Vətən naminə...
21.09.2023 [11:35]
Xalqımız milli birlik nümayiş etdirir
Yeganə BAYRAMOVA
Dövlət quruculuğunda ən böyük rollardan biri vətəndaş cəmiyyətinə aiddir. Çünki demokratik cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti olduqca mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, vətəndaş cəmiyyəti özlüyündə çox geniş anlayışdır. İcmalar, qeyri-hökumət təşkilatları, təşəbbüs qruplarından formalaşan vətəndaş cəmiyyətlərinin aktiv fəaliyyəti dövlətin inkişafında, gücləndirilməsində vacib amildir.
Sevindirici haldır ki, vətəndaş cəmiyyəti institutlarımız ölkə daxili ilə yanaşı, beynəlxalq müstəvidə də aktiv fəaliyyətdə maraqlıdır. Bu məsələ 44 günlük Vətən müharibəsindən sonra daha da aktuallaşıb. Aparılan uğurlu islahatların nəticəsi kimi Azərbaycanda milli həmrəyliyin şahidi oluruq. Vətən müharibəsi zamanı milli birlik modeli uğurla həyata keçirilmişdi. Bu günlərdə isə Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatlarını icra etdi. Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşib ölkə başçısına, Şanlı Ordumuza və əsgərlərimizə göstərdiyi dəstək bu gün də davam edir. Vətəndaş cəmiyyətimiz hər zaman olduğu kimi, yenə də dövlətimiz üçün vacib və həssas olan məqamlarda bir ideologiya ətrafında sıx birləşib.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, yaşadığımız mürəkkəb və gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Şübhəsiz ki, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır: “Lakin bütün bu sadalananlara rəğmən həm insanlar, həm də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını hər zaman qoruyub saxlayır. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesində ciddi uğurlara nail olunub. İndiyədək həyata keçirilmiş islahatların nəticəsi olaraq artıq hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü iştirak edir”.
MQF rəhbəri qeyd edib ki, ölkəmizdə müasir vətəndaş cəmiyyəti konsepsiyası bir sıra ənənəvi ideologiyaya əsaslanır. Belə ki, vətəndaş cəmiyyətinin hər bir üzvü hüquq və azadlıqların subyektidir: “Azərbaycanda qanunun aliliyi vətəndaşlara davranış muxtariyyətinə, maraqlarını müəyyən etməkdə müstəqillik verir. Bu da vətəndaş cəmiyyətinin yalnız demokratik sistemdə mümkün olduğunu və Azərbaycanda məhz belə bir sistemin bərqərar olduğunu göstərir. Ümumiyyətlə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.
Qanunun aliliyinin təmin olunması və sosial ədalətin möhkəmləndirilməsi demokratik cəmiyyətlərin mühüm parametrlərindən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətimizin diqqət mərkəzindədir”.
R.Zeyninin sözlərinə görə, 44 günlük Vətən müharibəsinin elə ilk günlərindən aydın oldu ki, Azərbaycan ərazilərini işğaldan azad etmək üçün yetərli hərbi-siyasi gücə, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar orduya malikdir: “Ordumuz Qarabağ bölgəsində antiterror əməliyyatlarını yerinə yetirdi. Fərqli dünyagörüşü olan sosial qruplar, QHT-lər vətəndaş cəmiyyəti olaraq hər zaman olduğu kimi yenə də milli birlik nümayiş etdirdi. Bu milli birlik, ilk növbədə Ordumuzda böyük ruh yüksəkliyi yaradır. Ümumiyyətlə, ərazilərimizin işğaldan təmizlənməsinə gedən yol çox uzun və çətin olub. Bu çətinliyin öhdəsindən Prezident-xalq, xalq-ordu birliyinin nəticəsində gəlmişik.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bu gün Azərbaycan Respublikasında mövcud olan hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması Avropanın bir çox ölkələrindən daha güclü təşəkkül tapıb”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

