Qədim musiqilər müasir formatda...
31.03.2023 [10:34]
Gənclər mədəni tariximizə sadiqdi
Təxminən bir neçə il bundan öncə cəmiyyətdə gənclərin musiqi zövqünün korlanması ilə bağlı müzakirələr geniş vüsət almışdı. Sənətşünaslar, səhnə adamları, sadə vətəndaşlar, bir sözlə, hər kəs ölkə gənclərini bayağı musiqilərə daha çox maraq göstərmələrinə görə qınaq obyektinə çevirirdi. Kiçik bir araşdırma etdikdə bunun nə ilə bağlı olduğu aydın olur. Ən tutarlı səbəb, heç şübhəsiz, nəzarətsiz qalan elektron dünya, yəni, sosial şəbəkələr idi. Həmin dövrdə elektron platformalar anidən aktuallaşdı, sosial şəbəkələrdən geniş şəkildə istifadə edilməyə başlandı. Təbii ki, bu platformalara daxil olan heç də hər kəsin mədəni səviyyəsi, dünyagörüşü eyni deyil. Elə o səbəbdən də, elektron cihazlardan istifadə edə bilən hər kəs sosial şəbəkə istifadəçisinə çevrilməklə yanaşı, yeni, tamamilə yad bir “kontent” yaratmağa başladı.
Klassikaya maraq artıb
Sevindirici haldır ki, bu gün ölkə gəncləri arasında klassik musiqi əsərlərinə maraq əhəmiyyətli dərəcədə artıb. Bunu sosial platformalarda yayımlanan musiqilər bir daha təsdiq edir. Bir neçə gündür “Dərviş band” qrupu tərəfindən Xalq artisti Niyaməddin Musayevin bəstəsinin fərqli, müasir formatda təqdim edilməsi də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Lakin çox qısa bir müddət ərzində yüz minlərlə izləyici tərəfindən izlənən videoçarxı heç də hər kəs birmənalı qarşılamadı. Sosial şəbəkələrdə Xalq artistinin ifanı bəyənməməsi haqqında şayiələr də yayılmağa başladı.
Xalq artistindən gənclərə jest
Lakin bugünlərdə “Dərviş band” qrupu ilə Xalq artisti Niyaməddin Musayevin son günlər böyük ajiotaja səbəb olmuş “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını İTV ekranından canlı yayımda duet şəklində təqdim etməsi məsələyə nöqtə qoydu.
Razılıq verdim
Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan əfsanəvi “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısının yeni aranjemanda təqdim edilməsi Xalq artistinin çox xoşuna gəlib. “Yeni Azərbaycan” qəzeti ilə həmsöhbət olan Niyaməddin Musayev illərdir dillər əzbəri olan əsərə gənclərin müraciət etməsini çox müsbət qarşıladığını bildirdi: “Bu günə qədər gənclər mənim bir çox ifalarıma müraciət ediblər. Nəinki ölkəmizdə, hətta bütün dünya üzrə gənclər bəstələrimi tez-tez ifa edirlər. Bu da təbii ki, mənim üçün çox xoşdur, məni sevindirir. Əvvəlcə “Dərviş band” qrupunun üzvləri mənimlə görüşdülər. Mən də dinlədim, bəyəndim və razılığımı bildirdim”.
Müsbət haldır
Xalq artisti deyir ki, gənclər arasında qədim musiqilərə həvəsin artması olduqca müsbət bir haldır: “Ümumiyyətlə, gənclər son vaxtlar klassik musiqilərimizə tez-tez müraciət edirlər. Ən əsası da onların qızıl fondumuzda olan bu bəstələri müasir, yeni üslubda, fərqli formatda təqdim etməsidir. Gənclər arasında yayılan bu tendensiya məni çox sevindirir”.
Sənətkarlar gənclərə dəstək olmalıdırlar
“Hesab edirəm ki, sənətkarlarımız da öz növbəsində gənclərin bu cür təşəbbüslərini dəstəkləməklə onları həvəsləndirməlidirlər. Bu, onları daha da böyük ruh yüksəkliyi ilə yaradıcılıqla məşğul olmağa sövq edir”, - deyə dəyərli sənətkarımız fikirlərinə yekun vurub.
Xatırladaq ki, bu əsər ilk dəfə xalq şairi Məmməd Arazın 1983-cü ildə işıq üzü görən eyni adlı kitabında dərc olunub. Xalq artisti Niyaməddin Musayevin sözlərinə bəslədiyi əsər ona böyük şöhrət qazandırıb. Niyaməddin Musayev 1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti, 1998-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 2000-ci ildə isə sənətkar “Şöhrət ordeni” ilə təltif edilib. Gənclərə hər zaman öz dəstəyi ilə seçilən xalq artisti dünyanın bir çox ölkələrində dövlət qastrollarında milli xalq musiqimizi təbliğ edib. Onun “Röya” vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət edib.
Nicat Dilqəmli
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

