/ / “ASAN İmza” mobil identiteti İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Görüşünün mükafatına namizəd olub
“ASAN İmza” mobil identiteti İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Görüşünün mükafatına namizəd olub
18.03.2021 [09:04]
“B.EST Solutions” şirkəti tərəfindən təqdim edilən Azərbaycanın mobil identiteti hesab olunan “ASAN İmza”, BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının himayəsi altında İnformasiya Cəmiyyəti məsələləri üzrə yüksək səviyyədə Ümumdünya Görüşü-2021 mükafatına namizəd olub.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təqdim olunan 1270 layihədən 360 layihə onlayn səsvermənin cari mərhələsinə namizəd göstərilib. İştirakçılar martın 31-dək 18 nominasiyanın hər birində bir layihəyə səs verə bilərlər.
Əhatəli rəqəmsal identitet sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan ən yaxşı təcrübə layihəsi kimi “ASAN İmza” mobil elektron imza digər 20 layihə arasında 10-cu nominasiyaya - “Hökumətlərin və bütün maraqlı tərəflərin İKT-nin inkişafındakı rolu” nominasiyasına layiq görülüb.
“ASAN İmza” layihəsinin təsvirində qeyd olunub: “Düzgün fəaliyyət göstərən hər bir informasiya cəmiyyətinin inkişafı təhlükəsiz rəqəmsal identitet infrastrukturunun yaradılması ilə başlayır. Gələcək rəqəmsallaşdırma üçün kritik çıxış nöqtəsi kimi elektron hökumətdən elektron ticarətə qədər - rəqəmsal identitetin funksional sistemi davamlı iqtisadi yüksəliş üçün imkanlar yaradır və vətəndaşlar üçün yüksək keyfiyyətli və əlçatan dövlət xidmətləri təqdim edir”.
İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Görüşünün Fəxri Mükafat müsabiqəsi davamlı inkişaf və görüşün fəaliyyət istiqamətləri sahəsində BMT-nin məqsədlərinin reallaşdırılması çərçivəsində dünya səviyyəsində uğurlu layihələri müəyyənləşdirən və nümayiş etdirən unikal bir qlobal platformanı əks etdirir.
Maraqlı tərəflərin sorğularına cavab olaraq hazırlanmış Fəxri Mükafat müsabiqəsi davamlı inkişaf istiqamətində informasiya və kommunikasiya texnologiyalarının imkanlarını istifadə edən layihələrin və tədbirlərin qiymətləndirilməsi üçün effektli mexanizm yaratmağı əsas hədəf hesab edir.
Görüş iştirakçıları martın 31-dək iştirak etməyə və səs verməyə dəvət olunurlar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31

