Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib
30.09.2016 [10:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Bakıya hər səfərinin, xüsusilə çoxlu sayda görkəmli insanların toplaşdığı V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının onun üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Prezident İlham Əliyevin Forumdakı nitqinə toxunan Anatoli Torkunov dövlətimizin başçısının bu çıxışında deyilən fikirlərin böyük əhəmiyyət daşıdığını və müzakirələrin daha maraqlı keçməsinə yaxşı imkan yaratdığını deyib. O, Forumun ayrı-ayrı plenar iclaslarında və “dəyirmi masa”larda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirib. Anatoli Torkunov Rusiya nümayəndələrinin Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərdiklərini deyib.
Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda konkret məsələlər üzrə maraqlı müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev dünyanın elmi və siyasi elitasının bir məkana toplanması və dünyada humanitar sahədə mövcud olan boşluğun doldurulması baxımından Bakı Beynəlxalq Humanitar Forumunu nadir beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirib. Avropada humanitar məsələlərə əsasən miqrantların problemi nöqteyi-nəzərindən baxıldığını vurğulayan Prezident İlham Əliyev bu problemləri doğuran səbəblərin müəyyənləşdirilməsinin və diqqətdə saxlanılmasının vacibliyini bildirib. Dövlətimizin başçısı bu kimi məsələlərin açıq müzakirə edilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun yaxşı imkan yaratdığını və cəlbedici olduğunu deyib. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hər il olduğu kimi bu il də Forum iştirakçılarına təbrik göndərməsinin vacibliyini xüsusi vurğulayaraq Azərbaycanın və Rusiyanın Bakı Beynəlxalq Humanitar Forumunun həmtəsisçiləri olduğunu məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi bildirilib, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığın bu işə böyük töhfə verdiyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18

