Postmüharibə mərhələsi: Azərbaycanın xarici siyasət kursunun əsas məqamları
08.04.2021 [08:44]
I yazı
İkinci Qarabağ müharibəsinin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi vəziyyət kökündən dəyişib. Prinsipial olaraq bölgədə yeni situasiya yaranıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında söylədiyi nitqində geniş bəhs edib. Dövlət başçısı dərin təhlil əsasında Azərbaycanın son 17 ildə həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəlliklərini ifadə edib. Prezidentin irəli sürdüyü tezislər göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. Azərbaycanın xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu Ermənistanla Azərbaycan arasında son müharibənin nəticələri də təsdiq edir. Bu məqamı nəzərə alaraq postmüharibə mərhələsində Azərbaycanın xarici siyasətinin bir sıra mühüm aspektləri üzərində geniş dayanmağa ehtiyac görürük.
“Qurultay tezisləri”: yeni dünya nizamı kontekstində
Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VII qurultayındakı nitqi konseptual məzmun kəsb edir. Dövlət başçısı əsaslı, geniş və kifayət qədər elmi meyarlar çərçivəsində dövlətin və cəmiyyətin XX əsrin sonlarından 2020-ci ilə qədər olan təkamülünün mükəmməl nəzəri-metodoloji və konkret siyasi analizini verib.
Prezident İlham Əliyevin ifadə etdiyi tezislər Azərbaycanda dövlət quruculuğunun milli, regional və qlobal kontekstdə başlıca istiqamətlərini göstərir. Bu nöqteyi-nəzərdən Prezidentin nitqinin regional və beynəlxalq səviyyədə özünü göstərən trendlərlə sıx bağlılığı böyük maraq doğurur. Xüsusilə, postmüharibə dövründə Azərbaycanın xarici siyasətinin istiqamətləri ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması formatları aspektində olduqca aktualdır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, Prezident İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi “3+3” formatı Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması üçün ciddi rol oynayacaq. Bundan başqa, Vətən müharibəsində qazanılan Qələbə və Zəngəzur dəhlizi kimi vacib məsələlərin geosiyasi əhəmiyyətini anlamaq üçün lazımi nəzəri təsəvvür olmalıdır. Bunların əsasında Azərbaycan Prezidentinin irəli sürdüyü və region dövlətləri arasında sıx inteqrasiyanın təmin olunmasını nəzərdə tutan çoxtərəfli platformanın regionda davamlı sülhə gətirib çıxaracağını dərk etmək çətin olmayacaq. Həmin məqsədlə bəzi nəzəri-siyasi məqamlara diqqət yetirmək lazımdır.
Henri Kissincer 2012-ci il aprelin 26-da “The New Criterion” jurnalının 30 illiyinə həsr edilmiş və ona “Edmund Börk” adına mükafatın təqdimatı mərasimində çıxışı zamanı vurğulamışdı ki, dəyərlər universaldır, ancaq, bir qayda olaraq, proses kimi həyata keçirilməlidir, yəni tədrici olaraq reallaşmalıdır. “Əgər dəyərlər tarixə və şəraitə baxmadan tətbiq edilirsə, bütün ənənəvi tabuları qanuni əsasından məhrum edir” (bax: Henry A. Kissinger. The limits of universalism / “The New Criterion”, iyul, 2012).
Bunları nəzərə alaraq H.Kissincer yazırdı ki, sırf realizm tənəzzülə, idealizm isə “səlib yürüşləri”nə aparıb çıxarır. Ona görə də Amerika fərqli konseptual yanaşmaları birləşdirməlidir (bax: Henry Kissinger. Does America Need a Foreign Policy?: Toward a Diplomacy for the 21st Century. New York, 2001, s. 286).
Buradan H.Kissincerin bütövlükdə dünyanın gələcək geosiyasi nizamı ilə bağlı fikirlərinə çıxış əldə etmək olar. Onun fikrincə, dünya nizamının və müxtəlif sivilizasiyaların dinc yanaşı yaşamasının başlıca şərti qüvvələr balansının təmin edilməsindən ibarət ola bilər. Burada hər hansı tərəfin üstünlüyü ancaq zərər gətirər.
H.Kissincer hesab edir ki, beynəlxalq münasibətlər sisteminin işləməsi üçün iki şərtin təmin edilməsi mütləqdir. Birincisi, tam tarazlıq. İkincisi, sistemi yaradanlar onun legitimliyini həqiqi olaraq qəbul etməlidirlər (bax: Henry Kissinger. World Order: Reflections on the Character of Nations and the Course of History. New York, 2014, s. 21).
Həmin prizmadan ABŞ-ın xarici siyasətində missionerliklə təcridçiliyin nisbətinə baxdıqda Vaşinqton üçün mürəkkəb vəziyyətin yarandığı qənaəti alınır. Belə ki, ABŞ nə tam təcrid ola bilər, nə də təkbaşına dominantlıq etmək imkanı vardır.
Bu, bir tərəfdən, XXI əsrboyu yeni nizamın formalaşmasına işarədirsə, digər tərəfdən, regional qruplaşmaların və onlara konkret dövlətlərin liderlik etmələrinin zamanının çatdığı deməkdir. Bu isə dünyanın bütövlükdə regional blokların yaranması istiqamətində dəyişdiyini göstərir (bax: əvvəlki mənbəyə, s. 129).
Deməli, H.Kissincerə görə, XXI əsrdə dünya nizamında təkbaşına lider olmayacaq, bir neçə aparıcı dövlətin liderliyi ilə regional bloklar formalaşacaq və məhdud sayda əsas geosiyasi oyunçu qalacaq. Yeni sistemin qurucularının hər biri maraqlarının bir qismini qurban verməli olacaqlar. Müxtəlif mədəniyyət daşıyıcıları olan dövlətlərin dinc yanaşı yaşamaqdan başqa yolu qalmayacaq.
H.Kissincerin XXI əsr dünya nizamı haqqında ifadə etdiyi və yuxarıda vurğuladığımız tezisləri kontekstində postmüharibə mərhələsində Azərbaycanın xarici siyasətinin mühüm məqamları olduqca maraqlı görünür.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq: postmüharibə mərhələsində
Dövlət başçısı YAP-ın VII qurultayındakı nitqində Azərbaycanın 2003-cü ildən başlayaraq apardığı böyük qələbəyə hazırlıq kursunu ayrıca vurğulayıb. Azərbaycan xalqının və dövlətinin erməni işğalı ilə barışmayacağı faktından çıxış edərək, ölkə rəhbəri ardıcıl və sistemli olaraq dövlətin və cəmiyyətin gücünü artırmaq istiqamətində fəaliyyət göstərib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son 17 il ərzində çıxışlarında bu barədə Prezident İlham Əliyev açıq danışıb. Bütün yüksəksəviyyəli görüşlərində, ali toplantılarda, beynəlxalq təşkilatların tədbirlərində, BMT-nin yüksək tribunasında çıxış edəndə Prezident işğal altındakı əraziləri hərbi yolla azad etmək variantını istisna etməyib.
Əsas məqsədi də dəqiq ifadə edib. Qurultayda həmin məqamı bir daha Prezident İlham Əliyev ifadə etdi. Prezident bəyan etdi: “Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Bu müstəvidə “ərazi bütövlüyünü bərpa etmək tarixi ədaləti bərpa etməkdir” fundamental tezisinin əsaslı siyasi, geosiyasi, tarixi və mədəni aspektləri vardır. Siyasi aspekt Azərbaycan dövlətçilik ənənəsinin ümumi fəlsəfəsi ilə bağlıdır - dövlətin mövcudluğunda ədalət prinsipi mərkəzi yer tutur!
Məsələnin geosiyasi əhəmiyyəti H.Kissincerin də nəzəri olaraq vurğuladığı mühüm bir faktorla - qüvvələr balansını təmin etmək şərti ilə sıx bağlıdır. Ermənistanın təcavüzü regionda geosiyasi balansı pozmuşdu, Azərbaycan onu bərpa etməli idi.
Tarixi aspekt əsrlərlə Cənubi Qafqaz bölgəsində yaşamış azərbaycanlıların (türklərin) öz tarixi torpağına qayıtması zərurəti ilə bağlıdır. Çünki işğal demoqrafik dinamikanı və tarazlığı pozmuşdu.
Mədəni aspektdə isə erməni vəhşiliyinin türk-müsəlman mədəniyyətinə, ekoloji mühitə, insanların şəxsi mülkiyyətinə vurduğu ziyanın qarşısının alınması olduqca vacib idi.
Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti bu məqsədi, ümumiyyətlə, dövlət quruculuğu kontekstində xarici siyasətin dinamikası çərçivəsində və daxili-xarici siyasi kursun vəhdəti məntiqi üzərində həyata keçirə bildi. Onun rəsmi başlanğıcı isə prezident seçkisindən dərhal sonra idi.
Prezident İlham Əliyev bu barədə qurultayda ifadə edib: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.
Beləliklə, böyük mənada postmüharibə mərhələsində xarici siyasətin əsas proyeksiyasında son 17 ildə Prezidentin həyata keçirdiyi məqsədyönlü, ədalətli, sistemli və ardıcıl kurs mərkəzi yer tutur. Bu, artıq Azərbaycan rəhbərliyinin Frensis Fukuyama və Henri Kissincerin XXI əsrdə güclü dövlətin mövcudluğunu beynəlxalq münasibətlər sistemində əsas faktorlardan biri kimi təqdim etmələrinə tam uyğundur.
(ardı var)
Kamal Adıgözəlov
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38

