/ / Novruz Məmmədov: Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini və rolunu, ölkəmizlə əlaqələrin genişlənməsinə olan istək və ehtiyacı nümayiş etdirir
Novruz Məmmədov: Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini və rolunu, ölkəmizlə əlaqələrin genişlənməsinə olan istək və ehtiyacı nümayiş etdirir
07.03.2017 [11:27]
“Prezident İlham Əliyevin xarici səfərləri Azərbaycanın dünyada yerini və rolunu, ölkəmizlə əlaqələrin genişlənməsinə olan istək və ehtiyacı nümayiş etdirir”. Bu fikri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həm müxtəlif beynəlxalq tədbirlər, həm də ikitərəfli münasibətlər çərçivəsində baş tutan səfərlər Azərbaycanla əməkdaşlığın diqqət mərkəzində olduğunu, ölkəmizlə əlaqələrin inkişafına böyük önəm verildiyini göstərir: “Yəni dünya miqyasında Azərbaycanla əməkdaşlığa böyük maraq göstərilir. Sadalananlar nöqteyi-nəzərindən Prezident İlham Əliyevin son səfərlərinin əhəmiyyəti çox böyükdür”.
Qətərə səfərin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini deyən N. Məmmədov əlavə edib ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın hazırkı durumu, perspektivi barədə müzakirələr aparılıb: “İki ölkə arasında kənd təsərrüfatı, texnologiya, enerji, turizm, sərmayə qoyuluşu, hava uçuşlarının intensivləşdirilməsi sahəsində yaxşı imkanlar mövcuddur, bunun nəticələrini tezliklə görəcəyik”.
Prezident Administrasiyasının rəhbərinin müavini əlavə edib ki, Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdir: “Çünki indiki dövrdə dövlət öz-özünü tək təmin edə bilməz. Qarşılıqlı əlaqələr sadaladığım məsələlərin təmin olunmasına öz töhfəsini verir. Bu baxımdan, İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitinin çox böyük əhəmiyyəti var”.
İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində qəbul edilən qətnamənin əhəmiyyətinə toxunan N.Məmmədov diqqətə çatdırıb ki, sözügedən qətnamədə üzv ölkələrin iqtisadi inkişafını daha yüksək səviyyəyə qaldırması üçün mühüm addımların atılması və ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi əksini tapıb: “Bu qərar layihəsində Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan başlıca məqam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ idi. Üzv dövlətlərin hamısı birmənalı şəkildə bu sənədə səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi hansısa səbəblərdən bunun siyasi məsələ olduğunu bildirərək qətnaməyə qoşulmadı. Bu, bizi olduqca təəccübləndirdi. Əlbəttə ki, belə bir mövqenin ortaya qoyulması başadüşülən deyil. Azərbaycan Qırğızıstanla əməkdaşlıq münasibətlərinə malik olan ölkədir. Belə olan halda, Qırğızıstanın bu cür mövqedən çıxış etməsini başa düşmək olmur. Bu qətnamədə qeyri-adi heç nə yoxdur. Sənəddə əks olunan məsələ BMT-nin bəyan etdiyi prinsiplərə söykənir. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub. Hazırkı mürəkkəb şəraitdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz. Bunu nəzərə alıb müdrik və uzaqgörən olmaq lazımdır”.
Ermənistan silahlı qüvvələrinin bölmələrinin bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək cəhdlərinə toxunan N.Məmmədov deyib ki, bu təxribatların törədilməsində Ermənistan rəhbərliyinin hansısa məqsədləri var. O bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin qorunması əsas şərt kimi irəli sürülsə də, Ermənistanın təxribatlar törətməsi hansısa məkrli planın bir hissəsidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33

