Ermənistan təxribatlarını davam etdirir
26.10.2022 [10:16]
Rəsmi İrəvan məqsədli şəkildə sülh prosesinə zərbə vurmağa çalışır
Nardar BAYRAMLI
Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan regionda pozuculuq fəaliyyətini davam etdirməkdədir. Belə ki, rəsmi İrəvan əldə olunmuş razılaşmalara əməl etmir, dövlət sərhədində hərbi təxribatlarını davam etdirir. Bunların sırasında işğal dövründə Azərbaycan ərazilərinə basdırılmış minaların dəqiq xəritələrinin verilməməsi də qarşı tərəfin qeyri-konstruktivliyini təsdiqləyir.
Dünən Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Ermənistanın bu davranışlarına münasibət bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.
Vurğulanıb ki, Ermənistan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib. Onlardan 2 nəfər? jurnalist olmaqla, 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35-? mülki şəxsdir. Son 30 il ərzində isə minalardan zərər çəkənlərin 38 nəfəri qadın və 357 nəfəri uşaqdır. Cari ilin avqust ayından etibarən erməni əhalisinin Laçın rayonu ərazisini tərk etməsindən sonra, yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə mina, habelə cari ilin oktyabrın 3-də Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulduğunun göstəricisidir. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac edilməyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir.
Bildirilib ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelər arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub. Bununla yanaşı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, ilk olaraq, ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55 faizi Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısının alınması üçün Ermənistana təzyiq edilməlidir.
Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və ölkəmizin həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib. Bu xüsusda, cari il avqustun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlanıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb.
“Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi müvəqqəti qərarları açıq-aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib. Ermənistanın üçtərəfli Bəyanat və beynəlxalq hüququn normaları çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini, nəhayət, Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina təmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinə töhfə verəcək”, - deyə XİN-ın məlumatında vurğulanır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, hazırda Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Onun sözlərinə görə, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təklifləri təqdim edib: “Beş bənddən ibarət olan baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülhün imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”.
Millət vəkili qeyd edib ki, rəsmi İrəvan sözdə bu təklifləri qəbul etdiklərini deyir, amma əməldə sülhə maraqlı görünmür: “Sərhəddə törədilən təxribatlar, mina terrorunun davam etdirilməsi, beynəlxalq birliyi aldatmaq cəhdi və s. Ermənistanın qeyri-konstruktivliyini göstərir. Bundan əlavə, erməni tərəfi hələ də Qarabağ ərazisində qanunsuz hərbi birləşmələrini tam çıxarmayıb, Zəngəzur dəhlizinin açılmasına əngəl törətməkdə davam edir. Lakin erməni tərəfinin sülh müqaviləsinə qeyd-şərtsiz imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Rəsmi İrəvan vaxtı uzatmağa, yaxud zaman qazanmağa çalışır. Lakin “zaman qazanmağa çalışmaq”, əslində, onlar üçün itki deməkdir. Çünki iqtisadi tənəzzül sürətlənir, geosiyasi təcrid dərinləşir, siyasi xaos mühiti formalaşır. Ona görə də, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulandığı kimi, qarşı tərəf üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

