/ / Əli Həsənov: Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir
Əli Həsənov: Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir
27.04.2017 [10:01]
Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz.
“Trend”in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Biznes həyatı” jurnalında dərc olunan məqaləsində deyilir.
Əli Həsənov qeyd edib ki, sahibkarlığın dəstəklənməsi Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir: “Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi qanunvericiliyin, inzibati prosedurların və institusional mexanizmlərin təkmilləşdirilməsi, biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafi, sosial-iqtisadi proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-i ötüb, məşğul əhalinin 70%-dən çoxu bu sektorda cəmləşib”.
PA rəsmisi bildirib ki, Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qeyd etdiyi kimi, bu sahədə xüsusi əhəmiyyət daşıyan amil dövlət başçısının ardıcıl siyasi dəstəyinin olmasıdır. Prezident İlham Əliyev tez-tez sahibkarlarla görüşür, onların problemlərinin həlli yönündə tapşırıqlar verir, iş adamlarını ölkə iqtisadiyyatına daha böyük sərmayə yatırmağa həvəsləndirir.
Əli Həsənov yazır ki, qlobal iqtisadi böhranın təsirləri, dünya bazarında konyunktur və qiymət tərəddüdləri dövlətin iqtisadi siyasətində nəzərə alınaraq, vaxtında və adekvat addımlar atılır: “Hazırda bu siyasətin əsas qayəsini ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması təşkil edir. Son vaxtlar biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Şübhə yoxdur ki, bu sənədlərdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

