Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
08.05.2018 [12:37]
RUHU AZAD OLAN BİR MİLLƏTİ HEÇ BİR QÜVVƏ KÖLƏLİKDƏ SAXLAYA BİLMƏZ
2018-ci il xalqımız və dövlətimiz üçün bir çox önəmli hadisələrlə, yubileylərlə zəngindir. İlk ordumuzun, ilk parlamentimizin formalaşdırılmasının, nəhayət, Bakımızın erməni-bolşevik işğalından azad olunmasının 100-cü ildönümüdür. Amma bu yubileylərin önündə gələn əsas yubiley var ki, o da Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olmasıdır.
100 İL...100 il demək bir əsr deməkdir. Bir əsr demək ardında böyük bir tarix yaşanaraq keçən onca uzun illər deməkdir. Bu bir əsrə xalqımızla bağlı saysız-hesabsız hadisə, Azərbaycanın yetişdirdiyi yüzlərlə şəxsiyyət, uğur sığışdırılmışdır. Bu bir əsrdə neçə-neçə vətənpərvər yetişdirmiş, neçə-neçə şəhid vermişdi uca millətimiz...
... 1918-ci il mayın 28-də Azərbaycan tarixdə yeni və illər sonra belə unudulmayacaq bir səhifə açdı. Bu səhifə yeni qələbələrin, ən əsası da, müstəqilliyimizin başlanğıcı idi. Həmin tarixdə müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Tiflisdə Milli Şura tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi. Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Bəy Topçubaşov, Həsən Bəy Ağayev, Nəsib Bəy Yusifbəyli, Səməd Bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa mübariz ziyalılarımızın böyük fədakarlığı nəticəsində 1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı…
Hər nə qədər 701 gün sonra AXC süquta uğramış olsa da, Azərbaycan xalqının azadlıq eşqi heç vaxt sönmədi. Xalqımız savaşdı, azadlıq uğrunda neçə-neçə şəhidlər verdi. Amma sonunda müstəqilliyini daimi şəkildə geri qazandı. Çünki ruhu azad olan bir milləti heç bir qüvvə köləlikdə saxlaya bilməz.
Elə ona görə də ötən 100 ildə xalqımız bir çox çətinliklərə, əzab-əziyyətə tuş gəldi, Azərbaycan 1920-ci ildə bolşevik istilası nəticəsində itirilmiş müstəqilliyini yenidən qazanmaq üçün ən ağır sınaqlardan çıxdı və 1991-ci ildə bir əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Əgər 100 il öncə fədakar babalarımız yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratmışdılarsa, 1991-ci ildə dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikası böyük şərəf və qürur hissi ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Amma bundan sonra da ilk illər işlər heç də hamar getmədi. Bu müstəqilliyi əldə saxlamaq üçün şəhidlər verdi Vətənimiz. Və bir daha sübut olundu ki, bu torpağın insanları qanının son damlasını da vətən üçün axıtmağa hazırdır. Bu ölkənin hər bir guşəsi bir-birindən gözəl olmaqla qalmayıb, bir-birindən savadlı, vətənə bağlı, sadiq şəxsiyyətlər yetişdirmişdir. Vaxtında yaşanan hər bir çətinliyə sinə gərmiş və hazırda heç kəsin təsiri altında qalmayaraq bağımsız olmağı bacarmışdır.
Hal-hazırda müstəqil Azərbaycanımızın üçrəngli bayrağı yüksəkliklərdə qürur və əzəmətlə dalğalanır. Hal-hazırda üçrəngli bayrağımız beynəlxalq təşkilatların mərkəzi binalarının önündə, nüfuzlu beynəlxalq tədbirlərin və idman yarışlarının keçirildiyi məkanlarda dalğalanır. Ötən müddətdə inkişaf etmiş, uğurları ilə dünyada xüsusi nüfuz qazanmış bir ölkənin bayrağı kimi qürurla dalğalanan üçrəngli bayrağımız hər dəfə yüksəkliklərdən boylanarkən həm də onu bizlərə yadigar qoyub gedənlərin ruhunu şad etmiş olur. Könlü vətən eşqi ilə dolu olan hər bir azərbaycanlı hər dəfə bayrağımıza baxanda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına rəhmət oxuyur.
Bəli, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Bu, adi bir tarix deyil. Bu, özündə yenilməz bir xalqın müstəqillik uğrunda apardığı mübarizənin tarixidir. Bu, müstəqil dövlətçiliyimizin tarixidir. Bu, Azərbaycanın var olması tarixidir. Və bugünkü nəsil o tarixin əsasını qoyanları hər zaman hörmətlə yad edir. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti və xalqı bu tarixin yaşadılması üçün lazım olan bütün addımları atır. Elə Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi də dövlətimizin və xalqımızın 1918-ci ildə qurulan respublikanın Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verdiyi böyük önəmin bariz nümunəsidir.
Və bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi üzərinə düşən missiyanı uğurla yerinə yetirərək dünyada öz layiqli yerini tutub. Bu gün müstəqil Azərbaycan Respublikasının qazandığı hər bir uğurdan Azərbaycan Xalq Cümhuriyyətinə də pay düşür. Bu gün nüfuzlu beynəlxalq idman yarışlarında, müxtəlif elm və təhsil müsabiqələrində qələbə qazanaraq üçrəngli bayrağımızın yüksəkliklərdə dalğalanmasına səbəb olan Azərbaycan gəncliyi 2016-cı ilin aprel döyüşlərində Lələ-Təpə qalibiyyəti ilə həm də Məhəmməd Əmin Rəsulzadə və mübarizə yoldaşlarının yüz il əvvəl "Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək ucaltdıqları üçrəngli bayrağımızın Şuşada, Laçında, işğal altındakı digər torpaqlarda dalğalanması üçün canından keçməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Şəmsiyə İsmayıllı
Türk Dünyası Bakı Atatürk Liseyi 10B sinif şagirdi
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

