/ / Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb
Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb
08.03.2014 [09:56]
“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Növbəti belə tədbir mart ayının 7-də Qubada keçirilib.
AzərTAc xəbər verir ki, “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” adlı regional təqdimatda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edərək bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 276 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.
F.Qədimov qeyd edib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbuluII adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradıb, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edib. Bununla yanaşı, DSMF-nin yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masa”ları fəaliyyət göstərir.
Bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlayn həyata keçirilir. Yaradılmış müasir məlumatlandırma sistemi vasitəsilə istənilən sığortaolunan hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatlar almaq və öz pensiya kapitalına nəzarət etmək imkanı qazanır.
Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə daxil olmaqla, hər kəs öz pensiyasını hesablaya bilər. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş heç bir sənəd toplamadan və vaxt itirmədən “Çağrı Mərkəzi”nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.
Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyalarının müdiri Sabir Qocayev Fondun elektron xidmətləri barədə slaydlar təqdim edərək, hər bir xidmət barədə ətraflı məlumat verib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30

