Qars müqaviləsinin imzalanmasından 101 il ötür
13.10.2022 [10:09]
Bu tarixi sənəd Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin edib
PƏRVİZ
Oktyabrın 13-ü tarixi Qars müqaviləsinin imzalanmasının 101 ili tamam olur. Bu müqavilə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanıb. Məhz bu müqavilə Cənubi Qafqazın o dövr üçün mənzərəsini açıq şəkildə ortaya qoyaraq mühüm bir tarixi mərhələ yaradıb.
Qeyd edək ki, 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.
Müqavilənin mətninin hazırlanması üçün bütün tərəflər öz müvəkkillərini təyin ediblər. Belə ki, prosesdə Ermənistan SSRİ-ni xalq xarici işlər komissarı Askanaz Mravyan, xalq daxili işlər komissarı Poqos Makinzyan, Azərbaycan SSRİ-ni xalq dövlət nəzarəti komissarı Behbud Şahtaxtinski, Gürcüstan SSRİ-ni xalq hərbi-dəniz işləri komissarı Şalva Eliva, xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı Aleksandr Svanidze təmsil edib. Türkiyə Böyük Millət Məclisi hökumətini Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Burdurdan millət vəkili Vəli bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini Muxtar bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi Məmduh Şövkət bəy, Rusiya Sosialist Federativ Sovet Respublikasının hökumətini isə Latviyada səlahiyyətli nümayəndə Yakov Qanetski təmsil edib.
Erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi
Vurğulanmalıdır ki, ötən əsrin ikinci onilliyində baş verən siyasi-hərbi proseslər nəticəsində yeni dövlət subyektləri meydana gəldi. Artıq yeni siyasi subyektlər olan Sovet respublikaları və Türkiyə arasında sərhədlərin müəyyənləşdirilməsi vacib şərtə çevrilmişdi. Yeni Sövet-Türkiyə sərhədi iki sənədlə təsdiq olunmuşdu: Moskva (7 mart 1921-ci il) və Qars (13 oktyabr 1921-ci il) müqavilələri. Birinci müqavilə yalnız Sovet Rusiyası ilə Türkiyə arasında imzalansa da, ikinci müqaviləni sovet respublikaları olan Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə nümayəndələri imzalamalı oldular.
Bu müqavilələrə görə bolşeviklər Qars, Ardahan və Artvinin Türkiyəyə qaytarılmasına razılıq verirdilər. Batumi isə muxtar vilayət və azad liman olacaqdı. Nəticədə bolşeviklər regionun xüsusi vəziyyətini tanıdılar və Acarıstan Muxtar Respublikasını elan etdilər. Batuminin cənub sektoru Türkiyənin nəzarətində qalırdı. Türkiyə tərəfinə Batumi regionunun itirilməsinə görə də müəyyən kompensasiya verilirdi.
Tuzluca və 1828-ci ildən bəri Rusiyanın suverenliyi altında olan İğdır Türkiyəyə qaytarıldı. Beləliklə, Ağrıdağın əvəzində Araz çayı iki ölkə arasında sərhədə çevrilirdi.
Müqavilənin Azərbaycan üçün ən əhəmiyyətli nəticəsi Ermənistanla mübahisəli olan Naxçıvanının statusu idi. Bu regionda müsəlman əhali yaşayırdı, lakin özünün qısa mövcudiyyəti zamanı bu ərazi çox vaxt Azərbaycan Xalq Cümhuriyyətinin idarəetməsi xaricində qalmışdı. Bu səbəbdən də Türkiyə həmin regiona fasiləsiz dəstək verirdi. 1918-ci ildə Türkiyə qüvvələri regionu tərk etdikdən sonra da Araz Respublikası adlanan bu ərazinin yerli özünümüdafiə qüvvələrinə Türkiyənin üstüörtülü hərbi dəstəyi davam edirdi. 1920-ci ilin noyabrında regiona qayıdan Qarabəkir Paşa Aleksandropolu tutdu və daşnak nümayəndələri ilə danışıqlar apararaq Naxçıvan-Şərur regionunun xüsusi statusunu təmin etdi. Qars müqaviləsini müzakirə edərkən Naxçıvan məsələsi yenidən gündəmə gəldi. Türkiyənin İğdırı ilhaq etməsi və Naxçıvan üzərində Azərbaycanın suverenl?yi məsələsində inadkarlığı Azərbaycanla Türkiyə arasında dəhliz açılmasına imkan yaratdı. Naxçıvan və Şərur rayonlarına erməni iddiaları Türkiyənin qəti mövqeyi və vetosu ilə rədd edildi. Ankara ilə yaxşı münasibətlərin qurulmasına çalışan bolşeviklər isə buna etiraz edə bilmədilər. Nəticədə Moskva və Qars müqavilələrinə görə bu region Sovet Ermənistanına birləşdirilmədi, əvəzində Sovet Azərbaycanın protektoratı altında muxtar ərazi yaradıldı. Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsini Sovet Ermənistanı da daxil bütün tərəflər tanıdılar.
Qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi. Bu, Mustafa Kamal Atatürk ilə İran şahı Rza Pəhləvi arasında Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşmasının nəticəsində mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Beləliklə, 1921-ci ildə bağlanmış Qars müqaviləsi ortaq Türkiyə-Azərbaycan sərhədinin yaradılması istiqamətində ilk addım oldu.
Qars müqaviləsi ermənilərin maraqlarını təmin etmədi
Qars danışıqları və müqaviləsi Ermənistan və erməni diasporu tərəfindən birmənalı qəbul olunmadı. Təbrizdə çıxan “Hayk” qəzetinin “Pərdə götürülmüşdür” adlı baş məqaləsi (13.XI.1921) bu baxımdan olduqca maraqlıdır. Orada yazılırdı ki, şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər. Məqalədə Qars müqaviləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ilə Moskvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diktə etdirmələri təsiri bağışladığı göstərilirdi. Bu yazı belə bir sonluqla bitirdi: “Erməni xalqının “xilaskar Rusiyaya” bəslədiyi ümidlər, sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərindən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənistan da onun qurbanıdır”.
Sonrakı illərdə də Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər edildi. Məsələn, II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi. 1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: o, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər.
İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

