Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst cütlüyün cinayətkar əməlləri üzə çıxıb

Ermənipərəst cütlüyün cinayətkar əməlləri üzə çıxıb

28.07.2015 [09:44]

Şahid ifadələri nəticəsində Leyla və Arif Yunusovların bank maxinasiyaları ifşa olunub
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusova və onun həyat yoldaşı Arif Yunusov barəsində cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Məlumat üçün bildirək ki, Leyla Yunusova Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Leyla Yunusova yenə öz ampluasında...
Beləliklə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs L.Yunusovanın müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, təqsirləndirilən şəxs A.Yunusovun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak edib, yeni vəkil orderi təqdim etmiş Elçin Sadıqov Leyla Yunusovanın müdafiəçisi qismində işə buraxılıb. Bundan sonra, təqsirləndirilən şəxs Leyla Yunusova çıxış edərək bir sıra vəsatətlər, həmçinin, iş üzrə zərərçəkmiş Rəna Səfərəliyevanın nümayəndəsi Şöhrət Allahmanovun prosesdən kənarlaşdırılması barədə vəsatət verib. L. Yunusova Ş. Allahmanova təhqiramiz sözlər deyib. O, vəsatətə münasibət bildirən dövlət ittihamçısının da çıxışına maneçilik törədib, prosesdə səs-küy salıb. Hakim Leyla Yunusovanın hərəkətlərini məhkəməyə hörmətsizlik kimi dəyərləndirib və bu barədə protokola qeyd edilib.
Öz növbəsində, dövlət ittihamçısı vəsatətlərin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib, məhkəmənin qərarı ilə vəsatətlər təmin edilmədən rədd edilib.
Bundan sonra, müdafiəçi Ə.Məmmədov vəsatət verərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Arif Yunusovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib, müdafiə tərəfinə daxil olan digər şəxslər vəsatəti müdafiə edib, dövlət ittihamçısı vəsatətin əsassız olması ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib, məhkəmənin qərarı ilə vəsatət təmin edilmədən rədd edilib.
Dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma və...
Daha sonra, dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsinə uyğun olaraq təqsirləndirilən şəxs L.Yunusovaya dələduzluq, qanunsuz sahibkarlıq, vergiləri ödəməkdən yayınma və saxta sənəd hazırlama və istifadə etmə, A.Yunusova isə dələduzluq cinayətləri törətmələrinə görə elan edilmiş ittihamı elan edib, təqsirləndirilən şəxslər L.Yunusova və A.Yunusovun ittihamın mahiyyətinin onlara aydın olmamasını və özlərini elan edilmiş ittihamlar üzrə təqsirli bilmədiklərini göstərib, məhkəmə ittihamın mahiyyətini təqsirləndirilən şəxslərə elan edib və ifadə vermələrini təklif edib. İlkin olaraq təqsirləndirilən şəxs Leyla Yunusova qısa sərbəst ifadə verərək A.Yunusovun özünün bir hesabından başqa hesabına pul köçürməsini, onun əməlində dələduzluq cinayətinin olmamasını bildirib, dövlət ittihamçısının və zərər çəkmiş şəxsin nümayəndəsinin suallarını cavablandırmaqdan imtina edib.
Bundan sonra, digər təqsirləndirilən şəxs Arif Yunusova ifadə verməsi təklif edilib, sonuncu ifadə verməkdən imtina edib.
Qeyd edək ki, bundan sonra, məhkəmə iclasına dəvət edilmiş şahidlərin dindirilməsinə başlanılıb, iclas zamanı 11 nəfər şahidin dindirilməsi həyata keçirilib. İclas zamanı Bakı şəhər İcra Hakimiyyəti Nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” Cəmiyyətinin mühasibi Natəvan Hacıyeva, “Qadın Krizis Mərkəzi”nin layihələrində həkim-psixiatr qismində iştirak edən Azad İsa-zadə və “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov ibtidai istintaq zamanı veridkləri ifadələrinə oxşar məzmunlu ifadələr veriblər.
Nahar fasiləsindən sonra davam edən iclas zamanı “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Rəna Səfərəliyeva ifadə verib. Qeyd edək ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni Leyla Yunusovanın üzünə qarşı bir daha təsdiq etməklə ittihamın mahiyyəti üzrə onu ifşa edən fikirlər səsləndirib. Rəna Səfərəliyeva ifadəsində 2005-ci ilin sonlarından “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatı ilə əlaqəsini kəsdiyini, bütün səlahiyyətlərini, təşkilatın möhür və blankını Leyla Yunusovaya təhvil verdiyini, həmin tarixdən sonra təşkilat tərəfindən hər hansı donor təşkilatla qrant müqaviləsinin bağlanılmasından, təşkilatın hesablarına pulların köçürülməsindən məlumatının olmadığını, bütün bu işlərin Leyla Yunusova tərəfindən aparıldığını bildirib.
Şahid itfadəsindən narahat olan L.Yunusova onun çıxışını kəsməyə cəhd göstərərək bir neçə dəfə təkrarən “Təşkilatı mən idarə edirdim, sənə heç nəyin aidiyyəti yox idi, indi nədən zərər çəkmisən ki, burada zərər çəkmiş kimi nümayəndəyə etibarnamə vermisən, sənə ziyan dəyib?” deyə sual verib. R.Səfərəliyeva isə cavabında bildirib ki, Leyla Yunusovanın hərəkətlərinin hüquqi araşdırılması ilə əlaqədar müəyyən edilmiş pozuntularla bağlı təşkilatın təsisçiləri çox narahatçılıq keçirib, ona yenidən təşkilata qayıdıb işləri icra etməsini bildirib: “Bununla da təsisçilərə böyük mənəvi ziyan dəyib. Digər tərəfdən, 2005-ci ilin sonlarından təşkilatdan faktiki ayrıldıqdan sonra təşkilat adından bağlanılmış heç bir qrant müqaviləsindən xəbərim, maliyyə məsələrinə isə aidiyyətim olmayıb. Həmin müqavilələr təşkilatla xarici donorlar arasında bağlanılıbsa, təbii ki, bu gün donorlar qarşısında təşkilat məsuliyyət daşıyır. Bu səbəbdən, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatına maddi ziyan da dəyib”.
Bundan sonra, iclasda “Humanitar Tədqiqatlar Cəmiyyəti” qeyri-hökumət təşkilatının sədri Əvəz Həsənov ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verib. Daha sonra iclasa dəvət edilmiş, “Unibank” ASC-nin və “Unibank” ASC-nin sənaye-texnika filialının əməkdaşları Ələddin Şıxəliyev, Mehriban Babayeva, Müstəqim Abdullayev, Nigar Əli-zadə və Nigar Qəribova ibtidai istintaq zamanı verdikləri ifadələri ilə eyni məzmunlu ifadələr veriblər.
Onların ifadələri ilə müəyyən edilib ki, Leyla Yunusova 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” ASC-də yerləşən dollar hesablarından cəmi 88.910 ABŞ dolları məbləğində pul vəsaitinin 88.468 ABŞ dolları məbləğində hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla əldə etdiyi kassa çek vərəqlərindən istifadə etməklə nağdlaşdırıb çıxararaq, həmin pulun cəmi 71.000 ABŞ dollarını özünün qeyd olunan bankda yerləşən əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə 24 aprel 2014-cü il tarixdə ümumilikdə 78.130,42 ABŞ dolları məbləğində nağd pul vəsaitini müvafiq bank sənədləşməsi ilə çıxarıb əri Arif Yunusov ilə həmin gün sonuncunun “Unibank” ASC-dəki şəxsi hesabına mədaxil edib, dərhal Çexiya Respublikasının Praqa şəhərində yerləşən “Sberbank CZ” kommersiya bankındakı Arif Yunusovun şəxsi bank hesabına köçürüb dələduzluq yolu ilə ələ keçiriblər.
Leyla Yunusova bir sıra şahidləri nalayiq ifadələrlə təhqir edib
Sonda onu da qeyd edək ki, proses zamanı Leyla Yunusova qeyri-etik davranışlara yol verərək məhkəməyə dəvət edilmiş bir sıra şahidləri nalayiq ifadələrlə təhqir edib. İttihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyərkən dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilib. Eyni zamanda, məhkəmə tərəfindən Leyla Yunusovaya dəfələrlə xəbərdarlıq elan edilməsinə baxmayaraq, sonuncu məhkəmənin bu xəbərdarlıqlarına əhəmiyyət verməyərək həmin davranışlarını davam etdirib.
Qeyd edək ki, proses iyulun 28-də davam etdiriləcək.
Nadir AZƏRİ

 
Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31