Baş Nazir Novruz Məmmədov Yaponiyanın Xarici İşlər nazirinin müavini ilə görüşüb
06.09.2019 [09:09]
Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Yaponiyanın Xarici İşlər nazirinin müavini Kenji Yamadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Xatırladıb ki, iki gün sonra - sentyabrın 7-də iki ölkə arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olacaq. Bunu əlamətdar hadisə adlandıran Baş Nazir, Azərbaycanın müstəqilliyinin bərpasından sonra iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini xatırladan Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.
Yaponiyanın Xarici İşlər nazirinin müavini Kenji Yamadanın Azərbaycan Respublikasının Prezidentinin iştirak etdiyi “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi mərasiminə qatılması da iki ölkənin əlaqələri üçün tarixi əhəmiyyət daşıyır. Baş Nazir Novruz Məmmədov dövlətimizin başçısı İlham Əliyevin “Şimal-2” Elektrik Stansiyasının kollektivi ilə görüşündəki çıxışını xatırladaraq bildirib ki, bu stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür. Novruz Məmmədov Azərbaycan ilə Yaponiya arasında energetika, iqtisadiyyat, sərmayə qoyuluşu, səhiyyə, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Görüşdə qeyd olunub ki, Azərbaycanın Yaponiya ilə münasibətlərində iqtisadi əməkdaşlıq prioritet istiqamətlərdəndir. Yaponiya şirkətlərinin Azərbaycan iqtisadiyyatında təmsil olunmasının ikitərəfli münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıdığı vurğulanaraq, Azərbaycanda yaradılan əlverişli investisiya mühiti haqqında qonağa ətraflı məlumat verilib.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Yaponiyanın Xarici İşlər nazirinin müavini Kenji Yamada səmimi qəbula görə minnətdarlığını ifadə edib. Kenji Yamada xüsusi vurğulayıb ki, əlverişli geosiyasi mövqedə yerləşən, logistik mərkəzə çevrilən və enerji təhlükəsizliyi baxımından mühüm rol oynayan Azərbaycan regionda Yaponiyanın vacib tərəfdaşıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47

