YAP gəncliyin inkişafı üçün uğurlu layihələr həyata keçirir
18.05.2018 [09:26]
Təhsildə nailiyyət qazanan bir qrup tələbə-gəncə partiyanın təqaüdü verilir
Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir. Gəncliyin inkişafına Yeni Azərbaycan Partiyası (YAP) da böyük töhfələr verməkdədir. YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi diqqəti xüsusi olaraq cəlb edir. Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub.
Hazırda isə bu layihə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi adı ilə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki, müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri (I, II və III yerin qalibləri) dövlət ali məktəblərinə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək təqaüd veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 40 nəfərdən çoxdur, bu təqaüdü alanlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının növbəti təcəssümüdür.
Qeyd edək ki, 2017-ci ildə də Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu müsabiqədə yüzlərlə məktəbli iştirak edib. Müsabiqənin yekun mərhələsində qalib olan şagirdlər may ayında “Gülüstan” sarayında keçirilən mərasimdə mükafatlandırılıblar. 2017-2018-ci il qəbul imtahanları zamanı isə müsabiqənin qalibi olmuş 11 gənc dövlət ali məktəblərinə qəbul olunduğu üçün Yeni Azərbaycan Partiyasının tələbə təqaüdünə layiq görülüb.
Həmsöhbətimiz olan təqaüdün sahibləri də YAP tərəfindən təqaüdə layiq görülmələrindən qürur duyduqlarını bildiriblər. Sevinc Hikmət qızı Quliyeva da bu sevinci yaşayan tələbə-gənclərdən biridir. Qeyd edək ki, Sevinc Quliyeva 2000-ci ilin aprel ayında Oğuz şəhərində dünyaya gəlib. Orta təhsilini də Oğuz şəhər 2 saylı məktəbdə alıb. Təhsil aldığı müddətdə Sevinc müxtəlif olimpiada və bilik yarışlarında fəal iştirak edib və uğurlar qazanıb. 2017-ci ildə isə o, 11-ci sinifdə oxuyarkən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində birinci yeri qazanaraq qalib olub. Həmin müsabiqədə iştirak ilə bağlı S.Quliyeva bunları deyib: “Müsabiqənin keçirilməsi haqqında bizə məktəbdə məlumat verilmişdi. Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. “Gülüstan” sarayında keçirilən mükafatlandırılma mərasimində hədiyyə və diplom aldım. Mərasimdə Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov müsabiqənin qaliblərini təbrik edərkən bizim üçün sevindirici olan bir xəbəri də bildirdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli Əhmədov həmçinin müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də qeyd etdi”.
Beləliklə, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbələrini də stimullaşdırıb: “Məlum oldu ki, əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımdır. Yəni bu təqaüdü almaq üçün daha çox çalışmalı, müsabiqədə qazandığım nailiyyətə layiq olmalıydım. Axı Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı təsis edilən təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də buna layiq olduğumu sübut etməli idim”.
Bu çalışqanlıq, məsuliyyət nəticə verib. Sevinc 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarında yaxşı nəticə göstərib, 580 bal toplayaraq Dövlət İqtisad Universitetinin biznes və menecment fakültəsinə daxil olub. S.Quliyevanın gələcək hədəfi isə yüksək ali təhsil alıb öz bilik və bacarığı ilə ölkənin inkişafına xidmət etməkdir. “YAP-ın təqaüdünü almaq mənim üçün böyük nailiyyətdir”, - deyə o qeyd edib.
YAP-ın tələbə təqaüdçüləri arasında Aytac Gündüz qızı Maqsudova da var. Aytac 2000-ci ilin may ayında Qobustan rayonunun Çuxanlı kəndində anadan olub. Orta təhsilini də Q.Ələkbərov adına Çuxanlı kənd orta məktəbində alıb. Aytac da orta məktəbdə oxuduğu illərdə müxtəlif bilik yarışlarında və ictimai-mədəni tədbirlərdə fəal iştirak edib. O, oxuduğu müddətdə məktəbin ən nümunəvi şagirdlərindən biri olub. Aytac Maqsudova Ulu öndər Heydər Əliyevə həsr olunmuş müsabiqədə iki dəfə - həm 9-cu, həm də 11-ci siniflərdə oxuyarkən iştirak edib. “Mən hər iki müsabiqədə dahi şəxsiyyət Heydər Əliyev haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. 9-cu sinifdə oxuyarkən 3-cü, 11-ci sinifdə isə 2-ci yerin qalibi oldum. Ümummilli liderimizin xatirəsinə həsr edilən müsabiqədə qaliblərdən biri olmağımla fəxr edirəm”, - deyə A.Maqsudova vurğulayıb.
Aytac ali məktəbə qəbul imtahanı zamanı 543 bal toplayaraq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Hazırda bu ali məktəbin birinci kurs tələbəsidir. Aytac da müsabiqənin qaliblərindən biri kimi ali məktəbə qəbul olunduğu üçün YAP-ın təqaüdünü alır. “Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir”, - deyən A.Maqsudova qazandığı biliklə, savadla ölkəmizə xidmət edəcəyinə inanır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının maddi və mənəvi dəstəyi bu yolda ona əlavə güc verir. Təqaüdçü tələbə YAP-ın üzvü olmağa da hazırlaşdığını deyib.
Digər təqaüdçü isə Əzizəxanım Nadir qızı Məhərrəmlidir. Əzizəxanım 1999-cu ilin noyabr ayında Bakı şəhərində doğulub. Özünün dediyinə görə, kiçik yaşlarından arzularla yaşayıb, sonradan bu arzuları məqsəd seçərək onlara doğru irəliləyib. Ən böyük arzularından biri isə orta məktəbi qızıl medalla bitirmək olub. O, 2006-cı ildə Faiq Rəfiyev adına 166 saylı məktəb-liseyə qədəm qoyub və məktəb illəri ərzində bir çox uğurlara sahib olub. Belə ki, inşa, şeir, mahnı müsabiqələrinin dəfələrlə qalibi olub. “Musiqi sahəsində də bir sıra uğurlarım olub. İlk öncə Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib, daha sonra isə “Bənövşə” uşaq xorunda solist olaraq fəaliyyətimi davam etdirmişəm. Bu illər ərzində bir neçə dəfə dövlətimiz tərəfindən xarici səfərlərə göndərilərək ölkəmizi layiqincə təmsil etmişəm”, - deyən Ə.Məhərrəmli üçün orta məktəb illərində ən yaddaqalan hadisələrdən biri “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etmək olub: “Orta məktəbi bitirməyə bir neçə ay qalmış sonsuz rəğbət bəslədiyim və müasir dövrün ən böyük şəxsiyyətlərindən ən birincisi olan Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yerə layiq görülmüşəm. Bu, mənim həyatıma qızıl hərflərlə iz salıb, həyatımda qazandığım ən böyük uğur olub, həmçinin ən böyük arzuma gedən yolda çox mühüm rol oynayıb. Qazandığım qalibiyyətdən bir neçə ay sonra ikinci ən böyüyünü yaşamaq mənə nəsib oldu. Mən ən böyük arzumu yerinə yetirərək orta məktəbi qızıl medalla başa vurdum”.
Əzizəxanım 2017-ci ili özü üçün çox düşərli il hesab edir. Çünki məhz həmin il uşaqlıqdan arzuladığı ali təhsil müəssisəsinə - Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olub və hazırda həmin universitetin “Civil Engineering” ixtisasında təhsil alır. YAP təqaüdçüsü birinci kursda oxumasına baxmayaraq, universitet həyatında da aktivlik göstərir, müxtəlif layihələrdə fəal iştirak edir. Ə.Məhərrəmli artıq Yeni Azərbaycan Partiyasının da üzvü olub. “Bütün uğurlarımla yanaşı, Ümummilli liderimizə həsr olunmuş müsabiqənin qaliblərindən biri olmaq və buna görə də YAP-ın təqaüdünə layiq görülmək mənim həyatımda ən yaddaqalan hadisədir. YAP-ın təqaüdünə layiq görülməyimin mənim üçün mənəvi əhəmiyyəti daha böyükdür”, - deyə Əzizəxanım qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

