı artan beynəlxalq təzyiqləri yumşaltmaq məqsədi daşıyır. Belə qənaət hasil olur ki, məğlub ölkə yenə də gözə kül üfürməklə, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

