Relyefə ciddi ziyan vurulub...
22.08.2023 [11:00]
Ətraf mühitin əvvəlki vəziyyətə qaytarılması üçün ciddi tədbirlər həyata keçirilməlidir
Günel ABBAS
Ətraf mühitin mühafizəsi dedikdə ekoloji hüquq normalarında nəzərdə tutulmuş müəyyən prinsiplərə uyğun olaraq ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsi və qorunub saxlanılması başa düşülür. Azərbaycanda son illərdə ekologiyanın və ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən tədbirlər intensivləşdirilib. Buna baxmayaraq, hələ də həllini gözləyən problemlər var. Respublikada əsas ekoloji problemlərə su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. aiddir. Bu problemlərin həlli istiqamətində dövlət tərəfindən müvafiq addımlar atılsa da, vətəndaşlar da ekologiyanın qorunmasında məsuliyyətlərini dərk etməlidirlər.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov bildirib ki, ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması üçün bütün dünya dövlətləri səfərbər olub və demək olar ki, bütün ölkələrdə BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına uyğun olaraq, ətraf mühitin qorunması ilə bağlı xüsusi dövlət proqramları icra edilir: “Azərbaycan da bu mənada istisna deyil, dövlət siyasətinin əsas prioritet sahələrindən biri də yaşıllıq ərazilərin çoxaldılması, ekoloji cəhətdən çirklənmiş torpaqların bərpa edilərək yenidən istifadəyə qaytarılması, nəsli kəsilməkdə olan heyvanların qorunması, qoruqların mühafizə sisteminin yaxşılaşdırılması və orada yaşayan heyvanların, flora və faunanın təkmilləşdirilməsidir. Mövcud problemlə bağlı bizi ən çox narahat edən məsələ isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyətdir. Nəzərə almaq lazımdır ki, otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən nəzarətdə saxlanılan həmin ərazilərdə hərbi cinayətlərlə yanaşı, ekoloji fəlakətlər də törədilib, meşə massivi, demək olar ki, tamamilə məhv edilib, faydalı qazıntılar istismar olunub, relyefə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə yenidən meşə massivinin yaradılması və ətraf mühitin əvvəlki vəziyyətə qaytarılması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.
Deputat qeyd edib ki, Ermənistan, həmçinin, su hövzələrini çirkləndirib və təəssüf ki, bu gün də Araz çayı, Oxçuçay və digər su hövzələrinə çirkli maddələr və tullantılar axıdırlar: “Həmin çaylar çirklənir və oralarda yaşayan canlılar məhv olur. Bütün bunlara baxmayaraq, biz ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işini gücləndirməyə çalışmalıyıq. Təəssüf ki, son illər, misal üçün, binaların həyətlərində əkilən ağacların suvarılmasında problemlər yaşanır. Bunu mütləq qeyd etmək lazımdır. “Azərsu” bütün növ su istifadəsinə görə sayğac qoşub və ona görə də vətəndaşlar ümumi istifadə üçün nəzərdə tutulan həmin ağacları, adətən, suvarmırlar. Üstəlik, belə ağaclar nə bələdiyyələr, nə də kommunal idarələrin balansında deyil. Nəticə etibarilə, ağacların taleyi xüsusilə yay aylarında çox acınacaqlı olur. Bununla əlaqədar vətəndaşlar, müxtəlif icmalar müvafiq həll yolları düşünsələr də, bu, problem olaraq qalır. Məhz buna görə də biz vətəndaşları ümumi istifadə üçün nəzərdə tutulmuş ağacların suvarılmasında aktiv fəaliyyətə və müxtəlif bitkilərin qorunmasına dəstək olmağa çağırırıq. Həmçinin qeyd etmək yerinə düşər ki, dünyada, eləcə də Azərbaycanda içməli su problemi hər zaman var. Şükürlər olsun ki, torpaqların işğaldan azad edilməsi ilə bu problem müəyyən qədər həllini tapıb. Nəzərə almaq lazımdır ki, Suqovuşan artıq bizim nəzarətimizdədir və bu, istər dənli bitkilərin suvarılması, istərsə də içməli su probleminin müəyyən mənada aradan qaldırmaq gücünə malikdir. Bununla paralel olaraq, Kürdə su qıtlığının mövcudluğu müəyyən fəsadlar törədir. Dövlət bununla bağlı xüsusi konsepsiya və fəaliyyət planı hazırlayıb və hökumətin bu problemi həll edəcəyinə ümid edirik. Ümumilikdə, biz vətəndaş olaraq sudan qənaətlə istifadə etməyə çalışmalıyıq, çünki hər il vəziyyət daha da çətinləşir, içməli su problemi artır. Ona görə də sudan təkrar istifadəyə və daha az itkiyə nail olmaq lazımdır. Bu mənada, vətəndaşları təşviq etmək və maarifləndirmək vacibdir. İstənilən halda, ölkədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər ürəkaçandır. Təki hər birimiz səfərbər olaraq təbiəti bərabər şəkildə qoruyaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20

