/ / Prezident İlham Əliyevin Sərəncamı penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tarixi addımdır
Prezident İlham Əliyevin Sərəncamı penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tarixi addımdır
15.02.2017 [10:06]
Ölkəmizdə dövlət idarəçilik sisteminin müasirləşdirilməsi istiqamətində reallaşdırılan siyasət məhkəmə-hüquq sahəsində də əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur
Cəmiyyətdə qanunların aliliyinin təmin olunması, bütün instansiyalarda münasibətlərin hüquqi yolla tənzimlənməsi Azərbaycanda müasirlik prinsipinə, qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan dövlət quruculuğu siyasətinin əsas hədəfləri kimi müəyyənləşdirilib. Respublikamızda demokratik hüquqi dövlət quruculuğunun qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti kimi bütün fundamental prinsipləri ölkənin əsas qanununda təsbit olunub. Bundan başqa, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl olaraq müasir çağırışlara uyğun hüquqi islahatlar həyata keçirilir. Son illərdə ölkəmizdə hüquq sistemində islahatlar konsepsiyasına uyğun olaraq Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında aidiyyəti qurumların funksionallığının artırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə praktiki müstəvidə effektiv fəaliyyətlərinin təmin olunması, cəzanın humanistləşdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi, səmərəli antikorrupsiya platformasının formalaşdırılması və bu kimi digər istiqamətlərdə zəruri addımlar atılıb.
Bu günlərdə isə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Çox haqlı olaraq bəhs edilən Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi dəyərləndirilir.
Hüquqi islahatların növbəti mərhələsinə start verilməsi bir sıra vacib amillərlə şərtlənir
Ölkəmizdə hüquqi islahatlar davamlı prosesə çevrilib. Prezident İlham Əliyevin imzaladığı bəhs olunan Sərəncamla cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsinə start verilib.
İndiki mərhələdə Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bir sıra zəruri amillərlə şərtlənir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasında dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Meydana çıxan çağırışlar, ölkəmizin yeni reallıqları isə hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevirib. Aparılan araşdırmalar və təhlillər göstərir ki, ölkədə həyata keçirilən davamlı tədbirlərə və islahatlara baxmayaraq, hazırda məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. Bununla yanaşı, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.
Az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması qarşıya qoyulan məqsədlər sırasında yer alır
Bəhs olunan Sərəncamla qarşıya cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması kimi mühüm məqsədlər qoyulub. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. İstiqamətlərdən biri məhkəmələrin cəza təyin edən zaman sosial ədalətin bərpasına çalışmalarını, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmalarını, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələrini özündə ehtiva edir. Digər istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasından ibarətdir. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Sərəncamla böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması qarşıya məqsəd qoyulub. Bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən hər bir şəxs barəsində ilk növbədə həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb. Sərəncamla həmçinin penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsi kimi vacib məsələlərin həlli də qarşıya məqsəd qoyulub.
Bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq.
İslahatların yeni mərhələsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub
Bəhs olunan Sərəncama əsasən başlayan hüquqi islahatların əhatə dairəsi də kifayət qədər genişdir. Belə ki, islahatların yeni mərhələsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Sərəncama əsasən, ölkəmizdə penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək. Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Sənədə əsasən, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.
Bundan başqa, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunauyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək. İctimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək. Sərəncamda azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələrinin bərpa edilməsi, həmçinin yeni sahələr yaradılması, penitensiar xidmətin kadr korpusunun təkmilləşdirilməsi, bu sahəyə peşəkar kadrların cəlb olunması, penitensiar müəssisələrin etibarlı mühafizəsinin təşkil edilməsi nəzərdə tutulub. Aparılan islahatlar çərçivəsində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin ediləcək, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək, cinayət təqibi və cəzaların icrası zamanı qanunazidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Cəza siyasətinin humanistləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib
Müstəqillik illərində Azərbaycanda həyata keçirilən hüquqi islahatların əsas səciyyəvi cəhətlərindən biri cəzavermə siyasətinin davamlı olaraq humanistləşdirilməsi ilə bağlıdır. Ölkəmizdə 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq respublikamızda bu cəza növünün tamamilə ləğv edilməsi, indiyədək bir neçə amnistiya aktının reallaşdırılması Azərbaycan dövlətinin humanizm prinsiplərinə böyük önəm verməsinin ifadəsidir.
Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə cəzavermə siyasətinin humanistləşdirilməsi bundan sonra da davam etdiriləcək. Sənəddə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə ilə yanaşı alternativ cəzaların tətbiqinin genişləndirilməsi, mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi nəzərdə tutulub. Cinayətin ictimai təhlükəliliyi amilinə diqqətin artırılması da vacib məqamlardandır. Sərəncamda cinayət maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması nəzərdə tutulub. Azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması da ölkəmizdə cəzavermə siyasətinin hümanistləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər sırasındadır.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib. Belə ki, Ədliyyə Nazirliyi probasiya xidmətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təkliflər hazırlayacaq, həmçinin “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemini yaradacaq, cəzanın ictimai işlər növünü daha da təkmilləşdirəcək, məhkum olunmuş və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirəcək.
Baş Prokurorluq isə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyünü araşdıracaq. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri müstəsna hallarda, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda veriləcək.
Sərəncamla verilən tövsiyələrə əsasən məhkəmələr şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələr və buna qanuni əsaslar olduqda həbs qərarı çıxaracaq. Digər qətimkan tədbirlərinin seçilməsi ilə bağlı dəlillərin yoxlanılması, cəza barədə qərar çıxararkən sosial ədalətin bərpası, məhkumun islah edilməsi prinsipinin rəhbər tutulması da məhkəmələrə verilən tövsiyələr sırasında yer alır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47

