Gender bərabərliyi strategiyası
28.04.2023 [10:18]
Ailə və onun dəyərləri prioritetimizdir
Davamlı inkişaf və insan potensialına əsaslanan inkişaf bəşəriyyətin 21-ci əsrdə əsas prioritetidir və ölkəmiz bu sahədə inamla irəliləməkdədir. İnsan inkişafı konsepsiyasının mahiyyəti çox sadədir. Bu konsepsiyaya görə, cəmiyyətin idarəedilməsi o zaman uğurlu hesab edilə bilər ki, həmin toplumda irqindən, dinindən, millətindən və yaxud hər hansı bir xüsusi qrupa mənsubluğundan asılı olmayaraq hər bir şəxsin fərdi potensialını reallaşdırması üçün əlverişli şərait yaradılıb. Bu, eyni zamanda, tam şəkildə cəmiyyətdə iri qrupları təşkil edən qadın və kişilərə də aiddir. Gender problemi məhz qadın və kişilərin cəmiyyətdə oynadığı rolu, onların həmin toplumda tutduğu mövqeyi xarakterizə edən və bu sahədə eyni imkanların yaradılmasına xidmət göstərən bir yanaşmadır.
Ümumiyyətlə, davamlı inkişaf və gender siyasəti müasir dünyanın iki ən mühüm sosial strategiyasıdır və onlar vahid sosial-mədəni kontekstdə qavranılmaqdadır. Təbii ki, istənilən cəmiyyətdə gender baxımından balanslaşdrılmış inkişaf modeli ən proqressiv, ədalətli, obyektiv olaraq zəruri və iqtisadi cəhətdən əlverişli tərəqqi yoludur.
Azərbaycan müstəqillik qazandıqdan sonra məhz Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkədə insan inkişafı kontekstində gender problemlərinə diqqət artdı. Ümumilikdə, gender inkişafı və ailənin əsas sütunlarından olan qadınların cəmiyyətdə daha fəal iştirakının təmin olunmasına yönəlik siyasi kurs ilk öncə Heydər Əliyevin adı ilə bağlıdır. O, bu siyasi kursu bir neçə mərhələdə həyata keçirdi. 1998-ci ildə MDB dövlətləri arasında ilk olaraq Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı, eyni zamanda, Heydər Əliyev “İctimai fəaliyyətin bütün sahələrində qadınların rolunun gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu, əslində gender siyasətinin önəmli dövlət strategiyası kimi Ulu Öndər tərəfindən tanınması demək idi və Azərbaycanın gender bərabərliyi sahəsində beynəlxalq əlaqələrin fəal iştirakçısına çevrilməsi ilə nəticələndi. Ölkə hazırda gender bərabərliyinə aid bütün konvensiyaların iştirakçısıdır və eyni zamanda, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığı da həyata keçirir. Gender inkişafı sahəsində Heydər Əliyevin konturlarını çəkdiyi siyasətin uğuru, əldə edilmiş nailiyyətlərin əhəmiyyəti göz qabağındadır. Bunu ölkədə insan inkişafı indeksi, həmçinin gender inkişafı indekslərinin ilbəil artması da təsdiqləyir.
Bir sözlə, dövlətin uzunmüddətli qadın siyasətinin əsasları qoyulmuş və həyata keçirilib. Prezident İlham Əliyevin başçılığı ilə davam etdirilən bu siyasət nəticəsində son illər əldə edilən nəhəng uğurların böyük qismi də Azərbaycan ailəsinin, sosial sahənin payına düşür. Ölkədə həyata keçirilən islahatların magistral meyli - gender bərabərliyinin təminatına yönümlü olması ilə səciyyələnir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanda gender bərabərliyinə nail olmaq üçün çox böyük işlər görülüb, hüquqi bazaya gəldikdə, demək olar ki, bu gün başqa dövlətlərdən fərqli olaraq yetərincə hüquqi baza formalaşdırılıb. Amma yalnız qanunvericiliyin olması kifayət deyil. Azərbaycan müstəqil dövlət kimi Avropaya inteqrasiya edir, bir sıra beynəlxalq sənədlərə qoşulub və Avropa dəyərləri cəmiyyətimizdə yerini tutub. Bu da bəzi qanunların qəbulunu zəruri edir. Bəzən qanun qəbul olunur, amma o, illərlə qalır və qanunu yada salan olmur. Bəzən isə yazılmayan qanunlar olur. Gender bərabərliyi qanunu bizə çox lazımdır.
Komitə rəsmisi bildirir: “Mahiyyətinə varanda görürük ki, gender bərabərliyi Azərbaycan üçün yeni məsələ deyil. Termin yenidir. Amma biz tariximizə nəzər salsaq, ailə, orada qadına olan münasibət, kişiyə olan münasibət, ədəb-ərkan, ehtiram məhz Azərbaycan ailəsində formalaşan milli dəyərlərdir. Sadəcə illər ötdükcə sovet dövründə ayrı münasibətlər formalaşdı. İndi demokratik dövlətdə yaşayırıq, bir çox insanlar Avropa dəyərlərini öz ailələrinə gətirirlər və bəzən bununla bərabər gender bərabərliyinə yox, əksinə, bərabərsizliyə yol açırlar. Ona görə də bu gün gender bərabərliyinin təminatında qanundan daha çox, insanları buna hazırlamağa, yəni maarifləndirməyə çox böyük ehtiyac var. Bu gün hökumət, qeyri-hökumət təşkilatları insanlarla daha yaxın münasibətdə olmalı, gender bərabərliyi nədir və bizə nə üçün lazımdır kimi suallara cavab tapmaqda onlara kömək etməlidirlər”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39

