/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında ağacəkmə kampaniyası keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında ağacəkmə kampaniyası keçirilib
11.05.2016 [10:07]
Kampaniya çərçivəsində 77 şəhər və rayonda keçirilmiş iməciliklərdə 150 859 nəfər iştirak edib və ümumilikdə, 305 734 ağac əkilib
Xalqımızın Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ətraf mühitin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Azərbaycan xalqı isə öz Ümummilli liderinin doğum günlərində ənənəvi olaraq ağacəkmə iməcilikləri keçirir, yeni yaşıllıq sahələrinin salınmasında fəal iştirak edir. Bu ənənə mayın 10-da - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü günündə də davam etdirilib, paytaxt Bakıda, respublikanın digər şəhər və rayonlarında ağacəkmə kampaniyası keçirilib. Kampaniya çərçivəsində 77 şəhər və rayonda keçirilmiş iməciliklərdə 150 859 nəfər iştirak edib və ümumilikdə, 305 734 ağac əkilib. Onlardan 33 mini Bakı şəhərində, 272 734-ü isə digər şəhər və rayonlarda əkilib. Bakı şəhərində ağaclardan 11 500-ü Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun sağ kənarındakı 12 hektar, 2500-ü Qala-Türkan avtomobil yolunun ətrafında olan 2 hektar ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə, 19 mini isə Bakı şəhəri rayonlarının müxtəlif ərazilərində əkilib. Respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində keçirilmiş iməciliklərdə əkilmiş ağacların 69 677-si Eldar şamı, 31 224-ü çinar, 26 550-si zeytun, 26 227-si sərv, 20 818-i söyüd, 20 708-i küknar, 15 974-ü göyrüş, 11 754-ü qarağac, 10 660-ı qovaq, 71 142-si isə digər ağaclar olub. Əkilmiş ağacların qorunması və onlara qulluq edilməsi ilə bağlı şəhər və rayonların icra hakimiyyəti başçılarına müvafiq tapşırıqlar verilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayonlarda ağacəkmə aksiyaları keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ağacəkmə aksiyalarında nazirliyin yerli qurumlarının minlərlə əməkdaşı iştirak edib. Respublika üzrə 34 hektar ərazidə dibçəklərdə yetişdirilmiş 55 minə yaxın Eldar şamı, sərv, tuya və digər həmişəyaşıl ağacları əkilib.
* * *
Mayın 10-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib. Yaşıllaşdırma marafonunda məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Genişmiqyaslı iməciliyə Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, Milli Məclisin deputatları, IDEA İctimai Birliyinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti, könüllü sakinlər, gənclər yüksək fəallıqla qoşulublar. Əvvəlcə Azadlıq prospekti boyunca yol kənarındakı ərazidə, daha sonra isə Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ətraf ərazi tullantılardan təmizlənib. Burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib. Ərazidə 2016 ədəd Eldar şamı və İtaliyadan gətirilən, hündürlüyü 5 metrə yaxın 93 ədəd Leylandra ağacları əkilib.
Aprel döyüşləri zamanı təmas xəttində qəhrəmancasına şəhid olan Nərimanov rayonundan hərbi xidmətə çağırılmış Mahir Mirzəyevin atası Sabir Mirzəyev tədbirdə iştirak edərək Ulu öndərin xatirəsinə ağac əkib.
Kampaniya rayonun bütün idarə, müəssisə və təşkilatlarında davam edəcək.
* * *
Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə silsilə tədbirlər davam edir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti ümumrayon iməciliyi mayın 10-da Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı yolunun sağ tərəfində təşkil olunub. İməcilikdə rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 3 min 500 nəfərin iştirak etdiyi iməcilikdə 12 kilometr uzunluğunda yolun kənarlarında təmizlik işləri aparılıb, əkilmiş ağacların dibləri yumşaldılıb, 500-dən artıq kiparis ağacı əkilib.
Həmin gün Ulu öndərin anadan olmasının 93 illiyi münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, eyni zamanda, rayonun Zığ qəsəbəsində “Zığ şosesi” küçəsinin ətrafında ağacəkmə aksiyası keçirilib. 400 nəfərin iştirak etdiyi növbəti ağacəkmə aksiyasında 1000-dən artıq kiparis ağacı əkilib, yolun kənarlarında müvafiq təmizləmə işləri aparılıb, abadlıq işləri görülüb.
Ümumrayon iməciliyində və ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov da iştirak edib.
* * *
Qaradağ rayon İcra Hakimiyyəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası təşkil edib.
Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak ediblər.
Ağacəkmə kampaniyası Qaradağ rayonundakı bütün park və yaşıllıqları əhatə edib. Rayon ictimaiyyətinin yaxından iştirak etdiyi aksiyada ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü və dekorativ cəhətdən yaraşıqlı ağaclar əkilib. Ümumilikdə rayon ərazisində 30 min gül-çiçək və bəzək kolu, 13 minə yaxın həmişəyaşıl dekorativ ağac əkilib.
* * *
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev parkından başlayaraq Sülh, Çerkassi, Koroğlu küçələrində, yeni yaradılan bulvarda, Nəsimi parkında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, sənaye zonalarının qarşısında 23 minə yaxın ağac tingi, 300 min mövsümi gül, 90 min qızılgül əkilib. Şəhər 1 saylı Doğum Evinin əməkdaşları da ağacəkmə kampaniyasında yaxından iştirak ediblər. Səhiyyə ocağının həyətində müxtəlif növ ağac və gül kolları əkilib.
Daha sonra Nəriman Nərimanov küçəsində “Nizami” kinoteatrının qarşısındakı yeni park istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, burada tikinti qaydalarına uyğun olmayan, inzibati, mədəni obyektlərin qarşısını kəsən obyektlər sökülüb, park salınıb. Ərazidə 10 minə yaxın müxtəlif növ gül, yüzlərlə ağac əkilib, 1000 kvadratmetr sahəyə qazon döşənib. Ərazi bütövlükdə abadlaşdırılıb.
* * *
Gəncədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yaşıllaşdırma işləri Heydər Əliyev Park Kompleksində, Nizami məqbərəsi istiqamətində, şəhərin giriş və çıxışında, həmçinin müxtəlif park, prospekt və küçələrdə həyata keçirilib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, ağacəkmə aksiyası mayın sonuna kimi davam edəcək. Aksiyanın ilk günündə şəhərin müxtəlif ərazilərində 10 min 500 ədəd müxtəlif növ ağac və gül kolu əkilib.
Ağacəkmə kampaniyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Aksiya zamanı şəhərin iqlim şəraitinə uyğun olaraq, daha çox şam, sərv, çinar ağacları, qızılgül kolları, eləcə də müxtəlif növ çiçəklərin əkilməsinə üstünlük verilib.
* * *
AZƏRTAC xəbər verir ki, Ağstafa şəhərindəki Heydər Əliyev Muzey Mərkəzində Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Sonra Ulu öndərin doğum günü münasibətilə rayonun əsas magistral avtomobil yollarının kənarlarında ağacəkmə kampaniyası keçirilib. Rayon ərazisində 5000-dən çox ağac əkilib.
* * *
Dünən Qazax rayonunda yeni yaşıllıqların salınması, bərpası, mühafizəsi və qorunması ilə bağlı ənənəyə uyğun olaraq rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, ictimaiyyət nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.
Əvvəlcə Ulu öndərin xatirəsi anılıb və abidəsi önünə gül-çiçək dəstələri qoyulub.
Sonra kampaniyaya start verilib. Rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin də fəallığı ilə müşayiət olunan aksiyada Bakı-Tbilisi magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində 5 mindən çox müxtəlif növ ağac əkilib, eyni zamanda, həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
* * *
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da ağacəkmə kampaniyası keçirilib. Müxtəlif növ ağacların əkilməsi əsasən magistral avtomobil yollarının kənarlarında, qəsəbələrdə və digər ərazilərdə nəzərdə tutularaq icra olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kampaniya çərçivəsində rayonda 1150 ədəd, o cümlədən 500 eldar şamı, 400 gövrüc və 250 digər ağac növləri və əlavə olaraq 2000-dən artıq bəzək və gül kolları əkilib. Rayon ictimaiyyətinin böyük maraq göstərdiyi bu kampaniya rayonda yaşıllaşmanın, ekoloji şəraitin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
* * *
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Qax rayonunda silsilə tədbirlərlə qeyd olunub.
Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli liderin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra rayon ərazisində gül və ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Qax şəhərinin park və xiyabanlarında 5 min gül kolu əkilib, prospekt və küçələrdə səliqə-sahman işi aparılıb, əvvəl əkilən ağac, gül və bəzək kollarına qulluq olunub. Eyni zamanda, aksiya zamanı Şəki-Qax və Qax-İlisu avtomobil yollarının kənarlarında 2 mindən çox sərv, çinar və digər ağaclar əkilib, avtomobil yollarının ətrafında təmizlik işləri aparılıb.
* * *
Kürdəmirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli liderin abidəsini ziyarət ediblər.
Kampaniyada 3000 nəfərdən çox rayon sakini iştirak edib. Şəhərin küçə və parklarında, yol kənarlarında 7000-dən çox müxtəlif növ ağac əkilib.
* * *
Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Heydər parkında azərbaycançılıq məfkurəsinin yaradıcısı, dahi rəhbər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini anıblar.
Daha sonra tədbir ağacəkmə kampaniyası ilə davam etdirilib. Aksiyada Samux rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, təşkilat və müəssisələrin işçiləri, gənclər, məktəblilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiyanın ilk günündə rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd müxtəlif növ ağac və 15000 ədəd dekorativ gül kolu əkilib, ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
* * *
Ucarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil edilən tədbirlər çərçivəsində mayın 10-da ümumrayon iməciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumrayon iməciliyinin iştirakçıları əvvəlcə Ulu öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Sonra şəhərin Heydər Əliyev prospektində və ictimai yaşayış binalarının ərazisində, Göyçay-Ucar avtomobil yolunun Ucara giriş hissəsinin ətrafında, 20 Yanvar, M.Ə.Rəsulzadə və 28 May küçələrində 1500 ədəd müxtəlif növ ağac tingi əkilib.
Ümumrayon iməciliyində 600 nəfər iştirak edib.
* * *
Dünən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.
Aksiyada rayon ictimayyətinin nümayəndələri, ərazi İlk partiya təşkilat sədrləri və fəal partiya üzvləri yaxından iştirak ediblər.
Ağacəkmə kampaniyası Goranboy rayon Yeni qəsəbə, Gəncə şəhəri Yeni qəsəbə və Gəncə şəhəri Gülüstan qəsəbəsində keçirilib.
Xüsusi təyin olunmuş sahələrdə Eldar şamı ağacının tinkləri əkilib.
Aksiyaya rayon gəncləri böyük həvəslə dəsdək veriblər.
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18

